Tuesday 18th September 2018,
RapRock.az
Xəbərlər

Crazies Union (Dəli Yazar) with Alov — Ata vətən (Skit: Alim Qasımov) [mp3]

Crazies Union (Dəli Yazar) with Alov — ata vətən (Skit: Alim Qasımov) [mp3]

Yüklə — Download

 

Lyrics

Alov (chorus):

Vətən mənə oğul desə, nə dərdim?

Mamır olub qayasında bitərdim…

Dəli Yazar (verse):

Və mən bu gün bir əsgər, vətənin qayğısında

Mən ona hər an şərik, onun hər ağrısında

Tanrı adadı bizi, məni ona, onu mənə

Ona görə də mən günahkar, onun hər yarasında

Dağılmış bağrım yorğun, qartal qanadı qırıq

Bir qanadın itirmiş qartal sanki yarımçıq

Atam dönmədi ki, mən də dönüm yolumdan

Göstərirdi oğluna ki, sinəsi cırıq-cırıq

İtirilmiş böyrək və bir gözü görmür yaxşı

Amma o bir gözü ilə yağdırırdı nifrətin

Üzündə dərin hüzün, içində ağır qəzab

Hələ də atam həsrətindədi müharibənin

O hələ də düşünür ki, gənclərimiz savadlanır

Amma yazıq bilmir ki, gənclərimiz parça-parça

Gündəliyinə yazmışdı ki, o bizə arxalanır

Amma yazıq nə bilsin ki, hərəmiz bir təşkilatda

Alov (chorus)(2):

Vətən mənə oğul desə, nə dərdim?

Mamır olub qayasında bitərdim…

Dəli Yazar (verse):

Zəhmli gözlər küsgün və yaman üzülmüşdü

O məni yetişdirdi ki, mən olum hərbçi

Bu yasa qədər məni vətəni üçün böyütmüşdü

Amma bilməzdi oğlu böyüyüb olacaq repçi

İstəyərdi yəqin ki, şair olsam yazım vətəndən

İstəməzdi təhsil adıyla mən qaçım vətəndən

Şəhid görürdü amma istəməzdi ölüm vətəndə

Heç vaxt istəməzdi reper olum yazım sevgidən

Bağışla məni, ata, qorxuram əsirlikdən

Amma bilirəm ki, sən heç bir vaxt, heçnədən qorxamadın

Ölən əsgərlərə görə mən qorxuram əsgərlikdən

Bilirəm ki, bilsəydin indi məndən utanardın

Bağışla bizi ata, hər fikrimə anam dəstək

O da qorxur oğlu əsgər gedər və meydi gələr

Bilirəm yaşasaydın üzümə tüpürüb mənə deyərdin:

-“Sən getməsən nə vaxtsa anan gedər, vətən gedər…”

Mən indi güzgüsüyəm Azərbaycan gəncliyinin

Mən indi iradəsi Çingizin və Mübarizin

Mən istəmərəm ki, sən utanasan məzarında

Mən sənin oğlunam və yatmalıyam mən də orda

Mən indi döyüşə hazır bu cılız vücudumla

Qışqıracam “Allah-Allah” deyəcəm “vətən-vətən”

İnan ki, gün sayıram döyüşməkçün varlığımla

Qışqıracam son qanımda rahat yat sən ata vətən!!!

Alov (chorus):

Vətən mənə oğul desə, nə dərdim?

Mamır olub qayasında bitərdim…

Üçrəngli bayrağınla məsud yaşa!(3)

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!

Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!

Dardadır Qarabağım…

İnfo support: Raprock.az

Singer: Crazies Union (Dəli Yazar) with Alov (skit: Alim Qasımov)

Lyrics: Dəli Yazar, Əhməd Cavad (Cəmo bəy Hacınski)

1 Comment

  1. ENDA 20/04/2013 at 23:00

    super alinib

Leave A Response