Wednesday 26th September 2018,
RapRock.az
Xəbərlər

H.O.S.T [Qaraqan] — Mənim İstiqamətim [Klip+mp3]

H.O.S.T [Qaraqan] — Mənim İstiqamətim [Klip+mp3]

 
H.O.S.T [Qaraqan] — Mənim İstiqamətim
 
mp3 formatda Yüklə — Download
 
 
[Lyrics]
Verse:1.
Mən heç vaxt olmamışam nömrə bir,
Məni fırlatmayıb aylarla radiolar, efir..
Mən özümü göstərməmişəm Jeep’da Hit’də,
İsədiyim olub ancaq Lirika və Beat’da..
Mən heç vaxt qalxmamışam layiq olduğumdan artıq,
Və heç vaxt götürməmişəm lazım olandan artıq.
Ola bilsin ki, mənə qulaq assın bütün ölkə, Amma geyinmirəm mən 10 manatdan baha köynək!
Mənim üçün fərgi yoxdu «Məhşuram» ya «Adi» oğlan,
Bəlkədə məhşurluqdan çox istəyərdim adi olmaq.
Kimlər ki indi mənim dediyimə inanmır,
Soruşun yaxınlarımdan: QaraQan necə adamdıı?
Məni çəkməyib heç vaxt ulduzların əhatəsi,
Və sırtıq qızlarında saxlamışam məsafəsini
«İradəsi» olanlar orduma gəlsin!
Mən yazmıram bu repi ki xoşuna gəlsin!

 Nəgarət:
Bu mənim istiqamətim,
Mənim əgidəm düz,
Yox xəyanətim,
Mənim məgsədim bəlli,
Hədəflərim bəlli,
Çıxmasın qarşıma kimin var şıkayəti!
Bu mənim istiqamətim,
Mənim əlimdə silah cəsarətim,
Mənim düşmənim bəlli,
Hədəflərim bəlli,
Çıxmasın qarşıma kimin var şıkayəti!

 Verse:2
Bakını başa düşmürəm O «Küləklər Şəhəri»,
Yoxsa glamur Party’lər, Cana’lar, Klaber’lər..
Bakını başa düşmürəm o tamam dəyişib,
Kasıbların çiynində tikilmiş «Megapolis»,
Burda hər kəs çalışır özünə görə,
Sənnən nəsə istəyir kim ki üzünə gülür,
İzinə gəlir, iyinə gəlir, puluna’mı,
Pula gələnlər birdə çətin özünə gələ..
Mən heç vaxt olmamışam borclu kiməsə nəsə,
Nədə olmayacam sənin algışlarına əsir,
Və hər 100 (yüz) ildə gəlirsə xalqa 1 (bir) şair,
Bu statusu tullayıram,
Götürsün kim istəsə..
Mən heç vax gorxmamışam,
Həyat böyük kino,
Bir gün notlar olar «Major»,
Bir gün «Minor» ..
Və artıq sayımız 20.000 kapişon!
Məni oyundan silsəzdə,
Davam edəcəy şou!

 Nəgarət:
Bu mənim istiqamətim,
Mənim əgidəm düz,
Yox xəyanətim,
Mənim məgsədim bəlli,
Hədəflərim bəlli,
Çıxmasın qarşıma kimin var şıkayəti!
Bu mənim istiqamətim,
Mənim əlimdə silah cəsarətim,
Mənim düşmənim bəlli,
Hədəflərim bəlli,
Çıxmasın qarşıma kimin var şıkayəti!

strong

3 комментария

  1. AZAD 09/03/2013 at 20:59

    sevirəm

  2. Hemayil 20/10/2012 at 16:33

    tek kelime SUPEEERRRRR

  3. Qizil Noyabir 24/08/2012 at 07:33

    super(

Leave A Response