Wednesday 15th August 2018,
RapRock.az
Xəbərlər

Musahibe - Alov2

 Alov bütün suallara cavab verdi! 

Əvvəla hamıya salamlar. İlk öncə məni də bu rubrikaya qonaq elədiyi üçün Raprock.az saytına və ələxsus da, Orxan Ağazadəyə xüsusi təşəkkürlər! Çoxunuz bir-birinizdən xəbərsiz birniz digərinizin sualını təkrarladığınız üçün təkrar olan suallara ümumi bir cavab vermək istəyirəm. Halımı soruşanlar, diqqətinizə görə dərin təşəkkürlər, çox sağ olun, hər şey qaydasındadır. Salamatlıqdır. “Azrepdə kimi özünə rəqib görürsən” sualına gəldikdə isə, belə düşünürəm ki, Azrepdə olan bir reper özünə rəqibi elə Azrepdən seçirsə, deməli həmin o adam Azrepin irəli getməsini qətiyyən istəmir.

Journalist Dia: Salam, Alov. Əvvəlcə sualımı cavablandıracağın üçün təşəkkür edirəm.

1) Nə qədər müddət rap fəaliyyətini davam etdirmək niyyətindəsən?

2)Davam etdirəcəyin bu sahədə tək yoxsa kimlərləsə gedəcəksən?

Cavab: -Nəfəsim kəsilənəcən

02 – Özüm-özümə ağayam, başımın üstündə duran da yoxdur, özüm-özümə də dayağam – “BİZ” şəkilində…

 

Yaralı Canavar : Mən rap-a yeni başlıyıram nə məsləhət görə bilərsən?

İlk öncə təxəllüsüvü dəyiş:)

 

BozQurd : Salam. Nəcəsən?

1)sən rapdə yüksəlişi nədə görüsən?

2)nəyə gprə rapi seçdin?

3)AzRap-da fovarit saydıgın biri var???

Respect!

Cavab.: Sağ ol, salamatlıqdır. 1 – Mütəmadi öz üzərində çalışmaqda 2 – Rap məni seçdi 3 – Var!

 

Azer-HosT-Rzaoglu :

Salam necəsiniz ? nə var nə yox ?

1)Kimlərlə rəqabət aparırsınız Azrapdə ?

2)Okaber və yaxud Madhousecommunity üzvləri ilə münasibətiniz ?

Cavab: 1 – Salam. Çox sağ olun, dedim axı, salamatlıqdırJ 1 – heç kimlə 2 — Əla

 

İsmət : Bu işi bacardığın halda bu qədər hörmətsiz olmağına səbəb nədir?

Casvab: — 25 ilimin 13 ilini çıx say,

Tanımayana olsun bir pay.

«Respect»i verməsəndə, hələdə beynində «repeat»də bu fayl “Rapin EP ALOV”

Ali-Rap: Salam Alov,, Nə var nə yox??  Işlər necədi ??

1) Azrep’də dinlədiyin rapperlər var?  Varsa Kimlərdi??

2) Niyə Alov ?

3) Hansi rapperi özünə rəqib kimi görürsən?

4) Dinin?

5) İlk rapini neçə yaşında yazmısan?

Rexpect, uğurlar.

Cavab: — 1 – Var! əgər burda bir-bir ad yazası olsam ya kimlərinsə adı yadımdan çıxacaq, ya da bütün səhifə adlarla dolacaq. Hər-halda gələcəkdəki birgə proyektlərdə görəcəksiz bu sualın cavabını

2 – Sən track-lərimə qulaq asanda qızışmırsanJ?

3 — ….

4 – Mən belə düşünürəm ki, din həyatda ən şəxsi, səmimi və yalnız daxili hisslər və duyğular üzərində qurulmuş bir şeydir. əgər bu adından da bilindiyi kimi, şəxsidirsə bunu gösteri amaçlı aləmə car çəkməyin nə mənası var? Bunun harası şəxsi oldu?

5 – 13 yaşımda

 

AmiQo:

Yadindadisa Studiada Ramil Nabranla olan bir trackivi göstərmişdin.onu ne vaxt paylaşacaqsan?))

Cavab: Saxla samanı, gələr zamanıJ

 

Resad Celilov: Ilk öncə Alov-a Salamlar

1) 1999-cu ildən bəri rap fəaliyyətiylə məşğulsan. Bu illər ərzində özünün ən xoşuna gələn mahnın hansı olub?

2) Niyə məzh rap????

3) Necə oldu ki sən özündə rapper bacarığını kəşf etdin?  Və bu hadisə nə vaxt oldu?

 

Cavab:

1)      Əfsuslar olsun ki, siz hələ o track-I eşitməmisiniz

2)      Kim dedi ki, məhz rap?

3)      Nə qədər qəribə gəlsə də hər nə oldusa ayaqyolunda oldu 😀

 

Elxan: Salam,

1) Planda konsert var?

2) konsert olsa Crazies Unionla bir olacağ?

 

Cavab: Ümumiyyətlə biz bütün işləri plansız görürük. Yəhudilərin bir gözəl sözü var ki, “əgər Allahı güldürmək istəyirsinizsə, ona öz planlarınızdan danışın. Hər nə olsa xəbər tutacaqsınız, rahat olunJ

 

Nunu :

1)      Fealiyetiniz dövründə ən uğurlu iliniz hansı olub ?

Cavab: 2014 (bəli, düz oxuduz, iki min on dörd)

 

Jule:

1) İsmayil bəy 99dan bəri bu sənətdəsiniz. İstədiyiniz planı,qurduğunuz məqsədlərə çatmağı bacardınızmı ?

2) Qarşınızdakı rəqiblərə Alov kimi cavab verib susdurmağı, kül etməyi bacarırsınızmı?

Cavab: 1) Zaman davam edir, hələ işlərimiz qabaqdadır

2)Məgər gördüyümüz işlərdən bəlli deyil?

 

ShaMo :

Alova salam.

1)      1 )işlər necı qedir? 5.45də nə var nə yox?

2)      yeni layihələrdən nələr gözlənilir?

3)      Dünyaya yenidən gəlsən yenidən rapper olardınmı ?

 

Cavab: 1) hər şey zordu

2)      Yeni bir single albom gələcək, yanvar ayında xəbərləri izləyin

3)      Dünyaya yenidən gəlsən yenidən bu sualı mənə verərdinmi?

 

Ayten :  Crazies Unionla birgə klip yenə gözlənilirmi?

Cavab: — gözləmə zalındadır

 

MerryPotter : Salam,

1)Alov 1999-cu ildən Raplə məşğulsan,və cox uğurların olub..Bu il isə CRAZIES UNION’ilə işleyirsən.birgə tracklərinizi dinləmişəm,və məncə uğurlu alınıb,indi isə yeni albom gəlir,və bu albomda hansıi tracklər yer alacaq?

2)bu ay yeni klipində cekildi…bunu nə zaman izləyəcəyik??

3)artıq yeni ləgəbin var ALBINO LION məs niyə belə bir ləgəb ?

 

Cavab: — 1)Artıq dinləmisiniz

2) Yeni klipim çəkiləcək yanvarda, siz “hi bro”-nu izləmisiniz

3)Ləqəbim yox təxəllüsüm, məndə ləqəb olmurJ Alternativ təxəllüs isə, fərqli tərzlərdə fərqli İsmayılı üzə çıxartmaq üçündür. Dünya praktikasında da belə şeylər var. Elə çox uzağa getməyək, Basta…

 

Ədəbsiz :

Alov PAZrapdə kimləri dinləyirsən? =))

Cavab – artıq bu sualı cavablandırmışam

 

Ceyla Aliyeva :

1) Crazies Union`la olan bamador tracki çox uğur əldə etdi …bu uğurun səbəbi nədir ve yaxin günlərdə crazies unionla yeni bir treck və ya klip gözlənilirmi ?

Cavab:Bu uğurun səbəbi sizlərin zövqünüzdür. Gözlənilir…

 

Əli Mahmudov : Salam. Albom nə zaman cıxacaq? Albom satışda olacaq yoxsa nece? Albomla bele yaxindan maraqlanma sebebim ise bir onceki albomun cox xosuma gelmesidi.

Cavab:  Albom EP(extended play) formatında olacaq. Adından da göründüyü kimi, internet üzərindən yayımlanacaq, satış üçün nəzərdə tutulmayıb.

 

Emin : Salam, Yeni Albomun təxminən ne vaxt çıxacağ? Gözdüyürəm, uğurlar 😉

Cavab: 2014-cü ildə sağlıq olsa

 

YalquzaQ:

Salam Alov. Suleyman Sahinle olan proyekti nə vaxt təqdimat edəcəksən?

Cavab – artıq dinləmisiz

Orxan Ağazadə: RapRock.az saytı haqqında və Müsahibə layihəsi haqqında fikirlərinizi bilmək maraqlı olardı.

Cavab: RapRock.az, mənim yeganə təmənnasız dəstəkçimdir və buna görə də sənə 5.45 pro və C.U ailəsi adından dərin minnətdarlıq və təşəkkürlərimizi  bildirirəm! Sağ ol, var ol! Gələcəkdə hələ çox işimiz var sənləJ O ki, qaldı müsahibə layihəsi haqqında fikirlərimə,  maraqlı layihədir, reperlərlə dinləyicilər arasında körpü yaradır sanki, və bu da sənin uğurundur. Qaldi ki, suallara daha ağır suallar gözləyirdim. Yəqin dinləyicilər nəzərə alıb gələcəkdə daha vacib suallar verəcəklər! Hər kəsə təşəkkürlər!!!

1 Comment

  1. Jule 28/12/2013 at 02:45

    teshekkurler cavab ucun Alov.! 🙂

Leave A Response