Monday 24th September 2018,
RapRock.az
Xəbərlər

«Hip-Hop»-un tarixi birinci hissə.

-88693455

Hip-Hopun tarixi 1969-cu il Cənubi Bronksdan başlayır.

Düzdür o zaman hələ hip-hop adı heç yox idi. Bizi birləşdirən mədəniyyətə bu adı 5il sonra Afrika Bambaata qoydu. Həmin vaxt Hip-Hopun artıq ümumiləşmiş bir ada ehtiyyacı var idi. 1969-cu ildə digər əfsanə Kool Herc isə break boys sözünü qısaldaraq b-boys terminini hip-hopa qazandırdi. B-boyların rəfiqələri isə fly girl adlandırılırdı.

Kool Herc Bronksa Yamaykadan köçmüşdü və özü ilə Yamayka küçə yığıncaqlarının adətlərini də gətirdi. Belə yığıcaqlarda Kinqston gəncləri yığışırdılar və musiqinin altında söz demək bacarıqlarını nümayiş etdirirdilər. Bronksa gəlişindən sonra o buradakı əyləncə gecələrinin daimi sakininə çevrildi. Belə gecələrdə o digərlərindən fərqlənmək üçün heç kəsdə olmayan valları (plastinka) əldə  etməyə çalışırdı. Məhz həmin dövrdə atasının köməyi ilə artıq dəbdə olan funk musiqisinin parlaq nümunəsi olan amma həm də çətin tapılan James Brownun “Sex Machine”  valını tapır. Soul, funk, jazz kimi janrların hip-hopun yaranmasında böyük rola malik olduğunu (məlumat raprock.az saytından götürülüb) qeyd etmək də yerinə düşər. Özəlliklə adı çəkilən James Brown, Sly Stone, Parliament Funkadelic, Isaac Hayes kimilərinin yaratdıqları sonradan hip-hopa dərindən təsir etmiş oldu. Tədricən Herc indi DJ adlandırdığımız peşə sahibinə çevrildi peşənin özü isə Djing adlandırıldı. Kool Herc ilk dəfə kluba ikili turntable aparatı gətirərək non-stop musiqi səsləndirməyə başladı. Afroamerikalı əhali üçün bu bir mədəni inqilab idi. Onlar dərk etdilər ki bu onlara çox yaxındır və onlar özlərini əcdadlarının mədəni irsində tapa bilərlər.
70-ci illərin əvvəllərinə qədər radiolarda əksər əhalinin zövqünü nəzərə alaraq disko musiqisi səsləndirilirdi. Lakin zaman keçdikcə artıq dinləyicilər fərqli musiqi gözləyirdilər və Kool Hercin gəlişi də məhz dinləyicilərə bunu (məlumat raprock.az saytından götürülüb) vermiş oldu. O funk, soul, r&b fırladırdı. Mahniların səsləndirilməsi zamanı kupletlər arasındakı instrumental fasiləni (break) dəfələrlə təkrar səsləndirərək rəqs edənlərin rəqsinə canlılıq qatırdı. Bu təkrarlar zamanı rəqs edənlər dairə yaradaraq bir-bir öz məharətlərini göstərirdilər. Məhz onları Herc b-boy adlandırdı, müvafiq olaraq da rəqs break-dance adlandırıldı.
Artıq 1972-ci ilə b-boys&fly girls öz musiqisi, geyimi, həyat tərzi olan bir cərəyana çevrilmişdi. B-boyların geyimi idman paltarları, enli balonka jiletlər, yana qoyulmuş beysbolkalar, uzun dili olan krossovkalar idi. Qızlar isə eyni cür jilet və dar lasinalar geyinirdilər.
Bütün bu elementlərlə yanaşı b-boyların əsas elementi sözsüz ki rəqs idi. Rəqs onları birləşdirən universal bir dil, onları digərlərindən (məlumat raprock.az saytından götürülüb) fərqli edən bir vasitə idi. Özü-özlüyündə breyk bir yenilik deyildi. İlk dəfə bu rəqs XVIII əsrdə New Orlean-da “Kongo square dance” kimi təsvir olunub. “Kongo square” meydanında qullar yığışıb dincəlir, şənlənir və rəqslə yarışırdılar.
60-cı illərin sonunda breyk iki azad stildən – Nyu York akrobatik stilindən( bizim o vaxtlar nijniy breyk adlandırdığımız) və Los Anjeles pantomima stilindən ibarətdir (verxniy breyk) (azərbaycan dilində belə sözlər eşitməmişəm və bilmirəm (məlumat raprock.az saytından götürülüb)  deyə rus dilində yazdım üzürlü hesab edin)
Akrobatik stil latın amerikasından gəlmə idi və b-boylar əsasən bu stildən istifadə edirdilər. Qaradərililər arasında bu tərz 1969-cu ildə Ceyms Braunun «The Good Foot» adlı fank xit yazması və səhnədə onu breyk elemetləri ilə rəqs edərək ifasından sonra məşhur oldu.
Boogie adlandırılan pantomima tərzi isə qaradərililərin ənənələri ilə əlaqədar adlanırdı. Tiking adlanan və rəqqasın müəyyən vəziyyətlərdə hərəkəti donduraraq oynaması afrika kökənli hesab olunur. Waving adlanan bədənin dalğavari hərəkətləri ilə müşayiət olunan rəqs isə tikinq üçün “nəqarət” olaraq meydana gəlib.
Bu illərdə artıq Bronks və Harlem b-boy briqadaları ilə dolu idi. Yorkda bu briqada – bandalara “crew” Los-Anjelesdə isə “clic” deyilirdi. Onlar şəhəri bölüşdürmüşdülər və hərkəs öz ərazisində rəqs edirdi. Rəqslərdən başqa b-boylar rolik sürür və divarlara graffiti çəkirdilər. Bu briqadalardan bu günə qədər də ən məşhurları əfsanəvi “Rock Steady Crew” və “New-York City Breakers” idi. Həmin briqadalar arasında olan “battle”lar sonradan (məlumat raprock.az saytından götürülüb) videoya çəkilərək bütün dünyanı gəzib gəncləri elektrik cərəyanı kimi silkələyəcəkdi. “Rock Steady Crew” tərkibinə indiyə kimi dünyaya gəlmiş ən məşhur breakdansçı “Crazy Legs” ləqəbli latinos daxil idi. O bütün mümkün xareoqrafiya mükafatlarını qazanmış müəllim və ABŞ-ın əməkdar b-boyu idi.
Qeyd edildiyi kimi hip-hopun tərkib hissələrindən biri də graffitidir. Bu sənət 70-ci ildə Vaşinqton Haytsdan Demetrivs adli 16 yaşlı qaradərili uşağın divarlara öz ləqəbini – Taki 183 yazması ilə başladı. Belə yazılar “teq” adlanırdı və özündə b-boyların ləqəbini əks etdirirdi. Teqdə b-boyun ləqəbi və yaşadığı küçənin nömrəsi olurdu : Lenny Len Lake 2, Rip 7, Tracy 168 və s. Takinin yazıları özü özlyündə adi yazılardan heç nə ilə fərqlənmirdi. Sadəcə məsələ burasında idi ki o yazı manyakı kimi Nyu-Yorkun yarısını (məlumat raprock.az saytından götürülüb) yazılarla doldurmuşdu bununla digər b-boylara meydan oxuyarcasına. Bu ona xalq arasında şöhrət gətirdi belə ki 1971-ci ildə “Nyu-York Times” ona böyük məqalə həsr etmişdi. Takinin bu “əməl”i b-boylar arasında rəqabətə səbəb oldu. Onlar çalışırdılar ki ən aglasığmaz yerdə ən qeyri adi, qəşəng və böyük şəkildə yazsınlar. Tezliklə teqlər pieces (çox güman ki şahəsər mənasını verən masterpiece sözündən) adlanan şəkillərlə əvəzləndi. Şəkillərdə əsasən komikslərin və ya yapon manqa cizgi filmlərinin qəhrəmanları əks olunurdu.
İlk əvvəllər qraffitistlər özlərinin dezodorant, çap maşını kağızı, aseton və s.-dən edib düzəltdiyi markerlərdən istifadə edirdilər. Cibində belə böyüklüklükdə “azuqə” olan b-boy özünü cibində bomba gəzdirirmiş kimi hiss edirdi. Təsadüfi deyil ki qraffiti çəkmək “to bomb” adlandırıldı.

A4

Leave A Response