Wednesday 14th November 2018,
RapRock.az
Xəbərlər

Gangsta Rap haqqında

rap-gangsta

 

Çatdıq… Artıq Azərbaycanda da baş qaldırır özünü gangsta hesab edənlər erası. Sözsüz ki kimsə özünə söz qanqsteri deyə bilər. Amma tapança belə görməyanlərin mən tapancamla səni vuraram nəbilim nə deməkləri artıq gülüncdü. Boynuma alıram vaxtilə mən də treklərin birində “7 Gangsta boyz” demişəm 1 dəfə. Yenə də təkrar eliyirəm gangsta rep deməyən reperlər (xarici) belə bu sözü işlədir məhz söz qanqsteri sözlə zərbə vuran mənasında. Amma yenə də o vaxtdan bu sözü ümumiyyətlə treklərimdə işlətmirəm.
Üstündən illər keçib. Dəyişən çox şey olub. Ən azından Hip-Hop adlı elmi, bəli bəli elmi daha dərindən öyrənməyə başlamışam və davam edirəm. Vaxtilə The Game, 2pac, Dr.Dre, İce Cube kimi reperlərə həddindən artıq çox qulaq asırdım. Hesab edirdim ki rep, hip-hop budu. Axı mətnlərin nədən bəhs etdiyi türklər demiş “umrumda bile diyildi”. Minus əla flow əjdaha vsyo daa… Amma vaxt gəldi və bir insanla tanış oldum adı Ayaz idi (B-boy Funky Monkee). Onunla msn-də mübahisələr edirdim ki sən səhvsən əsl rep budur. O isə mənə bir neçə trek və ifaçı təklif elədi. Dinlədim əvvəl-əvvəl fikrimdən döndərə bilmədi. İnternetdə kifayət qədər albom axtarır və yükləyirdim. Yenə də əsasını qanqsta reperlərin albomları təşkil edirdi. Günlərin birində bir hip-hop blogunda King Syze adlı ifaçının albomu ilə tanış oldum. Albomu dinlədim. Yenə də minus və flow cəhətdən xoşuma gəldi. Daha sonra albomun coverində gordum Jedi Mind Tricks Presents. Başladım JMT-nin albomlarını yükləməyə. Treklərin birində eşitdiyim “Allahu Akbar” kəliməsi məni məcbur elədi elə yoldaca telefondan internetə girib bu trekin sözləri ilə tanış olum. Çünki mənə çox maraqlı idi bəlkə o İslamdakı bu müqəddəs kəlməni lağlağı edib.Tanış olduqdan sonra aydın oldu ki yox. Tam əksinə o (Vinnie Paz of JMT) katolik olsa da hal-hazırda İslamı qəbul edib və trekdə deyir “Allahu Əkbər. Hammı Sakit olsun. Bu sözlər İmamdan gəlir. Bu sözlər Qur’andan gəlir və səhv ola bilməz.”. Bu trekdən sonra Underground hip-hopla daha yaxından tanış olmağa başladım. Bu tanışlıq ərəfəsində hip-hopun tarixi, reperlərin bioqrafiyası, mətnlərin mənaları ilə maraqlanmağa başladım. Dərk etdim… Dərk etdim ki indiyədək ümumiyyətlə hip-hop deyilən aləmin qapısından belə içəri girməmişdim.
Hip-Hopun tarixini oxuduqca şahidi oldum qanqsta repin necə Hip-Hopun təməl sütununu heçə sayaraq fahişələr, qətllər, zorakılıq, narkomaniya kimi mövzuları necə təbliğ etdiyini. Necə ki vaxtilə dünyada ən güclü MC hesab etdiyim KRS One dərk etmişdi. Belə ki o və Scott La Rock (Birlikdə Boogie Down Productions) ilk gangsta yönümlü albomun – “Criminal Minded” albomunun müəllifləridi. Albomun tərkibi onun adından bəlli olur məncə. Lakin küçə razborkalarının birində Scott La Rock öldürüldükdən sonra KRS dərk etdi ki səhv yoldadır. Qətli təbliğ edirdi və belə bir qətl onun dostuna qismət oldu. Bunu təbliğ etmək olmaz və əsl hip-hop yoluna addım atdı.
Bioqrafiyalara baxdıqda çox uzağa getməyəcəm hammının tanıdığı mənim də vaxtilə çox dinlədiyim albomları dəfələrlə platinum status qazanmış DMX-dən deyim. Bioqrafiyasını oxuduqda ona olan hörmətim alt üst oldu. Trekində Allahdan işarə göndərilməsini istəyən bu insan sadəcə olaraq xəstədir. Sözün həqiqi mənasında diaqnozu belədir. Onun başı çatmır. Hər il bu insan həbsxanaya düşür. Burda qəbahət yoxdur deyə bilərsiniz. Bəlkə sözləri kiməsə ləzzət eləmir. Amma yox o Azərbaycanda yaşamır. Həbsxanaya düşmə səbəbləri narkotik, konsertdə gələnlərin üstünə öz təbii ehtiyaclarından ibarət yağış yağdırması, zorlama… Siyahı çox qabarıqdı amma davam etdirməyə ehtiyac belə yoxdur. Bu insan sonra gəlsin mənə treklərində nədən danışsın? Belə insanın mən nəyinə qulaq asım?
Hip-Hop bu deyil… Bu sözü bağıraraq hayqıraraq izah etməyə çalışsam da bu məqaləni də Allah bilir iki üç nəfər oxuyacaq ya yox. Onların də ikisi deyəcək bunun işi gücü yoxdur.
LOVE, PEACE, UNİTY and HAVİNG FUN. Hip-Hop budur. Kimisə öldürməyin, zorakılığın, narkotiklərin təbliğatı deyil. Gangsta rep deyilən bir şey isə sadəcə camaatın damarını tutub pul qazanmağın yoludur. Mənə görə və real Hip-Hopa görə əsl sənət pula satılmır. Xeyr mən demirəm ki albom satmaq pul qazanmaq qəbahətdir. Sadəcə olaraq mən bu gün gedim Üzeyirnən ya nəbilim ee avtobuslarda xod gedən müğannilərlə duet eliyim ki pul qazanacam bu sənət deyil. Bu tərtəmiz Biznesdir. Kommersiyadır…

4 комментария

  1. A4 28/04/2014 at 12:48

    Huseyn sohbet Studio Gangstalarindan gedir. Azrapde Gangsta var?

  2. A4 28/04/2014 at 12:47

    Huseyn sohbet Studio Gangstalarindan gedir.

  3. Cahid 11/04/2014 at 11:09

    /.

  4. Huseyn 09/04/2014 at 00:30

    Amma Realty deyilən bir şey də var axı.

Leave A Response