Saturday 17th November 2018,
RapRock.az
Xəbərlər

Crazies Union (Spx) — Qara Qutu [mp3]

Bu track Crazies Union (Spx) — Təzad aalbomundan ilk single-dir.Albom çox yaxın vaxt ərzində sizə təqdim olunacaq.

Crazies Union (Spx) — Qara Qutu [mp3]

Yüklə — Download

Birinci hissə
Sözlərin kifayət etmədiyi yerlərdə hər zaman susmuşam mən. Dünya böhrana doğru addımladıqca vərəqə almazdan da dəyərli cümlələr yazmışam mən. Siz azadlığı axtardıqca mən qoluma qandal vururdum otağımda. Bu qədər müharibə, bu qədər qan… Özümə nifrət edirəm Ben Ladenlə, Hitlerlə eyni havanı udduğumu anladığım andan. Mənə insanlıqdan danışmayın, biz ancaq ziyafətlərdə «insan» oluruq. Məzarlıqlardan qorxmuram artıq, nəfəs alarkən insanlar daha qorxulu olur. Nə??? Mən insan dedim?! Xahiş edirəm, bağışlayın məni. Bu dəfəlik günahımdan keçin!
Tanrım, bağışla məni amma məncə sən bizim yerimizdə olsaydın bircə dəqiqə də bu axmaqlığa dözməzdin. Heç olmasa harda yalnış etdiyimizi de bizə! Ya da bu çox uzun çəkər. Hardadır doğru gördüyümüz işlər? Çox maraqlıdır mənə. Hə, nə oldu??? Yaxşı yazıram, hə? Xoşuna gəlir cümlələrim? Nəyi gözəl yazıram mən? Həyatın çirkinliklərini yazıram. Siz də buna gözəl deyin…

İkinci hissə
Axmaqca işlər görürlər dediklərimiz, bizim bütün işlərimizi görüblər. Bizə heç nə qalmayıb. Dolların üstünə «siz axmaqsız» yazanlar, keçmişi də, hətta gələcəyi də onlar yazıb. Bizə nə qalıb ki??? Biz sadəcə onların həyatı darıxdırıcı olmasın deyə varıq. Həəə biz vətənçün ölməliyik! Biz Allah yolunda nəsə etməliyik! Biz hərdən susmalıyıq əlimiz-qolumuz qandallı. Hərdən də, kiminsə oyununun qurbanı olmalıyılıq, üzümüz-gözümüz qanlı, əllərimiz plakatlı. Ha-ha-ha. Mən dəlinin biriyəm amma inan ki, sən də dəlisən!!! Çünki, sən də bunları görürsən amma sən də susursan. Çünki sən də heç kimsən bu sistemdə. Sən də ən ucuz fiqursan vəzirlərin əhatəsində. Nə??? Sistem??? Yox əşşi, nə sistem? Mən nə dedim ki, donub qaldız?
Sizin hələ xəbəriniz yoxdur «QARA QUTU»-lardan…
Onlar elə adları kimi qaranlıq qalıb…

Leave A Response