Wednesday 14th November 2018,
RapRock.az
Xəbərlər

«Hip-Hop»-un tarixi ikinci hissə.

hip-hop2

Fırça ilə çəkənlərə isə qadağa var idi. Əgər kimsə fırça ilə çəkən yerdə tutulsa o “oyun”dan kənarlaşdırılırdı, qəbul olunmurdu.
1972-ci ildə şəhərdə bir neçə qraffiti briqadaları yaranmışdı: The EX Vandals», «The Soul Artists», «United Graffiti Artists». Məhz hənim ildə b-boy Super Kool 223 pulvelizatorun ucluğuna Gilette kreminin ucluğunu taxdı. Bununla düz xəttlər çəkmək daha rahat oldu və Super Kool ilk dəfə spreylə rəsm əsəri yaratdı və qraffitini rəsm incəsənətinə çevirdi.
Bundan sonra bir-birinin ardınca yeni qraffiti stilləri meydana gəlməyə başladı: Phase 2 gombul hərflər yazaraq “bubble letters”, Blade və Comet nəhəng ağ-qara yazılış “blockbuster”i, King 2 və Pistol həcmli yazı “3D”ni, kəşv etdi. Ən sonda isə ən çətin sayılan “wildstyle” adlanan yazı yarandı. Wildstyle-da hərflər bir-birinə çətin oxunacaq bir formada keçirilir.
Stillər və briqadalar arasında həmişə müharibələr gedirdi (məlumat raprock.az saytından götürülüb). Bu müharibələr “Style Wars” filmində nümayiş etdirilib. Briqadalar bəzi hallarda rəqibin qraffitisinin üstündən yenisini çəkirdi. Hətta “The Cross Outs” adlı briqada belə var idi. Düzdü bu iş ürək tələb edirdi çünki yaxşıca döyülə bilərdin. Belə də ki əgər o ürək olmasa idi heç indi qraffiti deyilən şey olmazdı.
Müəyyən vaxtdan sonra qraffitistlər öz maşınlarını və vaqonları hədəf seçdilər. İlk dəfə Riff adlı qraffitist “top-to-bottom” – bütünlüklə qraffitiylə bəzənmiş vaqonu, Flint 707 isə ilk dəfə “top-to-bottom-whole-car” — bütünlüklə qraffitiyə bürünmüş maşın nümayiş elədi. Bu dövrlərdə “New York Magazine” ən yaxşı qraffiti (məlumat raprock.az saytından götürülüb) üçün illik Taki mükafatı təsis etdi. Dövlət isə bomberlərə müharibə elan etdi. Cibdə sprey gəzdirmək tapança gəzdirməkdən daha qorxulu idi. 10 il sonra 1983-cü ildə Maykl Stüart adlı qraffitisti polislər bombing zamanı tutub ölənə kimi döymüşdülər. Breykerlərə metroda rəqs etmək qadağan edildi. Nyu Yorkun meri Ed Koç metronun kənarına ikiqat və yaxarı hissəsi tikanlı məftillə sarılmış divar çəkilməsi üçün 22 mln dollar pul ayırdı. Bu iki divarın arasında isə polislər keşik çəkirdilər. “MTA” firması vaqonları qraffitidən təmizləyən xüsusi məşın – “Buffen”i kəşv etdi. Nyu York meriyası onlarla belə maşın aldı lakin sonradan məlum oldu ki Buffenlə təmizlədikdən sonra vaqonlar paslanır, çürüyür. 1981-ci il qraffiti üçün ən böyük repressiyalar ili olsa da çox böyük “məhsuldarlıq”la da yadda qaldı. Həmin il dövlət qraffiti ilə mübarizədə məğlub oldu. B-Boylar (məlumat raprock.az saytından götürülüb) qəsdən metro keçidlərində “battle”lar təşkil edir polis yaxınlaşanda isə hərəsi bir tərəfə dağılaraq onları çaş-baş qoyurdular. “Whole Car” pis dayanmış maşının qraffitilənməsi də dəb halına düşdü. Bundan əlavə bombing gənclərin inqilabi mübarizə formasına çevrildi.
Bütün deyilənlərlə yanaşı hip-hopun inkişafına ən böyük təkan sözsüz ki repin meydana gəlməsi oldu. Hər şey 1975-ci ildə yenə də həmin Kool Herc “Hevalo” klubunda keçirilən əyləncə gecəsində mikorfonu qoşub breyklərdə rəqs edənlərlə danışması ilə başladı. Adətən camaatı canlandırmaq üçün “Throw your hands in the air. And wave’em like ya just don’t care” kimi sözlər səsləndirirdi. Buna Mcing Kool Herc-e ise MC (master of ceremonies) adı verildi. Lakin Kool Herc daha çox (məlumat raprock.az saytından götürülüb) diqqətini djingə ayırmağa başladı və emsilik estafetini öz dostları Coke La Rock və Clark Kent-e verdi. Onlar ilk MC komandanı yaradıb adını Kool Herc & The Herculoids qoydular.
Artıq DJlər öz təcrübələrində Kool Hercin ilkini olduğu “canlandırmadan” istifadə etməyə başladılar. Əvvəllər bu sadə və canlandırıcı sözlərin təkrarından ibarət idi. Yes Yes Y’all,
One Two Y’all
Yes Yes Y’all,
To The Beat Y’all!
Kimi sözlər deyirdi. O zamanlar bu rep yox “emceeing” adlanırdı. Sonralar yavaş-yavaş xırda qafiyəli sözlər və mahnının mətninə uyğun dördlüklər improvizasiya edilirdi. Bunun nəticəsində b-boylar djlərin breaklərdə dedikləri sözlərə cavab verməyə başlayırdılar. Vaxt keçdikcə reperlər dj (məlumat raprock.az saytından götürülüb) mikrofonunu götürüb növbə ilə öz mətnlərini deyirdilər. Əlbəttə mətn bədahətən deyilirdi və kağızdan oxumaq ən böyük “günah” hesab edilirdi. Bununla belə hər reper altdan-altdan evdə sabahkı party üçün “ev tapşırığı” hazırlayır, mövzular fikirləşirdi. Mele Mel – bu işin ilklərindən biri boynuna alırdı ki onun özü bu işə yarım gün vaxt ayırırdı. Nəticə də göz önündə olurdu reperlər nə bir nə iki saat gecədən səhərə qədər nonstop mətnlərini deyirdilər. Bundan əlavə deyiliş elə olmalı idi ki publika həvəsdən düşməsin və dance polu “yellədsin”. «We born to rock the world!» deyə həmin Mele Mel oxuyur.
Repe bənzəyən afroamerikalılar arasında “söz müharibələr”i ötəri məlumatlar çoxdankı dövrlərə gedib çıxır. Lakin elmi olaraq rep və onun növlərinə (“dozens” , “signifying” və “talking shits”) 30-cu illərdə Cənubi Bronks və Harlemdə təsadüf olunub. Yeniyetmələr yığışaraq müəyyən qaydalar çərçivəsində bədahətən mümkün qədər ritmik və məzmunlu 3 4misralı nəzm formalı mətn deməyə çalışırdılar. Cəmi 12 misra və verilən “dozen” adı də buradandır. İki rəqib növbə ilə (məlumat raprock.az saytından götürülüb) 12 misra deyirdi o zamana qədər ki biri dayanırdı və ya birinin aşkar üstünlüyü görünürdü. Burda əsasən məqsəd özünü olmayacaq qədər yüksəyə qaldırıb qarşındakının səndən aşağıda olduğunu sübut etməyə çalışmaq idi. Bu deyişmə saatlarla davam edə bilərdi və qalib müəyyən olunmadığı təqdirdə hərşeyi azarkeşlərin izlədiyi davalar həll edirdi.
“Signifying” “dozen”dən fərqli olaraq sərbəst tərzdə deyilirdi. Lakin burda qafiyələrin istifadəsi xüsusi texnika ilə daha da çətinləşdirilirdi. Bundan əlavə bütün mətn boyunca rəqiblər eyni sözün qafiyələrini istifadə etməklə, və bunu sürətli etməklə deyiliş tərzini daha fərqli, daha maraqlı etməyə çalışırdılar. Bununla da rəqib üzərində üstünlük əldə etməyə cəhd olunurdu. “Signifying”i milli yanıltmaclara da bənzədə bilərik amma qeyd olunduğu kimi orda daha fərqli texnika və sürət var idi.

A4

Leave A Response