Wednesday 15th August 2018,
RapRock.az
Xəbərlər

hiphop kuce lugeti

 

Rhyme — İngilis dilindən tərcümədə qafiyə deməkdir.


Bar — Misra deməkdir.
Flow — Rus dilində buna uyğun bir söz var «Читка». Hərfi mənası axın deməkdir. Repdə mənası isə deyiliş tərzi, texnikadan istifadə edərək müxtəlif variantlarla qafiyələri fərqli yerlərdə işlətmə, yəni hardasa özünəməxsus tərz desək yaxınlaşmış olarıq. Amma heç də hər kəsin tərzinə «Gör necə zor flow edir» və ya «Zor «Читка»sı var» deyə bilmərik.
Sample — Hissə, parça deməkdir. Əsasən beatmakingdə istifadə olunur. Məna etibarilə hər hansı bir musiqi və ya səs parçasının kəsilmiş bir hissəsini ifadə etmək üçün işlənir. Həmin parçalardan beatmakerlər hip-hop beatlərin yığılmasında istifadə edirlər.
Beef — Reperlər (mclər,qruplar, bölgələr, bəzən reper və müğənni, reperlə leybl və s.) arasında olan bir növ müharibə, soyuq münasibət. Məsələn məşhur beeflərdən KRS One — MC Shan, Kool Moe Dee — Busy Bee, 2Pac-BIG, Eminem — Everlast qeyd etmək olar.
Diss — Dissrespect sözündəndir və mənası hərfi desək hörmətsizlik, respect göstərməmək kimi çıxır. Reperin (MC-nin) digərinə (və ya müğənniyə, şirkətə,qrupa və s.) qarşı yazdığı rep parçaya deyilir.
Punch/Punchline — Bir işin əsas, kulminasiya nöqtəsi. Bundan əlavə rapdə əsasən battle-larda rəqibi daha çox iynələyəcək, nokdaun edəcək hissələrdir.
A.K.A. — Also known as sözünün abriviaturasıdır. Mənası başqa cür bu adla, bü cür tanınır deməkdir.
Nigga-`Nigger` sözündən yaranmışdır. Nigger-Boğazında köləlik zənciri asılmış qara adam deməkdir. Nigga-Boğazında qızıl zəncir olan qara adam deməkdir.
Bu sözü ilk dəfə Tupac işlətmişdir.Onnan 2 sözün fərqini soruşanda, o : «Nigger boynunda zəncirlə dar ağacında yellənən zəncidir, Nigga boynunda qızıl zəncirlə
klublarda yellənən zəncidir.» demişdir.
Homie- Mənası `məhlə uşağı` deməkdir.1960cı illərin sonunda başlayan və indiyə qədər davam edən, Afrikalı-Amerikalı və Meksikalı-Amerikalı gənclər arasında
yayılmış bir sözdür. `Homeboy` sözündən yaranmışdır. Avstraliyada `homie`-lər qruplar şəklində gəzir, alt paltarları görsənən enli şalvarlar geyinirlər. Oradakı
insanlar `homie`lər haqda alçaldıcı şəkildə danışırlar.
Mc-`Master of the Ceremonies`və ya `Microfon Controller` mənasındadır. Peşəkar raperlərə verilən addır.
Lil-`Little` sözünün qısaltmasıdır. Məsələn Lil Wayne, atasının adı Wayne olmuşdur. Atasının adını götürərək `kiçik Wayne` olmuşdur.
Wassup- `What’s up`-ın qısaltmasıdır. `İşlər necədi?` mənasında işlədilir.
Ghetto- Zəncilərin xaric olunduğu dövrdə zəncilərin yaşadığı yoxsul məhəllələrə verilən addır.Əsasən mərkəzdən kənarda qalan, maddi vəziyyəti normal vəya aşağı olan insanların yaşadığı küçələrə verilən addır.

Leave A Response