Sunday 16th December 2018,
RapRock.az
Xəbərlər

Müsahibə: Albay Əfəndi

Müsahibə: Albay Əfəndi

Albay Əfəndi bütün suallara cavab verdi!

Мс.Тйрант Шок: Albom nə vaxt işıq üzü görəcək Albay?
— Yəqin ki, yaz aylarına işlər tamamlanar. Elə o aylarda da işıq üzü görəcək inşallah

Elnur Allahverdizade: Yazdıqlarınızı bəyənirsiniz?
— Təbii ki… Bəyənməsəm yazmaram

Esma Muhammad:
1. 33 Pillə parçasını tək kəlimə ilə necə başa sala bilərsən?
2. Baş Hərfi “N” parçasının bir xeyri oldumu?
— Dünyəvi. Hə dinləyicilər tərəfindən bəyənilməyi mənim xeyrimə oldu…

Farid Worried Aliyev: Repdən başqa nə işlə məşğul olursan? Nə işləyirsən?
— Səs rejissoru işləyirəm tv-də
Monsumova Gunel: Albay, əsl adın və soyadın nədir?
— Açığı bu haqqda məlumat vermək istəmirəm

Ruzgar Rapstar:
1) Bildiyimə görə ATV kanalında səs rejissoru olmusan. ATV sizə nə kimi təcrübələr verdi?
2) RAPressia CLAN olaraq nə kimi yeniliklər gözlənilir?
— ATV mənim üçün böyük məktəb oldu. Bunu dana bilmərəm. Mən artıq RAPressia CLAN-nın üzvü deyiləm. Amma o clanla işlərimiz davam edir.

Celil Cavanşir:
1) Solo fəaliyyətə başladığını eşitmişəm, bu nəqədər doğru xəbərdir?
2) RAPressia Clandan ayrıldınızmı? Ayrılmısınızsa hansı səbəbdən…
— Hə solo işləmək qərarına gəlməyim, doğru xəbərdi. Hər hansısa səbəb olmadan bu qərara gəldim. Clan uşaqları ilə də işlərimiz olur. Onlar qardaşlardı!

Xayyam Rasul: Azərbaycanda tək bir rapperin adını çəkməli olsan, o hansı rapper olar? Birdə sənin siyasi mövqeyini bilmək maraqlı olardı.
— Azərbaycanda yaxşı mənada bir yox yetəri qədər çox ad çəkmək olar. Siyasi mövqeyimə gəldikdə isə azadlıq sevən və milliyyətçiyəm. Hər hansısa siyasi quruma üzv deyiləm.

Counter Marshall: Ən çətin və bədbin vaxtlarında özünü nücə sakitləşdirib, rahatlaşırsan?
— Nə qədər gülməli olsada, hard rock dinləməklə sakirləşirəm

Фарид Микайыл: Albay, sənə 1 günlük qələbəyə aparan mübarizə əzmi verilsəydi, kimin və nəyin uğrunda mübarizə aparardın?
— Əslində mübarizə aparılası çox şeylər var. Yəqin ki, birinci özümdən başlayardım

Cici Kerimovna:
1. Albay, RAPressia CLAN-dan niyə ayrıldın?
2. Nə vaxtsa, gələcəkdə məhşur rapper olmaq istərdin?
— Ortada hər hansısa səbəb yoxdu. Sadəcə solo işləmək üçün ayrıldım. Yox Cici mən heç vaxt məhşurluq iddiasında və həvəsində olmamışam. Mən rapdən sadəcə həzz alıram…

Xayala Dadashova: Nə vaxtsa sənə əcnəbi rapper-lərdən eyni səhnəni paylaşmaq şansı verilsəydi kimi seçərdin?
— Heç düşünmədən Ice Cube və Dr. Dre seçərdim.

Вугар Шафиев:
Albay, Üzeyir və Mina kimilərin sevildiyi bir ölkədə rapper olmaq necə duyğudur? Səncə rap-ə verilən dəyər səni qane edir?
— Zövqlər və rənglər müzakirə olunmur. Musiqi də həmçinin. Dəmək ki, ölkəmizin zövqü bu qədərdi… Bu ölkədə nəyə dəyər verildi ki, rapə də dəyər verilsin.

Leyli Safarova: Dinləyicilərinizlə nə zaman görüş düşünürsünüz?
— Bu haqqda heç amma heç düşünməmişəm…

Azer Shamxalov: ‎ 33 Pillə parçası Masonizmi təbliğ yoxsa tənqid edir? Albay Əfəndinin dini baxışı necədir? Və siz niyə hosted-ərlə duet işlədiniz?
— 33 Pillə sadəcə rap parçadır. Burda nə təbliğat nə də tənqidi yanaşma var. Əlhəmdülillah müslümanam. Allahın təkliyinə inanır və qəbul edirəm. Mənim elə bir duetim yoxdur!

Gunel Xezel: Səncə rap sözü şeir sayıla bilər? Yəni hər rap yazana şair demək olar?
— Əslində rap özü şeiriyyatdır. Hətta deyərdim ki, şeiriyyatın daha obyektiv formasıdır. Yox təbii ki… Baxır yazana.

Ulya Bagirova: Solo albomun nə vaxt işıq üzü görəcək? Və hansı tərzdə tracklər yer alacaq?
— Yaz aylarına planlaşdırmışıq. Həmişəki tərzimdə olacaq təbii ki…

Nergiz Xelilova Hatipoğlu:
1. Rock musiqisinə marağın var? Rock-la aran necədir?
2. Gələcəkdə rock və rap sintez etmə planların var? Məncə yaxşı alınar
— Əvvəllər rock sevmirdim. Amma son zamanlar rapdən çox rock dinlədiyim danılmazdır )) hə bəlkədə gələcəkdə elə bir sintez işləyərik.

Ferahnaz Ferzullazade: Albay, sənin bir duetin olmalıydı Ramilə Muradova ilə. Niyə o dueti yayınlamırsan?
— Hə Ramilə ilə bir duet parçam var. Və bəyəndiyim bir parça alınıb. Tam hazır olduqdan sonar yayımlanacaq.

Mövlud Movlud: Bildiyim qədəri ilə dindar birisisiniz. «İslam Terrorizmi» ifadəsinə münasibətiniz maraqlı olardı. Ümumiyyətlə biz Quranı bu gün ki, həyatımıza tətbiq edə bilərikmi?
— Nə yazıq ki, dünyada “İslam Terrorizmi” kimi iyrənc bir termin formalaşıb. İslam sülhü təbliğ edərkən qərb öz terroruna İslam adı qoyur. Qur`an-i Kərim bütün zamanlar üçündür. Tətbiqinə gəldikdə isə heç ağlım kəsmir.

Реванна Алекперова: Dünyanın hansı rapperinə özünü rəqib görürsən?
— Dünya rapi və mənim rəqibliyim? Bunun üçün hələ çox tezdir )))

Mirhuseyn Alekberov: ‎Albay Əfəndi, növbəti duet nə vaxt olacaq?
— İnşallah yaxınlarda olacaq

Parviz Nifret Guluzadeh:

1. Rapdə texnikaya yoxsa sözə daha çox üstünlük verirsən?
2. Albom yada konsert gözləyək?
— Rapdə əsas olan ünsür sözdür. Ama gərçək olan budur ki, o sözü gözəl texnika ilə çatdırasan. Albom gözləmək olar amma konsert haqqında fikir yoxdu hələki…

ислам ширвани: Deməli hörmətli Albay Əfəndim, sənin ən çox sevdiyin ən çox dinlədiyin trackin hansıdır?
— Mənim hörmətli qardaşım və musiqi produserim ))) Sən bunu bilirsən axı. Mənim ən sevdiyim parçam 33 Pillədir.

Seljan Agayeva: Həyatda ən çox sevdiyin 3 şey?
— 1. Anam 2. Toyuq qızartması 3. Musiqi və kitab oxumaq

Nicat Abbasov: Baş Hərfi “N” yazına görə bu sualı ünvanlayıram. Özünü “N” saylı hərbi hissədə hiss edirsən hansi? Bu xidmət ömürlükdür?
— Baş Hərfi “N” bu həpsdi ))

AyCell Che: ‎Albay Əfəndi və İslam Shirvany siz möhtəşəm ikilisiniz. Söz və bəstələr əladır. Amma Albay bir neçə dəfə artıq deyib ki, rap onun üçün sadəcə bir həvəsdir. Vaxt gələcək ki, rapdən uzaqlaşacaq. Niyə bu həvəsi professional işə çevirmək istəmirsən?
— Ayka Che, hə əslində mən heç vaxt bu rap işinə ciddi yanaşmamışam. Rapdən həzz alıram… Nə vaxtsa bitsə başqa şeydən həzz axtaracam

Aydan Effendi: indi məhşur olan heç bir reperdən pis yazmırsan.səncə niyə onlar qədər məhşur deyilsən? büdccə,həvəs,istəy yoxdu yoxsa?
— Mənim məhşurluq kimi bir iddiam yoxdu. Mən sadəcə yazıram və yenə də yazıram. Bunu məhşurluq üçün etmirəm.

Etibar Salmanli: İndi hər yerindən duran diss yazır. Diss sözünün mənasını bilmədən. Rapi bilən bilməyən diss-dən, rap-dən danışır. Bunlara imkan yaratmaqda özünüzü günahkar görmürsüz?
— Həə əfsus ki, elədir ))) Zamanla ələnəcəklər

Anar Azmamedov: Hörmətli Albay Əfəndi, regionlarda party vermək firkin var? Məsələn Şamaxıda
— Bizim 2005-də Şamaxı mədəniyyət sarayında konsertimiz olub. Ama indi planda elə bir şey yoxdu

Ilqar Nurusov:
1. Siz səs tərcümə edirsiniz?
2. Albay Əfəndinin mənası nədir?
3. Host grupu ilə aranız necədir?
— Yox mən səs tərcümə etmirəm )) Mən səs rejissoruyam. Səs tərcümə olunmur. Albay Əfəndi (Cənab Polkovnik) deməkdir. Yaxın qardaşlardı o grupun üzvləri.

Raul Zeyni: trackləriniz üçün musiqilər bəstələnir yoxsa hər kəs kimi internetdən yükləyirsiniz?
— Yox demək olar ki, free beat-lərdən nadirən istifadə edirik. Mənim musiqilərimin 99%-ni DJ Easy aka İslam Shirvany işləyir.

Taleh Heziyev: Albay, şəkillərdə əlinlə tutduğun üçbucaq bermud üçbucağıdır? Nədir bu işarə?
— Yox bermud üçbucağı deyil )) Məhəbbət üçbucağı dəsəm daha yaxşı olar

RAmiZ_iSTiQLAL:
Albaya sualım 33 Pillə nə deməkdir?
— Elə də dərin bir anlamı yoxdur.

Kuril: Masonist olmaq sənə nə qazandırır? Zarafata salıb, mən Mason deyiləm deməyin.
— Bu masonluq suallarına bir dəfəlik cavab vermək istəyirəm. Mənim masonluqdan ən kiçik bir məlumatım yoxdu. Mən mason deyiləm. Mən elə Albay olaraq məmnunam.

Muslim: Az rap-də müəyyən qədər fərqlənirsən tərzinlə olsun, səsinlə olsun. RAPressia CLAN-dan hansı səbəbə ayrıldın?
— Kimlər üçün fərqliyəm kimlər üçün sıradan biri. Fərqləndirdiyin üçün sağol. Bu ayrılıq səbəbsiz oldu )))

Susupeg:
1. Niyə Albay Marshall yox?
2. Bəzi bilgilərə görə idealist olduğunuz doğrudur?
3. Tracklərinizdə agressiyanı və romantikanı kimə borclusunuz?
— Çünki Albay Əfəndidir. Belə daha yaxşıdırı )) Hər kəsdə az da olsa idealist ruh var. Bunun üçün kiməsə borclu deyiləm.

RAP_MAN:
1. Niyə RapRessia`dan ayrıldız.?
2. Hansı studialara Respect deyirsiz 🙂
3. Klip və yaxud tanınmışla feat olacaq mı.? Olacaqsa nə vaxt.?
4. PhotoDizayneriniz var.? Olmasını istərdiniz mi.?
— Birinci suala artıq yuxarıda çox cavab vermişəm. Keyfiyyətli olan hər studioya. Klip gözlənilir. Yox sabit fotodizaynerlə işləmirəm

RESUL9999: Niyə rap yazırsan?
— Çünki bundan həzz alıram

eminem22: Şəkildə göstərdiyin mason simvolu, mənası nədir?
— Hansısa məna ilə tutmamışam… Elə şəkil çəkdirmək istədim sadəcə

Unjudgeable: Dəvət etsələr toyda rap deyərsən?
— Yox

Da_sTreeTz: Mc və Rapperin fərqi nədədir?
— İkisi də həmən həmən eyni anlam verir. Mc, kütləni ələ ala bilən rapper də demək olar.

Idea_aedI: Albay, sən həm də səs produsserisən?
— Yox )) elə bir vəzifə ilk dəfədir eşitdim. Səs rejissoruyam

Muro_abi:
1. Toyda rap deyərsən?
2. Mason olmaq necədir?
— Yox şəxsən mən demərəm ama deyənə də pis baxmıram.

Demo: Toyda rapin yeri var?
— Baxır kimin üçün

battle_king: Albay Əfəndi nə deməkdir?
— Albay türk hərbi sistemində “polkovnik” Əfəndi isə belə desək cənabdır. Cənab Polkovnik

from_baku: Eurovisiona seçilsən qedersən yoxsa sadəcə o səninlə ft oxuyan qıza dəstək ücün oxuyurdun ?
-Mən eurovisionda iştirakçı deyiləm. Orda çıxış edən qız Vlada bizə aid bir müğənnidir. Ona dəstək üçün onunla o səhnəni paylaşdım.

Orxan Ağazadə [ORIK]: RapRock.az saytı haqqında və Müsahibə layihəsi haqqında fikirlərinizi bilmək maraqlı olardı
— Azərbaycanda ilk rap və rock musiqini bir araya gətirən sayt. Bu əladır. Lahiyəyə isə söz ola bilməz… Suallar maraqlı idi.. Sevgilər və sayğılar.

Mənbə: www.RapRock.az

1 Comment

  1. Malsi 11/11/2012 at 01:14

    Albay efendi butun sekillerinizde Masson lojasinin simvollari shekil cekdirmekde meqsedinizi tam sekilde demekden niye cekinirsiniz?
    Sizin sekillerde etdiyiniz el hereketli 3 bucaq ve ya tek gozun menasi lojanizi bildirir belke achiq sekilde deyesiniz???

Leave A Response