Saturday 15th December 2018,
RapRock.az
Xəbərlər

Müsahibə: A4 (ex. T.Or) aka Beat Engine

A4 (ex. T.Or) aka Beat Engine  bütün suallara cavab verdi!

Наум: Salam T.Or. Sənə T.Or dedim çünki bu ad daha çox yaraşır.=)

1. Küçədə yığışıb freestyle, acapella, breakdance və s. kimi show`lar təşkil etmək kimi bir fikrin(iz) varmı ? (All in Label) Səncə bu Bakıya əsl HipHop havasını gətirərmi ?

2.Yeni albomun nə vaxt çıxacaq? Ümumiyyətlə bu haqqda məlumat nə vaxt net`ə veriləcək ?
3.Orqanizm tipdə treklər yenə olacaqmı? Mənə çox təsir eləmişdi vaxtında, azrap`in şah əsəridi o trek.
Əvvəlcədən təşəkkürlər, Ustad.

Cavab: Əvvəlcədən bu müsahibəni oxuyan hər bir kəsi salamlayıram.

  1. Əslində bu və bu kimi fikrilər (im) həddən artıq çoxdur. Sadəcə vaxt amili hal-hazırda əleyhimə işləyir. Bir az “başım açılan” kimi bu tip proyektlərə imkanım olduğu qədər şərait yaratmağa çalışacağam.
  2. Məlumatı elə indi də verə bilərərm ;). Albom 2013-cü ilin ilk rübünə planlaşdırılıb. Adı “Rebirth” olacaq. İntro, outro və skitlərlə birlikdə ən az 12 trek (track) olacaq albomda.
  3. Ən azından çox güman ki bu albomda olmayacaq. Çünki bu albom nisbətən başqa formatda hazırlanır. Yəni treklərin əksəriyyəti “Bir balaca rap” tipli olacaq.

Qoyduğun hörmətdən dolayı təşəkkürlər.

 

Voriss Nifret: Salam. Çox maraqlıdı AzRapmi Rapinə təsir etdi, yoxsa Rapinmi AzRapə təsir etdi?

Cavab: Azrapin rapimə təsir edən hissəsi olaraq onu qeyd edə bilərəm ki, müəyyən müddət fasilədən sonra T.Or olaraq görəcəyim işlərdən daha fərqli nələrsə etməli olduğumu anladım. Yəni həmin tərzlə yazdığım hal-hazırda azrapdə dinlədiklərimin çoxundan zəif ola bilərdi. Bu halda isə nəsə etmək istəmirdim və yazıb silirdim. Təsiri bu oldu deyə bilərəm.
Rapimin Azrapə təsiri olaraq isə raplərimdə əsasən rap dinləyən kütlənin dinləməsini istədiyim MClərin adlarını çəkməyimi, Hip-Hopun 5-ci elementi olan Biliyin (Hip-Hop biliklərinin) imkan daxilində məni dinləyənlərə çatdırmağımı göstərə bilərəm.

 

 

prince: Respect Azrapin atasına, sualım belədi

Facebookda gördüyüm kimi tez-tez Donvion`u paylaşırsan, ft gözlənilir ? Başqa bir qrup rus dili Samadhi arada bir səhifəndə görmək olardı, onlarla ft gözlənilir? Bu iki adla hansı ilə özün ft eləmək istərdin və hansı daha güclüdü texnika və liriks baxımınan ? Təşekkür.

 Cavab: Yooooo… Azrapin atası Anar Nağılbazdır J.

Don Vionla hələ ki, feat gözlənilmir, gələcəkdə ola bilər. Samadhi ilə yox Samadhinin üzvü Samuray albomumda iki trekdə iştirak edəcək. Özüm feat etmək istədim Samadhi ilə və etdim. Vionla da ola bilsin edəcəm amma yaxın bir iki ayda yox yeqin ki. Güclülüyə gəldikdə isə belə deyim. Samadhidən Samuray sözsüz ki, sırf hip-hop haqqında yazçağı baxımından da, qafiyələr, texnika, flow baxımından da bu 3 nəfərdən ən güclüdür. İkindi Vionu görürəm. Ən güclü tərəfi ürəkdən ifa etməsi və həvəsidir. 3-cü isə Samadhidən Argest. Məndən inciməz məncə, özü də bilir ki işləməlidir öz üzərində.

 

Emin: Niyə Amerika rapini AzRap`ə qatmağa çalışırsız ? Əsl köhnə AzRap jarı yoxdu indi!

Razılaş ki Xose, Dəyirman vaxtında olan Raplər əsl AzRap idi, yəni o cür tərzde oxuyan Rap indi yoxdu.

İndiki Rapperlər necə deyərlər neqırların oxuduğlarına qulaq asıb onnan bəhrələnirlər

Köhnə AzRap fərqliliylə Rap aləmindən seçilirdi

 Cavab:Sözün düzü mənə bir az gülməli gəldi bu məntiq. Deməli qeyd etdiyin reperlərin ən parlaq dövrlərində olan Azrapdə beatlərin 80-90% plagiat, bir çox ifa tərzləri, hətta nəqarətlərin oxunuşu plagiat idi. İndi isə Azrapdə bir çox beatmaker beat yığır, flowlar formalaşır hətta məsələn mən Məmmədbağır Bağırzadədən, R-One (beatmaker) Qara Qrayevdən, Müslim Maqomayevdən və bir çox yerli musiqiçilərimizdən sampleistifadə edirik. Bununla belə siz hesab edirsiniz ki həmin dövrdəki Azrap daha milli idi? Mən qeyd etdiyin reperlərin əməyinə hörmətsizlik etmirəm, əsla. Sadəcə bir az araşdırsan görərsən ki həmin dövr azrapdə çox shey heç də Az. Deyildi. Neqrların oxuduğuna deyəndə ki, mən şəxsən kifayət qədər ağdərili MC və qrupları dinləyirəm. Və bundan əlavə onu da deyim ki sabah xaricilər muğam oxusalar, muğamı bizdən öyrənəcəklər burda qəribə olan nədir?

 

Xpert: nəyə görə mənim heçvaxt raplə məşğul olmadığım halda 2009 da sən o zamanlar illərin rapperi idin, mənə güvənib mənlə, heçvaxt eşitmədiyin bir insanla feat elədin ?

Cavab: Çünki səndə olan həvəsi gördüm bu bir, nə dərəcədə halal insan olduğunu gördüm bu iki, intuisiyama güvəndim bu üç )). Peşman da deyiləm. Amma bəziləri var ki, onlara elədiklərimi bilsəm heç eləməzdim yəqin.

 

Susupeg: Əvvəla salam. Sualım elə çox olmayacaq.

1.Qanun necə oldu?

2.Üzvlərinizdən repper kimi davam edən var?

3.Hiss eləmirsən artıq indiki sənət sizin(bizim) esalon üçün deyil?

4.İndiki uşaqlar deəsən həm güclüdürlər, həm də bizim məntiqimizlə yalnız sənət üçün gəlmirlər rep`ə.

Uğurlarınızın davamını gözləyirəm.

 

Cavab: Əleyküm salam çoxdandı görünmürdün şad oldum.
1. Qanun elə buradadır sadəcə iki nəfər qalıb mən və OD. Hal-hazırda özümüzü solo olaraq sınayırıq. Məncə hələ qrup olaraq da işlər olacaq.

2. Bəli qeyd etdiyi kimi mən və OD (Kamil).

3. Hiss etdiyim üçün də tərzdə və fəaliyyətdə dəyişikliklər etdim.

4. Güclüləri də var aralarında əlbəttə, təəssüf ki reper o qədərdir ki, güclüləri güclə seçirik. Ən böyük problem də sənət üçün gəlməmələridir elə. Təşəkkürlər, sənə də uğurlar.

 

uncle sam: Səncə dünyada ən güclü beatmeker kimdi?

Cavab: Ən güclünü deyə bilmərəm amma fikrimcə ən güclü olanları saya bilərəm.
DJ Premier, Stoupe the enemy of Mankind, Snowgoons DJ’s?, Scott Storch, Dr. Dre, Marley Marl, Domingo, Rza və daha bir çoxları.

 

wvv: Salam, reper adlarındakı a.k.a nə deməkdir?

Cavab: lso Known As sözünün abbreviaturasıdır. Mənası başqa cür bu adla tanınır, başqa cür belə tanınır, bu adla da tanınır deməkdir.

 

Caze: Salam A4. Sən çoxlarının müəllimi olmusan, çoxlarına kömək etmisən, hətta mənədə. Bəs sənin müəllimin kim olub? Uğurlar Size!

Cavab: Müəllim deyəndə tam müəllim demək olmaz amma öyrəndiyim insanlar olub. Hip-Hop mədəniyyəti barədə, MClərin bir çoxu barədə məlumatları Ayaz Əhmədovdan (Funky Monkee) öyrənmişəm, Səs rejissorluğunda Nadirdən (Nağd Pul) məsləhətlər almışam,  FL Studio proqramında ilk addımlarımı atmaqda Neyman Mustafazadə (aranjmançı) kömək edib. Bundan əlavə oxuduğum məqalələr, baxdığım videodərsliklərdən də az şey öyrənməmişəm. Sizə də uğurlar.

 

mikeColins: Salam A4. Sən çoxlarına müəllim olmusan. Bəs sənin müəllimin kim olub? Niyə 13-16 yaşlılar rap “deməyə” başlıyırlar səncə? Onlara niyə icazə verilir səs yazma studiolarında? Bunların qarşısı alınsa məncə azrapdə bir az irəliləmə olar. Bu fikrimə münasibətin necədi?

Albom nə vaxtdı İNŞALLAH? #respect

Cavab: Bu sualla bağlı yuxarıda artıq yazdım (bilirəm ilk sualı sən vermişdin)).

13-16 yaşlıların repə başlamağına bir neçə səbəb var : Dəb, özünü göstərmək (mən reperəmeee), məşhur olmaq arzusu və təəssüf ki az bir qismində həvəs. Səsyazma studiyaları aylıq kirayə haqqı ödəyir və bilir ki o onları qəbul etməsə də başqası onsuzda edəcək. Qarşısını almaq üçün onlara həqiqətləri demək lazımdır. Bir tracki çıxdı, deyirsən qardaş bu, bu, bu məsələlər zəifdir. Bir neçə trek sonra da heç nə dəyişmirsə demək lazımdır ki sən yaxşısı dinləyici kimi qal. Bunu hamı deməlidir. Yoxsa kimlərsə guya ruhlandırır ki əladır amma əslində bərbaddır. Münasibətim normal))
Albom gələn ilin ilk rübündə Allahın izni ilə. Təşəkkürlər.

 

Tima Aliev: Salamlar Orxan, T.Or niyə ex. oldu? A4-in mənasını izah edə bilərsənmi zəhmət olmasa

 

Cavab:Çünki artıq T.Or olaraq gördüyüm işlər (rap sahəsində) indiki azrapdə üzdə olan reperlərlə rəqabətə davam gətirmirdi fikrimcə. Bu səbəbdən müəyyən müddət ümumiyyətlə rap yazdırmadım. Yazdıqlarımı oxuyurdum zəif olduğunu görüb cırıb atırdım. Yeni səhifədən, yeni tərzlə başladım, ağ vərəqdən. A4 də bu vərəqin formatı oldu.

 

Cavadli Nicat: Salam, suallar belədi.

1 Bugünki AzRap’in bəyəndiyi və bəyənmədiyi cəhətləri hansıdı ?

2 Fikrincə AzRap’də nə çatışmır ?

3 Rapper’lə Repçi’nin fərqi nədədi ?

4 Rap’ə buqədər sevgi, marağ hardandı ?)) Bu işə digərlərindən qat-qat çox urəy qoyursan.

Cavab:

  1. Bəyənmədiyim cəhəti hər rep dinləyən reper olmaq istəyir. İstəməyi bir kənara buna kortəbii surətdə gedir. Heç bir məlumat almadan, heç nə barədə oxumadan, kökləri bilmədən, dinləmədən elə alır şeir yazır deyir ki yoxee elə budur mən sabah trek yazdıracağam.
    Güclü cəhəti son zamanlar rəqabətin artması, beatmakerlərin fəaliyyətlərindəki inkişaf.
  2. Birlik
  3. Çoxları üçün çoox böyük fərqi olsa da mənim üçün “тракторист”lə “traktorçunun” fərqi qədərdir fərq.
  4. Qəlbdən, ürəkdəndir.

 

Killarmy:  1.2000-ci illərdəki azraplə indiki azrepin fərqini nələrdə görürsən?

2.İntelektual rap deyəndə ağlına kimlər gəlir?

3.Tupak`a bir reper kimi münasibətin nədir?

 Cavab:

  1. Fərqi ifa tərzlərinin, beatlərin inkişafında, nidbətən birliyin zəifləməsindədir. O vaxtlar bir rep tədbir olurdu bir çox reperlər həmin tədbirdə olurdu. İndi isə bir o qədər də yoxdur belə şeylər.
  2. Ramires, Capo, Uran, Çerep vəhal-hazırda ağlıma gəlməyən başqa reperlər.
  3. Əvvəllər dinləyirdim, son bir neçə il ərzində yeganə dinləmə səbəbim maşında disk yox kaset yeri olması və məndə də onun kasetinin olması olub)). Reper kimi ilk albomu bütün albomlarından daha True-dur deyə düşünürəm. Dinlədikdə isə yalnız, Brenda’s Got a baby, Changes, Letter to my unborn child kimi fərqli treklərini dinləyirəm.

 

Ram Is: Salam müəllim, necəsən? Nə var, nə yox? Səncə niyə AzRapde dinləyici, mc, beatmaker, prodüsser zəncirinin eleməntlərini bir-birinə hörmet yox, pul bağlayır?

 Cavab: Salam. Əhləmdülillah hər şey yaxşıdır. Çünki lazımi MC, lazımı prodüseri və lazımi beatmakeri tapa bilmir. Azrapdə kifayət qədər tanınmayan lakin çox güclü beatmakerlər var. Məsələn, R-One, Samurai, Funky Monkee, Liman, Empro, Samum, İnfected və digərləri. MClər isə beatmakerlərlə əlaqə yaratmaqdansa google-da free beat axtarır. Yanaşma da fərqli olmalıdır. Bu isə ayrıca bir mövzudur.

Nurlan Aghayev:

1)İlk dəfə qulaq asıb və bəyəndiyin RAP?

2)Azərbaycanda RAP`i dünya səviyyəsinə qaldırmaq üçün nə çatışmır?

3)AzRAP`də çox “Rapper”lər var ki heç HİP-HOP mədəniyyətindən başları çıxmır, sizcə onları “Rapper” saymaq olar?

 Cavab:

  1.  Nağılbazın trekləri olub. Konkret hansı dəqiq yadıma gəlmir.
  2. Birlik.
  3. Reper adı mənim üçün elə də böyük bir ad deyil. Reper saymaq olar yəqin ki. Əsas əsl MC olmağa çalışmaq lazımdır.

 

Pani: Mənə bir qəşəng beat hədiyyə edə bilərsən ? ))

Cavab: Bax budur reper və beatmaker arasında səhv qurulan əlaqə. Bəlkə də sən mənə elə bir iş göstərə bilərdin ki mən sənə bir albom üçün beat hədiyyə edərdim.

 

Soul of Monkee: Səncə niyə göre Azerbaycanda 98% bilmir ki, HIP HOP nədi? Məncə bu bizim top repperlərin sehvidi bəs səncə ? amma düzgün de, baxmayaraq ki çoxusu sənin yaxın dostlarındı ))) peace

Cavab: Ona görə ki, üzdə olanlardan heç kim Hip-Hop sözünü dilinə gətirmir. Məncə də elədir.

 

Aliyev Nicat:  Bizim Xpert’ə bu qədər dəyər verməyimiz səni ondan geride qalmağ qorxusu vermir ?

 Cavab: Əsla. Onun dəyər əslində verildiyindən azdır. Bundan əlavə dəyər elə bir şey deyil ki ona verilsə mənə qalmasın ))

 

Agharahim:

1) Xalqa Synaps Pro-nun yaranmasında “Xəzər Elmi tədris mərkəzinin” rolunu danışmağını xahiş edərdim. )))

2) Synaps sənin üçün nədir?

Cavab: 

  1. Deməli mən Ali məktəbdə oxuyarkən qrup yoldaşım dedi ki “Xəzər Elmi Tədris Mərkəzi”ndə ingilis dilindən hazırlığa gedirəm gəl bir gedək. Mən də razılaşdım. Bir dəfə necəsə repdən söz düşdü və mənə məlum oldu ki, müəllimim də replə məşğuldur. Həmin müəllim Ramires idi)). Beləcə yığışıb freestylelar edirdik, proyektlər barədə danışırdıq və son nəticə olaraq da Synaps yarandı.
  2. Synaps mənim ali məktəbim,işyerim,uşaqlıq arzum, rahatlıq tapdığım yer, səsyazma studiyam, mənə təb verən məkan və ən əsası da dostlarımıa yığışdıqda tam fərqli bir dünyaya səyahət etdiyim yerdir.

 

namiq velizade: sənin üçün hiphop nə düməkdi ?

Cavab: Şablon sözlər yazmaq istəmirəm amma KRS One-dan sitat gətirəcəyəm. “Rap is something we do, but Hip-Hop is something we live”

 

Vügar: Beat’lə diss ata bilərsən?

Cavab: Ümumiyyətlə Diss məsələlərindən uzaq olmağa çalışıram. Sadəcə işimlə məşğulam. Beatə gəldikdə isə beat həmin vaxt üçün olan hisslərimi təcəssüm etdirir və həmin vaxtkı aqressiyadan bəlkə də kimsə özü üçün diss nəticəsi çıxara bilər))

 

Amal: 

1)Tor aka A4 səncə niyə azrapdə demək olar ki, bütün MClər Dirty South və West Coast beatlərinnən istifadə edirlər?

2)Səncə Hip Hopda ən güclü (Dj) beatmaker və (Dj) turntablelist kimdi? Və ən sevdiyin beatmaker kimdi?

3)Sənin fikirincə Azrepdə niyə bu qədər “fake rappers” var?

 Cavab:

  1. Ona görə ki çoxusunun East Coastdan xəbəri yoxdur.
  2. Beamakerlər kifayət qədərdir amma öz kamandamızı kənara qoysaq mən Lansın işlərini çox bəyənirəm. Təbii ki, Nadir və Ser G-ni unutmaq olmaz.
  3. Çünki dəbdir reper olmaq.

 

Rasul: 

1) Hip Hop həyatında neçənci yerdədi?

2)Bax sən AzRap üçün şox şey eləmisən bəs Azrap sənin üçün neynəyib?

3)Dünya Hip Hop’unan kimi özüvə müəllim bilirsən?

4)Axrıncı sual: Hip Hop bir elmdirsə sencə bu elmin bünövrəsin kim qoyub?

 Cavab:

1. Dəqiq neçənci olduğunu deyə bilmərəm amma birinci deyil.

2. Mən Azrap üçün etdiyimi qarşılıq görmək üçün etmirəm, etsə də sağ olsun etməsə də.

3. Ən çox KRS One.

4. Bambaataa və KRS

 

Argest:İlk öncədən salamlayiram və uğurlar arzulayiram. Suallarim isə belədi:

1) İnşAllah albomu nə vaxt gözləyək?

2) Gənc və istedadli MC’lərlə yaxinlarda feat gözlənilir mi?

3) İlk klip nə vaxt olacaq?

4) Səncə Azərbaycanda nə vaxt əsl Hip-Hop’a dəyər verən olacaq?

5) “Tolçok” vermək istəmirsən mi əsl Hip-Hop’a?

 

Cavab: Çox Sağ ol və Respect hər şeyə görə.

  1. Gələn ilin ilk rübündə İnşAllah
  2. Albomda olacaq.
  3. Bunu hələ dəqiq bilmirəm.
  4. Hip-Hopun nə olduğunu daha çox insan başa düşəndə.
  5. İmkanım daxilində buna çalışıram

RAis-ATo: Salam, müəllim. Necəsən?

1)Albomun nə vaxta tamamlanır?

2)Freebeat albomu fikirləşirsən?

3)Sənin solo konsertin nə vaxt olacaq?

4)Nolacaq bu AzRapin vəziyyəti?

 

 Cavab:

  1. Məncə ozucular bu dəfə də standart cavabı görsələr bezəcəklər))
  2. Bəli düşünürəm bu barədə.
  3. Ola bilsin ki elə albomdan sonra. Lakin bu bildiyiniz konsert kimi konsert olmayacaq. Tam başqa formatda.
  4. Hal-hazırda daha çox AzHip-Hopun vəziyyəti barədə düşünürəm nəinki təkcə repin.

 

Uzeyir Eshref:  Salam.beatmakinglə məşğul olduqdan nə qədər müddət sonra ilk beatini satmısan və ya kiməsə hədiyyə etmisən ?

əsasən hansı janrda beatlərdə istedadını daha çox biruzə verisən ?

 Cavab: O hissələr dəqiq yadımda deyil)) Amma o qədər də az vaxt keçməyib. Buna baxmayaraq özümüz ifa etdiyimiz əksər beatləri özümüz yığmışıq (Qanun olaraq).

İnan ki tamamilə ruh halımdan asılıdır.

 

Xuanitos: Hörmət edirəm, uğurlar arzu edirəm.

Bu qədər istedad, repə həvəs, gece gündüz işləmələr, treklər amma …. nəyə görə?

  Cavab: Təşəkkürlər. Məncə amması yoxdur. Sizlər mənim işlərimi qiymətləndirirsinizsə bu mənə kifayət edir.

 

Miri a.k.a Infected: 

İlk əvvəlla salam, Albom üzərinde işləyirsən? və işleyirsənsə inşallah nə vaxt işıq üzü görəək?

  Cavab: Bir az fərqli olsun deyə başqa cür yazım da 2013-cü ilin ilk 4 aylığında. Çox güman ki Marta qədər.

 

Farid:  Salamlar A4, respect və uğurlar!

1) Səncə dinləyicinin rapdən anlayışını necə düzəltmək olar?

2) Nə etmək lazımdır ki AzRap artıq gəlir gətirsin?

3) Son vaxtlar bir neçə rapperlər rapdən getdi. Səncə bunun səbəbi nədir? Və səncə günnən-günə AzRap nələrə nail olur?

Təşəkkürlər cavablara görə, bir daha respect!

  Cavab:

  1. Keyfiyyətli rep dinlətməklə.
  2. Gəlir barədə düşünməmək.
  3. Səbəbi ruh düşkünlüyüdür, dəyərin az olmasıdır yəqin ki. Azrapın böyük hissəsi yerində, hətta geriyə saysa da lazımi insanlar güvənilir addımlarla irəliləyir.
    Sənə də təşəkkürlər.

 

Orxan Ağazadə: RapRock.az saytı haqqında və Müsahibə layihəsi haqqında fikirlərinizi bilmək maraqlı olardı.

 Cavab: Sayt Azrapə dəstək verən tək-tük saytlardandır. Müsahibə layihəsi isə xüsusilə maraqlı və lazımlıdır.
Son olaraq sayt administrasiyasına təşəkkürümü bildirirəm ki, məni də bu rubrikanın qonağı etdilər. Oxuculara və dinləyicilərə, ifaçılara bir reper kimi, beatmaker kimi yox sadəcə dinləyici kimi demək istəyirəm ki araşdırın, axtarın, oxuyun, dinləyin keyfiyyətli işləri. Hip-Hopun tarixi barədə oxuyun, məlumatlanın. Yeni dinləyən reperlərə demək istəyirəm ki əlinizə 20-30 manat düşən kimi studiyalara qaçmayın. Yüz dəfə yazın, pozun özünüz dinləyin özünüzü və müqayisə edin. Yazdığınızın yaşama haqqı varmı? Hə cavabı alanadək çalışın. Elə edin ki keyfiyyətli iş dinləyək. Hər kəsə təşəkkürlər və uğurlar

 

Mətni Hazırladı: Murad Hemidzade
Mənbə: www.RapRock.az 

3 комментария

  1. Cahid Musayev 26/03/2014 at 13:41

    Salam. Orxan sen, Paster, Xpert, Kor Yolcu ve s. dostlarin ozunuzde bilmeden{ola biler ki bilirsiz} indinin boyuk tenqidi Rep mektebinin muellimlerisiz. Sozun acigi ilk defe15 yashimda repe qulaq asanda men de heveslendim…Reper olmaq istedim Ama sonra dushundum ki menim kimiler coxdur. Ama sizler kimisi azdi.X-in de vurguladigi kimi coxluq poaxluqdu. ONA gore de men hele gozleme movqeyindeyem. Amma ozum ozume soz vermishem bu coxlu qurban teleb elesede gelecekde esl sizi kimi rep ustasi olacam. ve inshallah sizlerle birlikde. hele ki dediyim kimi melumat toplayiram Hip Hop medeniyyetini oyrenirem …mene meslehetin???.

  2. T.Or 28/12/2012 at 21:22

    Buyur

  3. Наум. 27/12/2012 at 15:27

    Təşəkkürlər.

Leave A Response