Monday 24th September 2018,
RapRock.az
Xəbərlər
Müsahibə: A-Team

A-Team qrupu bütün suallara cavab verdi!

Nezrin B-ber: Niyə A-Team`in çox işləri 3-lə başlayır?
-Bu sırf DakodjE ilə bağlı olan məsələdir.

Birdə 3-cü konsert nə vaxt olacaq?
-Dəqiq vaxt 2012.

Zaur Atasoy: Dakodje, növbəti klipin nə vaxt gəlir?
-Çəkilişlər yaxın günlərdə ola bilər lakin yayımlanma may ayına və yanvara təsadüf edəcək.

Pasha Ismayilov:
Dakodje, A-Team`in şəxsi team-i, onların işlərini görəcək gənclərdən ibarət (foto,video,dizayn) komanda yığılırmı? Yığılırsa bu barədə hardan məlumat alaq?
-Hələ bu barədə düşünmürük. Düşünsək bütün dinləyənlərin xəbəri olacaq çox güman ki.

Deli Yem:
Dako kitabın nə vaxt çıxır?
-May ayına planlaşdırıram.

Ramin A-Team: Qrup son günlər çox sakitdi, işlər gedir yəqin, maraqlıdı nə kimi işlər gedir?
-Klip, konsert üçün sponsorlarla danışıqlar, albom, solo albomlar və s.

Zulik A-Team: Qısa müddətə iki klip çıxdı, indi sakitçilikdi, çox güman ki 3-cü klipə hazırlıq gedir, bu doğrudu?
-Bu doğrudur.

Sizinçün ən böyük uğur nədir?
-Bir nəfər belə ürəkdən dinləyirsə və bir nəfərin ruhunu fəth edə bilmişiksə bu bizim uğurumuzdur.

Gələcəkdə hansısa xarici reper ilə duet etmək fikriniz var?
-Def İll adlı istedadlı bir rapper var, Almaniyada yaşayır və fəaliyyət göstərir. Onunla danışıqlar aparılır alınsa ilk o olacaq.

3-cü konser digərlərindən nə kimi fərqlənəcək?
-Səhnələşdirmə və surprizlərlə.

Yeni albom barədə qısa məlumat.
-Yeni albom köhnələrdən mayalanacaq amma heçdə köhnələrə bənzəməyəcək.

Ilahe Mirzeliyeva: Dako niyə paytaxtdan kənarda konsert vermirsiz?
-Bunun üçün tələbat olmalıdır, sponsor, təşkilatçı və s. Hər şey düzələrsə bizim özümüzədə xoş olardı.

Rap nə vaxta kimi həyatının anlamı olacaq?
-Bilmirəm, görünür o günə hələ çox var.

Feza Dark: ‎3-cü albom solodur?
-Düşünmürəm ki solo olacaq.

‎Mayda Dakodje`nin konsert vermək arzusu reallığa yaxındır?
-Təbii ki hərbi xidmətə getməzdən öncə, solo konsert, solo albom və alınarsa kitabı dinləyənlərə darıxmamaq üçün ərmağan etmək istərdim. Reallığa yaxınlığa gəlincə isə 3 iş birdən təbii ki çətin olacaq.

‎Dakonun repertuarında pessimist track`lər üstünlük təşkil eləyir, səbəb?
-Hiss etdiklərimi yazıram, bir ay içində albom yığılırsa və bir ay ancaq pis günlər keçirdəcəmsə dinləyəcəyiniz lirikalardan ibarət olacaq. Yox güləcəmsə fərqlilik görəcəksiz, hirsli olacamsa agressiya. Başqa sözlə bu hisslərimdən asılıdır.

Dakodje, kitabını nəşr etdirmək fikrin var?
-Bunu çox istəyirəm, lakin nəşr alınmasa belə paylaşmağdan çəkinməyəcəm. Gərəksə internet vasitəsiylə, pulsuz olsada maraqda olanlarla paylaşacam.

Ötən ilki Dakodje ilə bu ilki Dakodje, nələr dəyişilib?
-Çoxu fərqinə varmasada fərq çoxdu.

‎”Silahım gülüşümdür” deyən Dakodje nəyə qarşı silahlanır?
-Həyata qarşı.

Dakodje`nin meydana gəlmə səbəbləri?
-İçində bu meydanda olmaq üçün sonsuz istəyinin olması.

Leyla Pretty Abdullayeva: Dakodje öz kitabında özü haqqda nəsə yazıbmı?
-Özüm haqqda yazmışam, demək olar ki romandakı obrazların çoxu öz ədəbi portretimdən ibarətdi, sadəcə bir obrazda cəmləşdirməmişəm, hər obrazda məndən bir parça var, hansındasa nifrətimdən, hansındasa sevgimdən, hansısa bir obrazın sevgisi və ya nifrətdi ya da başqa yaşadıqlarında məndən əsər əlamət belə yoxdu, bu isə romanda əsl məni gizlədəcək. Oxuyaraq hansı obrazın, hansı hissi, hansı yaşadığı hadisənin mənə aid olmasını seçmək qeyrimümkün hala gəlir.

Guni Asadova: Kitab hansı aya təsadüf edir?
-May.

Neçəyə olacaq?
-Satışa çıxsa 5 və ya 6 Azn.

Aynurka Lostprophets: Dakodje`yədi suallarım, nikivizin mənası nədir?
-Hərfi mənası “Qara Ruh”

Hansı yeməyi xoşlayırsız?
-Doyduran.

Kitabda nə haqqında yazırsız?
-Ağlımdan keçən hər şey haqqda, hətta keçməyənlər haqqda belə.

Sevdiyiniz varmı?
-Deyəsən yox.

Təzə klipləriniz gözlənilirmi?
-Təbii ki.

Niyə həmişə sizinlə danışmaq istəyənləri uzaq tutursunuz?
-Çünki əksər hallarda danışmaq istəyənlər sosial şəbəkələrdən və ya telefon zəngləri, mesajlar vasitəsiylə danışmaq istəyirlər və birinci növbədə buna vaxtım yoxdur (üzərimə düşən və haqqını verməli olduğum çox iş var), ikinci növbədə isə həyatda tanımadığım insanları hər normal insan kimi asanlıqla həyatıma buraxmıram və ünsiyyətə keçmirəm.

Gulnara Axmedova: Dakodjeyədi suallarım, keçmiş sevdiyinlə bağlı nə fikirdəsən?
-Keçmişimdə yaşanmış hər şey kimi, keçmiş.

Sevgiliyə Nifrətlə adlı mahnı o qızamı həsr olunur?
-Hər track şərt deyil ki kiməsə həsr olunsun, kiminsə həyatından hansısa fraqmentə belə track həsr edə bilərəm.

Bu qədər nifrətə səbəb olacaq nə edib?
-Məncə heçnə etməyib.

Qayıtsa bağışlayardınmı?
-Qayıtsa özünə deyəcəm.

Niyə həmişə qara geyinirsiniz?
-Niyə həmişə rəngarəng geyinirsiz? Dəblə hərəkət edirsiz? Brendləri, markaları sevirsiz? 🙂

Kumira A-Team: Dakodje, maraqlıdı elə bir track`in varmı, deyəsən ki məhz bu mənim həyatıma aiddi və hansıdı?
-“Faciənin Doğuluşu”, “Ad Günü”, “Dil Yandırdı Gülləri”, “Xoşbəxtliyə Nifrət Edərək”. Sırf həyatım yox amma sevgimə həsr olunan track “Fənafillah”.

Lettie Hosted: Dakodje sizing haqqınızda şayələr gəzir ki iki min kitab oxumusunuz, bu barədə öyrənmək istəyərdim, əgər oxumusunuzsa bunu necə etmisiniz?
-Dəqiq sayı hal-hazırda 602-dir. Çox sadə, açmışam və oxumağa başlamışam. 🙂

Ulya Mamedzadeh: Dakodje, mümkünsə cavab verin, çox yerdə eşitmişəm ki sizə ikinci Qaraqan deyirlər, maraqlıdı niyə? Bu haqqda fikirləriniz.
-Mən nə birinci Sultan Süleyman, nə ikinci Qaraqanam. Mən 3, Dakodje.

Jan Batist Qrenuy: Konsert gözlənilir?
-Təbii ki.

Anar MusAshi: A-Team`in fikrincə Azrap-də nömrə bir kimdir?
-Bu suala dəqiq cavab verə bilmərik. Hərə öz sahəsində, bizdə öz sahəmizdə.

Türkiyədən hansı rapperləri dinləyirsiniz?
-Yeni başlayanından, illərlə bu sənətdə olanına kimi. Sadəcə bu bir dinləyici gözü ilə deyil, bu yenilik axtarışında olanın dinləməsidir.

Sizcə dünya rapində ən güclü kimdi?
-Tech N9ne, Eminem, Bone Thugz N Harmony, Xzbit və s.

Saida A. Hesenli: Fanat sözünə və Fanata münasibətiniz necədir? Xüsusəndə Şahruzun.
-Fanat sözündən xoşum gəlmir. Fanata münasibət yolda tanımadığım insanlara münasibətlə eyni. Tanıdığım fanatlarıma isə yaxşı.

Prinsip A-Team: A-Team`in hədəflər və məqsədləriynən bağlı zəhmət olmasa qısaca məlumat verərdiniz. .. Və A-Team`in “Onurğa Sümüyü” kimi tanınan realda Mövlud Niftəliyyev haqqında məlumat verərdiniz.
-Mövlud Niftəliyyev bizim gözümüzdə tək kəlimə ilə unikal insandır.

Peligro Hiposentr: Rapi hobbi kimi istifadə edirsiniz?
-Hisslərimiz ifadəsi nə hobbimiz, nə də peşəmiz deyil.

‎Dako əsgərlikdən gələndən sonra rapə davam edəcək?
-Bunu əsgərlikdən gələndən sonra cavablandırmaq istərdim, böyük ehtimalla hə, gələnə kimi Dako`nu unutsaz yox. 🙂

Rap Out Clan`la proyekt nə vaxt gözlənilir?(tezliklə deməyin )) təxminən neçə aya )
-Şahruz və Remo`nun “Ya Brend” adlı dueti gəlir, hal hazırda studiyadadır, dəqiq vaxt bilinmir.

Xelil Mf: Türkcə rapdə sizcə ən tanınmış və səviyyəli rapper kimdi?
-Dünya çərçivəsində Ceza, Türkiyə sərhədlərində Sagopa və Ceza.

Azer Rzayev: Bu günə gəlib çıxmağınızda kimə borclusunuz?
-Hər şeydən öncə Allaha.

Vusale Zeynalova: Görəsən A-Team rap-də nələr deyir ki, camahat onu belə həvəslə dinləyir. 🙂 Hər halda bu haqda sizin düşüncəniz maraqlı olardı?
-Həvəslə dinləməyiniz üçün hər şeyi deyir zənnimizcə. 🙂

Oktay Shixmemmedov: A-Team`in bəstəkarı kimdi?
-Mövlud , lakin sırf bəstəkar olmasada, beat baxımdan köməklikləri ilə, çox insanın adı da istisna deyil.

Musiqilərinizlə Azərbaycanı hansı xarici dövlətlərdə təmsil edirsiniz?
-Xarixi ölkələrdə yaşayan Azərbaycanlıların dinlədiklərini bilirik, lakin hələ təmsil etdiyimizi deyə bilmərik.

“Ağlatma Gözlərimi” bu sözlər sizin ürəyinizdən gəlib?
-Ürəyimdən gəlməyən sətirlərimdə yer almaz.

Ricay: Neçə ildir ki raplə məşqul olursunuz?
-Şahruz 13 yaşından başlayıb və 5 ildir ki professional rap`lə məşquldur. Dakodje 11 yaşından başlayıb və 4 ildir ki professional rap`lə məşquldur. A-Team isə fevral ayının 16-da “3” yaşını tamamlayacaq.

Nə vaxtsa sürətli rap deyən biri rast gəlsə və qrupa qatılmaq istəsə, onu qrupa götürərsiz yoxsa iki nəfər davam etmək fikrindəsiz?
-Rast gəlmişik, qrupa götürmək yox amma dəstək olmaq olar.

Repdən bezməmisiz? Hələ də ilk dəfə olduğu kimi ürəklə davam edirsiz yoxsa həvəssiz?
-Ürək olmayan yerdə uğur olmur. Uğur görürsüzsə cavab sizdədir.

Yeni track-in adını ekskluziv mənə deyərsiz?
-“Mənə Money” versən təbii ki. 🙂

RAP_MAN: Nə vaxtsa qrupa kimi qəbul edəcəksiz, yoxsa həmişə 2 nəfər davam edəcəksiz?
-Heç kim qəbul olunmayacaq çox güman ki.

3`cü klip hansı track üçündü?
-Mənə Money.

Son zamanlarda Aggressive track planlarınızda varmı?
-Həmişə olub və olacaq.

Unjudgeable: Yeni maraqlı albom gözlənilirmi?
-Albom gözlənilir, əsrarlı deyərdik.

Pasaparola: Sizdə bəzi rapperlər kimi Hosta yaxınlıq edirsiz ki onların kölgəsi altında yüksələsiniz?
-Biz birinci konsertimizi verəndə A-Team idik. Birinci albomumuzda da heç bir duet olmadan sırf öz gücümüzə yüksəlməyə doğru addım atdıq. İkinci albomumuzda da heç bir duet yoxdu və bu da bizim, A-Team`in tək uğurudu. Host Azrap`də hörmət etdiyimiz rapperlərdən biridir. Dəstək olurlarsa bunu yalnış anlamaq lazım deyil. Və A-Team`i tanıyanlar bilir Şahruza “Günəş”, Dakodje`yə “Qaranlıq” deyirlər. Və nə Günəş kölgə ilə yüksəlir nə də Qaranlıq kölgə ilə dünyaya düşür.

MyLife_MyRuleS: Niyə A-Team`dən üzdə cəmi Şahruz və Dako var? Məncə əvvəl qrup 2-dən çox olub?
-Çünki A-Team Şahruz və Dakodje ilə bu gün tanıdığınız A-Team olub.

FreeStyle bacarıqları var?
-Təbii ki.

Şahruz flex`də özünə rəqib kimi görür?
-Asiyada heç kimi, Avropada bəlkə kimsə, Amerikada çoxunu.

Nə vaxtsa Azrapi xaricdə təmsil etmək fikirləriniz var?
-Bu növbəti uğurumuz olardı, lakin hələ o günə yolumuz çoxdu.

İlk başlayanda sizə «Bala rapi tulla, sizdik deyil» – deyən çox oldu?
-Valideynlərin qınağı ki rap`də pul yoxdu. Belə heç kim.

Punzone: Mənim sualım Şahruzadı. Şahruz sən canı track nə vaxta hazır olacaq?
-Sən belə gic-gic suallar verməyi kəsəndə. 🙂

AiD: Salam xoş gördük, sualım Şahruzadı.Öz şəxsi albomun çıxacaq? Nə vaxt?
-2012-də.

Aggressive raplər yeni alboma daxil olacaq?
-Əlbətdə.

Səndə bəzi rapperlər kimi Allahı gah söyüb gahda tərifləyirsən?
-Yox. Elə şeyi sevmirəm.

Bir gün dünyaya yenidən gəlsən hansı şəkildə və hansı surətdə gələrdin?
-Bu sualın mənası yoxdu məncə.

RAmiZ_iSTiQLAL:
Hansi qruplarnan feat fikri var?
-Bunlar sirr qalsın.

Birdə ki qrupa kiminsə qoşulma ehtimalı gözlənilir gələcəkdə?
-Yox, bu barədə artıq yekun qərara 2 il öncə gəldik, heç kim.

Bir ara deyirdilər Dakodje Hosta daxil olacaq. A-Team-i dağıtmamaq üçün Hosta daxil olmadı ya Hostla problem yaranmışdı?
-Mən belə bir şey xatırlamıram, çox şey deyə bilərlər, onların dediklərinə qalsa mən satanistəm və pişiklərin qanını içirəm. 🙂

from_baku: Freestyle bacarığınız var?
-Əlbətdə.

Şahruzadı Cezaynan ya tech n9ne`nan duet olacaq flex?)))
-İnşallah amma çox yolum var o günə.

MeTe_kaqan: Freestyle deməyəni rapper saymaq olar?
-Yox.

Və hal-hazırda Azrapdə ki vəziyyət sizcə yaxşıdı?
-Stabil.

FiKE: Şahruz, ilk öncə demək istərdim ki neçə yaşından flex tərzlə məşqulsuz?
-18 yaşımdan.

İkinci sual Dakodje`ə aiddi. Bilmək istəyərdim ki, 3 nöqtə-333-3 niyə məhz 3-lər? 33 də ola bilərdi amma nədənsə 3 )
-Bu mənim həyatımla bağlı olan bir məsələdir. Və sənin yazdığın 3-lər daxil olmaqla bu mətndə gördüyün hər 3 rəqəmini saysan yenə sonu 3-lə bitəcək. İnanmırsansa say. 🙂 Bu DakodjE ilə bağlı bir sirrdir.

LiveD_13: Qrupa adı hardan seçmisiz və niyə bu ad?
-Bu barədə çox danışmışıq, adımızın ilk hərfi 1 rəqəminin hərfi simvoludur və biz birinciliyi təmsil edirik. (A liqası=Birinci liqa, A kateqoriyası=Birinci kateqoriya və s.) Hərfi mənaya gəlincə bunu dinləyənlərə buraxmışıq, Avropadan-Asiyaya kimi nə istədiz qoya bilər və mənalandıra bilərsiz.

Da_sTreeTz: Old School rapnən New School rapin fərqi nədədir?
— New School Rap dəqiq deyə bilməzdim amma Old School Hip-Hop və New Age Hip-Hop haqqında saatlarla danışmaq olar.

Orxan Ağazadə [ORIK]: RapRock.az saytı haqqında və yeni Müsahibə layihəsi haqqında fikirlərinizi bilmək maraqlı olardı
-Gözəl lahiyədir. Birinci biz olduq, sonu olmasın. Uğurlar arzu edirik və çox bəyəndik. Azrap adına sevinirik.

mənbə: www.RapRock.az

 

Leave A Response