Tuesday 18th September 2018,
RapRock.az
Xəbərlər

H.O.S.T [ Qaraqan,PRoMete ] — Einstein [mp3+Klip]

H.O.S.T [ Qaraqan,PRoMete ] — Einstein [mp3+Klip]

 
 H.O.S.T [ Qaraqan,PRoMete ] — Einstein 
Credits:
Produced by Vusal Beat Pro
Directed by Rashad Kerimli
Edited by Vusal Nazimoglu
After effect by Asker Ragimov
Art Direction: az-ya
Location: Istanbul (Turkey) 
 
mp3 formatad Yüklə — Download 
 
Verse — 1
Yazır jurnallar, magazine`lər:
«Dəyişib H.O.S.T xətti! SENSATION!;
şəhəri gəzirlər limuzinlə;
ISO 9001 (ay es o nayn o o van) qualification!»
Başa düşməyənlər üçün: dünya standartı!
«əkilmiş yolu, H.O.S.T öz tərəfinə dartır.
Gah nala-gah mıxa vururuqsa biz,
bəs necə olur, günü-gündən ordumuz artır?
Siz qurun yas, biz “təntəneyşn”,
tikanlarla diziniz necə yellənir?
Səsimdən çoxları olur temptation.
Sözlər qulağına sığal yox, çəkir şilləni.
Gülməli görünəni, gülməli görmədin,
ağladın, gülmədin, susdun, dinmədin,
paxıllığından konsertə gizli gəldin,
bədənini yellədin, əlini görmədim!
Chorus
HOST Production, radikal internation,
Qaraqanalogiya, PRoMete creation
Intelegation, dinləyir nation,
Xalqa düz sözü də “çatdırıneyşn”

Verse – 2
Mən oynayıram sətirlərlə PlayStation.
Mənim əlimdə qafiyə sözə baxan geyşa.
Məni tanımırsan — xarakterim xameleon!
Mən iki üzlüyəm… yox məndə üz milyon!
bu növbəti stansiya-bu növbəti station
Gedəcəm Avropaya, bezdirəndə Asia,
H.O.S.T`u bəyənmiyənlər məndə ignore`da
hərdən bir silent`də, ən uzağı vibration.
Və deməyin ki, «keçdi ingilis dilinə!»
ingilislər bu dili fikirləşib mənə görə.
Ki, hərdən bir mənim düşəndə kefimə
“təhsil” yerinə deyim “education”!
Legal relation — bu azadlıqdır bracho!
Bu etapa hazır deyilsinizsə geri qaçın!
Bu sistemə qarşı, komplekslərə qarşı —
bu da olsun pis mahnı, nə qədər olar yaxşı?!
Və deyin İstanbula getdilər klip çəkməyə.
Əslində gəlmişik bura elə belə gəzməyə
«Bəs qonşun ac olanda getməzdin kurorta? «
Brat, mənim qonşularım beş ildir Kanadada!
Dəyişiklik lazımdır beyinlərə — fixation
XXI əsr – Mr.Globalisation!
And I believe in peace! No discrimination!
Məncə burda lazım deyil heç bir translation!

 
¢

Leave A Response