Friday 19th October 2018,
RapRock.az
Xəbərlər

KorYOLÇU — Unudulmur [Klip+mp3]

KorYOLÇU - Unudulmur

KorYOLÇU — Unudulmur

mp3 formatda Yüklə — Download

lyrics:
Kömək istədiyin anda qapılar üzünə bağlanırsa,
göylərə baxıb, diz çöküb Tanrıya yalvarırsan.
O anda cavab eşidilmir və bu sənə ağır gəlir.
İnamın itir hər şeyə; həmin an çağır məni.
Çağır ki, oturaq, dərdləşək, daha da yaxınlaşaq.
Dərdləri bölüşməsən, qalıb ürəkdə ağırlaşar.
Və əgər, öz içində səs yaransa, deməli təksən.
Bütün insanlar hamısı birdi, qıraqdasan tək sən.
Sürüdən ayrı düşəni qurd basar, sən sürüdə yoxsan.
Sürüdən ayrı azadsan, amma sürüdəsənsə, qoyunsan.
Bu yolayrıcına düşmə, bilmə, bilməyən rahatdı.
Nə qədər az bilirsə insan, özünə dərd yaratmır.
Bu dünya daha yaşanılmazdı, iki yoldan birini seç.
Ya öl, ya qal, ya da gözlərini yum və özündən keç.
Səndən öncə çoxu olub, bu başqa cür də olmur.
Sən ancaq izini qoyursan; izlər isə, unudulmur…

Chorus: (x1)
Azad ol! (Azad ol!) Hər şey öz əlindədi.
Azadlıq içindədi; səni öz içindən yeyir.
Azad ol! (Azad ol!) Azadlıq əlində idi.
İndi isə, dilindədi, amma yenə gec deyil.

Verse 2.
Azadlıq elə bir nemətdi, gərək hamı dadsın.
Heç kimin hüququ bərabər deyil, bunu kim yaratsın?
Bu ölkə dardı əyninə, sıxır və boğur səni.
İşlədikcə qazanmırsan, bu da ki, yorur səni.
Çünki, sən görürsən, haqqın olsa belə, pulun yoxdu.
Başqası qazanır hey, sənin başqa yolun yoxdu.
Gərək ki, haqqsız olub, qazanıb, olasan onlardan.
Mənsə, YOLÇU olub, tapdım özümü yollarda.
Yəni, pul hər şey demək deyil, pul — vasitədi.
Pullu həyat qara buluddu, pulsuz asudədi.
İnan və buna əməl et, Dünyada çox ölkələr var.
Bu ölkədə hər insanın üstündə kölgələr var.
Çıx və get — nə qədər gec deyilsə, tez azad ol.
Həyatdan həzzi sonuna qədər al, bunu yazan sən ol.
Göstər ki, insanın gücü bitmir, insan yorulmur.
Və hamı desin: «Bu yola ilk ayaq basan unudulmur…»

Leave A Response