Monday 18th June 2018,
RapRock.az
Xəbərlər

esl hiphop

 

Hip-Hop… Bu iki kəlmə bizə nəyi deyir?

Nə gəlir ağlımıza eşidəndə bu sözü? Yığın bir yerə ağlınıza gələn sözləri. Kiminsə düşündüyü sözlər arasında rep, kiminsə Kris Braun, Castin Tiberleyk, kiminsə Tupak, kiminsə, Xose, kiminsə hansısa divarda oxuduğu yazı, kiminsə isə Afrika Bambaata oldu yəqin. Bəs həqiqətdə nədir Hip-Hop? Qanqsterlərin bütün treklərində ağız dolusu danışdıqları çoxunda isə heç reallıqda olmayan tapancalarmı? Lil Conun alt paltarlarından danışmaqdan doymadığı “Candy”lərmi? Lil Veynin kiməsə yalatdırmaq istədiyi “Lolipop”umu? Yox. Heç biri…

Hip-Hopun tarixinə nəzər salsaq onu ideologiya halına salan Afrika Bambaata bu adı bu mədəniyyətə verəndə bir məqsədi var idi. O zaman üçün adət halını alan narkotik al-veri, küçə qətlləri, tüfeyli həyat tərzindən öz soydaşlarını uzaqlaşdırmaq. O istəyirdiki müharibələr söz, rəqs, istedad müharibələri olsun. Love, Peace, Unity & Having Fun…İndi dünyadakı yaxşı əməlləri insanlara xoş anlar yaşadan, bütün ağlınıza gələn hərəkətləri bir yerə toplayın. Sevgi, birlik, kömək, paylaşma, sağlam düşüncə, sağlam həyat, əyləncə və s. və i.a. Hansı biri bu kriteriyadan kənara çıxır? Görün Hip-Hop əslində nə qədər xeyirli işləri birləşdirir özündə? Real Hip-Hop budur… Sevgi, hörmət, dəstək və bildiyiniz bütün yaxşılıqlar. Gəlin əsl Hip-Hopun inkişafına kömək edək. Gəlin kimlərisə necə öldürdüyünü mətnlərində deyərək fəxr edənləri, fahişəliyi, əxlaqsızlığı təbliğ edənləri hip-hop adlandırmayaq. Gəlin əsl sənətə qiymət verməyi bacaraq. Küçə rəssamlarının əl işlərini, küçə şairlərinin hisslərini, küçə rəqqaslarının bacarıqlarını, musiqi parçalarından gözəl kokteyl hazırlamağı bacaran djləri layiqincə qiymətləndirək.
P.S. Kimlərsə bu məqaləni sonadək oxumayacaq, kimlərsə deyəcək guya bu zordu da, kimlərsə isə nəsə öyrənəcək. Necə ki mən öyrənmişəm vaxtında və öyrənirəm də. Sonuncular ən az olan hissəni təşkil edəcək. Amma gəlin baxaq dünyada ağıllı insan daha çoxdu yoxsa key? Deməli nəticə bizi qane edir. Hip-Hopu hər adam dərk edə bilmir. Öyrənməli və öyrətməli hələ çox şey var gəlin öyrənək və öyrədək. Əsl Hip-Hop üçün…

3 комментария

  1. horumchek 13/12/2014 at 12:02

    Salam alekum.Siz nece teyin edirsinizki hansi musiqi repdi, hansi ise rock? Zehmet olmasa izah ederdiniz

  2. Аноним 09/08/2014 at 00:17

    Hüseyin Deryanın niyə mahnıları sizdə yoxdu?

    • 80BAR 02/12/2014 at 17:05

      Ona gore ki, Huseyn Deryanin oxudugu ne Rap idi ne de Rock )

Leave A Response