18 Фев
2014

Beatboxing

Beatbox

 

Beatboxing — səs aparatı və ağız orqanları artikulyasiyası köməyi ilə ritmik beat və melodiyaların yaradılması və təqlidi (imitasiyası) sənətidir. Müasir beatboxing texnikasına həmçinin bir çox digər sahələr də daxildir. Beatboxing ən çox hip-hop kompozisiyalarda müşaiyət kimi istifadə edilir. Beatboxing hip-hop mədəniyyətinin beşinci elementi hesab edilir.
«Beatboxing» adı «beatbox» sözündən əmələ gəlib — belə birinci dram-maşınlar (ing. drum machine) adlanırdı.

TARİX

Beatboxing New-Yorkda meydana çıxdı və bütün dünyada yayıldı. Bugün beatboxing ikinci doğumunu yaşayır. Beatboxing’in «ilk beşiyi» Doug E.
Fresh, Biz Markie və «Fat Boys»-dan Buffy idilər.

1980-Cİ İLLƏR

Bu vaxtlar beatboxing möhkəm mövqelər tuturdu. Onun birinci yazılışını Doug E. Fresh və Slick Rick’in «La Di Da Di»ni hesab etmək lazımdır. Beatboxing’in yayılması işinə əhəmiyyətli töhfəni «Fat Boys», xüsusilə «The Disorderlies» filmləri göstərdi.
Daha parlaq nümayəndələri — Znamer Den, «Will Smith’s crew»-dan Ready Rock C və «Skinny Boys crew» adlı kollektivdən The Jock Box-dur.

1990-CI İLLƏR

90-ların sonlarında beatboxing braking’lə birgə underground’dan aşağı sürüşdü. Rahzel’in «Make the Music 2000» albomunun çıxışına qədər xarabalıqda qaldı. «Make the Music 2000» — Birinci ƏSL beatboxing albomu idi. Onun adı hip-hop prikolist Biz Markie tərəfindən yazılmış «Make the Music With Your Mouth» adlı ilk beatboxing-track’lərdən birini xatırladır.

2000-Cİ İLLƏR

2002-də britaniyalı beatboxer Alex Tew aka A-Plus böyük interaktiv beatboxing saytının əsasını qoydu. Bu sayt beatboxing’in dirçəlişində vacib rol oynadı: O, internetdə sənətin reklamını apardı və 2003-ün aprelində ilk Beatboxer’lər (Human Beatbox Convention) Toplantısını təşkil etdi. HumanBeatbox.com-da əsas faktor forumların olmasıdır, harada beatboxer’lər və digərləri səslərin təqlidi (imitasiyası) sənəti haqqıda fikirlərini bildirirlər.

BEATBOXING’İN XÜSUSİYYƏTLƏRİ

Beatboxing insan ağızının köməyi ilə beat’lərin, ritmlərin və melodiyaların yaradılması sənəti ilə bağlıdır. Ancaq həmçinin oxuma, vokal scratching, nəfəs alətləri, simlər və bir çox digər səslər daxil ola bilər.

Dinlə

Добавить комментарий

Ваш e-mail не будет опубликован.