Sunday 21st October 2018,
RapRock.az
Xəbərlər

Dakodje — Öyrəşməyəsən [mp3]

Yüklə — Download

Lyrics:
(Verse 1.)
Özüm də didinməkdən yorğunam!
Bu mənasız münasibəti nə vaxt bitirəcəm?
Onu itirməkdən qorxuram..
Amma onu itirməsəm, özümü itirəcəm..
Onu görməyə də dözə bilmirəm, görməməyə də..
Ona dönməyə də dözə bilmirəm, dönməməyə də.. 
Onu sevməyə də dözə bilmirəm, sevməməyə də..
Onsuz ölməyə də dözə bilmirəm, ölməməyə də..
İçimizdən bir parçanı xatirə olaraq saxlamaq..
Onunla dünyanı sonunadək parçalamaq..
Parçalarla nə edəcəyik bəs? Hirs.. Ağlamaq..!
Bu nə münasibət? Ağlamada qaralamaq kimi tərs!
İçimdəki məzarlıqda ondan danışırlar..
Bədənin öldürdüyü hər şey, məni sorğuluyur..
İçimdə saf niyətlər bir-biriylə yarışırlar..
Planlar alt-üst, bəlkə Z planın uyğuluyum?
Ondan gələn aramis, uzaqdır məsafəmiz..
Ona yaxın olmaq istəyirəm, özümə uzaq düşürəm..
Onunla münasibətimiz, heç yoxdur aramız..
Ona uzaq olmaq istəyirəm, ölümə yaxın düşürəm..
Üşüyürəm, bu soyuqdan, ya təklikdən..? bilmirəm..
Darıxıram.. Onun üçün?? Ya təklikdən..? Heç bilmirəm..
Ətrafda dörd divar, ondan başqa heç kimi görmürəm..
Susur danışdırmıram, danışdırır heç dinmirəm..
Onu sevirəm.. Amma onun sevməsi mənə faciə…
Mən üç günlük səfiləm, bu axmaq vadiyə..
O tərk etdiyimi düşünəcək, heç yaxın da deyiləm..
O məni əclaf adlandırsın, mən isə mələk yazdım gündəliyə..!
Bəlkə mən əzrailin, sonuncu bəstəsiyəm..?
Yoxluqların nəfəsi, gülüşünün tam tərsiyəm..?
Mən bəlkə, dərisi soyulan Nəsimin naləsiyəm..?
Yox… O bilmir.. Mən sadəcə, xərçəng xəstəsiyəm…….

Sənə uzaq düşməyim, düşmənim..
Yaxın olmağım, səni məhv edəcəksə..
Uzaq düşmədim, yox düşmədim!
Gedərəm, təki mənə öyrəşməyəcəksən

Leave A Response