Thursday 21st June 2018,
RapRock.az
Xəbərlər

Dakodje — Şizofren [Klip]

Dakodje — Şizofren
verse:1
Məğlubiyyətdən aldığı güclə o danışır
Axmaq sükut içə işlədikcə, barışır..
Gülümsəyən kloun o! İçində göz yaşı!
Sevgi daha başlamadan məğlub olduğun yarışdır!
Buna görə O sevgidən uzağ, ondan qaçmağ!
Anlayana kimi sevgini axtardığını sanmağ!
Sonra sınmağ! Yox! Bəlkə O yalquzağ!
Son istəyi bəlkə dənizə girib boğulmağ!
İzdiham tüklərini ürpərdir, içini dəlir!
O dəli! Kütləni qınayır bəs-bəlli!
Arzular sınıq-salxaq, deyil düz əməlli!
Zaman keçir, özü-öz karikaturası halına gəlir!
Camaat dəyişir sevdiyin, sanki tv`də kanal!
Sex,qrup-oral, anal!
Onun 5 dostu var, biri özü biri dörd divar!
Anlayır! Nağıllar ancaq nağıllarda var!

chorus
Və bir gün dönəcəm keçmişə..
Və bir gün açacam qanadları..
Uçacam bu dünyadan uzaqlara..
Qaçacam mən hər kəsi qınayaraq..

verse:2
Depresiyaya girməyə vaxtı yox! Tərk edilir!
Ctrl+Z`lər istəyir, ölüm içimizdə gerçəkləşəndi!
Ən çox sevdiyimiz, təbii ki ölənlərdi!
Onun uşaq baxışları iztirabı kəşf edirdi!
Hansı daha pisdi? Düşməni bilmədən döyüşməkmi?
Nifrətlə görüşməkmi? Suallar içini didirdi!
Ölü olub yaşamağlarını seyr etməkmi?!
Sevişmədən sevməkmi? Sevmədən sevişməkmi?
Hər kəs ölür, amma hər kəs həqiqətən yaşamır..
Ruhunu itirib dünyanı qazansan nə fayda ki?
Danışanlar heçnə bilmir, bilənlər heç danışmır..
Ağlamaq üçün göz yaşı lazımdı ki?!
Yuxularına girir cəhənnəm, cənnətləri unudub!
Hər nəfəsdə ölməklə, bu cür yaşamağ istəmir!
Hamıdan öndə olmayıb, arxada olmaqdan qorxub!
Ən azından hamı kimi olmağ istəmir!

1 Comment

  1. Azad HOSTed 01/07/2013 at 13:11

    dakodjenin ancaq bu mahnisina qulaq asmisam ve beyenmisem.

Leave A Response