Wednesday 17th October 2018,
RapRock.az
Xəbərlər

Dakodje — Sual [mp3]

Dakodje — Sual [mp3]

 Dakodje — Sual (beat by Katade)

Yüklə — Download 

Lyrics:

(Verse 1.)

Yalnızlığ sadəcə yalnızlığda var olursa..

Danışan zaman göylərə buxarlanırsa..

O zaman danışıram, tək qalmağ yorucu..

Təkliyim məndən daha güclü yaradıcı!

İstəyirsən otur ağla, bağla qapını, aç keçmişin hesabını və ver haqqını..

İstəyirsən otur dağla, yandır tök, külə çevir yaşanan hər anını ver haqqını!

Ya da gəz küçələri, bax insanlara..

Tanı insanları, bax nöqsanlara!

Bu qəribə yaradılış, deyə bilmirsən yanlış!

Yalnış hamıda var, buna bir like ya bir alqış!

Və alış, öyrəşmə səndən tez küsənə, ya mənə!

Gecikənlərlə bir ol, axı mən tələsənəm..

Üzərində əsənəm.. boş ver get..

Göz yaşlarının dili olsaydı nə deyərdi indi sənə?

(Chorus)

Kül olmadan özünü necə yeniləyə bilərsən ki?

Təkliyin dərki?

Söz olmadan özünü necə ifadə edəcəksən ki?

Qucağla tərki…

Təki olmasın bir günümüz yalan!

Təki olmasın qoxun üzərimdə!

Mən gəzərəm şəhəri, boş gəz-dolan!

Mən əzərəm, yoxluğunu  inan və get!

(Verse 2.)

Məndən uzağa, məndən uzağda..

Var səninçün əlvan cənnətlər!

Mən yalquzağam, ikili insanam!

Var səninçün ancaq hörmət!

Gözdəmə sevgi, ya intim münasibət..

Vermişəm itgi, tökür ət..

Salam yerinə yatmağ istədiyini yazanlar!

Tutmağ üçün məni özünü azdıranlar!

Və bil! Mən silə-silə gedirəm Bakıdan..

Sən sil! Mən gülə-gülə baxıram üzünə..

Və gül! Təbəssümün deyil inan mənə silah!

Və gül! İndi track verir sənə sual!

(Chorus)

Kül olmadan özünü necə yeniləyə bilərsən ki?

Təkliyin dərki?

Söz olmadan özünü necə ifadə edəcəksən ki?

Qucağla tərki…

Təki olmasın bir günümüz yalan!

Təki olmasın qoxun üzərimdə!

Mən gəzərəm şəhəri, boş gəz-dolan!

Mən əzərəm, yoxluğunu sən inan və get!

Leave A Response