Saturday 15th December 2018,
RapRock.az
Xəbərlər

 Dakodje bütün suallara cavab verdi! 

Наум Крищбаум : Salam, kitabından gözlədiyin uğuru əldə edə bildin ? uğurlar.

Cavab:  Əlbətdəki uğur əldə olundu,ən azı bu sualı verdizsə demək uğurludur)))

RAis ATo Kamikadze İstiqlal’s :

Salam Dakodje. İlk öncə uğurlar arzulayıram. Əsgərliyə də sağ-salamat gedib gələrsən İnşallah.

 Nəyə görə qızlara qarşı içində aqressiya var? 2012’ni oxudum. Orda Elmanın sevdiyi qızı və amerikaya qaçdığı qızı(adları yadımda deyil) qəddarlıqla öldürməsi mənə «Sevgiliyə Nifrətlə Zibil» trackini(klipini) xatırlatdı. Nəyə görə belə aqressivsən?

 İkinci kitab nə vaxt olacaq?

 Birdə oxuduğun kitabların sayı indi neçə olub?

 Əvvəlcədən çox sağ ol. Respect.

 Cavab: Minnətdaram,hər birimizi bu sınaq gözləyir.Həmdəki borcumuzdur ilk öncə.

Buna aqressiya deməzdim,hər bir kəsin içində  bir XAOS olur və bunu aradan qaldırmaq üçün bəzən içindəki MONSTERİ çölə buraxmalısan.Ama mən Sevgiyə Nifrətlə ilə  Kitabımı müqayise etməzdim,məncə fərqləri çoxdur)))

İkinci kitab var,ama hələki çap etmək fikrim yoxdu,münasib zamanı gözləyirəm.

Artıq sayını itirmişəm))

Təşəkkürlər

Farid Sardarov : İlk öncə salam qardaşıma =) Necəsən?

 1) Əsgərliyə aparmırsan mənidə? =)

 2) Öz solo tracklərinin arasında ən çox bəyəndiyin hansıdı?

 3) Əgər «AzRap» desəm ilk çəkiləcək 5-6 isim olsa hansılarını çəkərdin?

 4) A-Team, Dakodje Azərbaycan repini başqa bir ölkədə təmsil edə bilər?

 Təşəkkür. Bir daha uğurlar bratıma =)

Cavab:  Salam yaxşı olasan.

Vaxti gəlincə yola salacam)))

Hər birinin öz yeri var,yeni albomda da fikrimcə güclü tracklər var.Gözləməyə dəyər!

İlk ağlıma gələn Uran,Şahruz,Remo,Synaps və s.

Əlbətdə buna siz dinləyicilər qərar verməlidi,məncə edə bilər.

Doubble D Probeat : Salamlar Dako

1.»2012″-ni yazmağ sənə nə ilham verdi?

 2.Deyirlər cagdaş şairləri dəstəkliyirsən doğrudu?

Cavab:  Salam

Son aylarda oxuduğum kitablar və həyatimda baş verən bəzi fraqmentlər.

İstedadlı gənclərə dəstək olmağ hər bir ziyalıların və yaşlıların borcudur,mənim fikrimcə.Dəstəyəm bəli!

Gulnara Axmedova: Salam Dako

 1.Kitab buraxmağda əsas məqsədin neəidi?

 2.Replərini dinləyə biləcəkmiyik biz? Yoxsa əsgərlikdən sonra rep deməyəcəksən?

 3.Kimlərləsə duet gözlənilirmi? Gözlənilirsə kimlərlə?

 4.Həyatınızda biri varmı? Bir qizda ən cox nəyə fikir verirsiz?

 5.Niyə cox vaxt cavab vermirsiz yazilanlara?

Cavab:  Sadəcə içimdən gələn bir şey idi,qələmə aldım.

Dinləyə  biləcəksiz ama əsgərlikdən sonra dəqiq bilmirəm nələr olacag və ümumiyyətlə rep deyəcəmmi?!

Def ill, Alice Harper, Kiney Unused Word,A Team,Remo,Dirty Money – Stroboscope- Azərbaycan,Almaniya,Danimarka,Afrika belə bir duet var gözləyin!

Bir qızda ən çox gülüşünə və gözlərinin rənginə fikir verərdim ilk öncə.

İnternet şəbəkəsin çox olmuram və olanda hər şey üst-üstə olduğundan vaxt ayıra bilmirəm.

Narmishka Ismayilova : Sizi repdən tanısamda ən cox kitabla bağlı suallar vermək istəyirəm

 Dakodje nə tipdə kitablar oxuyursuz? Hansi janrlarda?

 Öz yazdığınız kitab sizı uğur gıtirdimi?

 Yeni kitab gözlənilirmi Ümumiyyətlə qələcəkdə?

Cavab:  Ümumiyyətlə sırf üstünlük verdiyim janr yoxdu,belə desək Universal oxuyucuyam.

Əgər bu barədə suallar verirsinizsə demək ugur gətirib.

Var əlbətdə var belə bir fikir.

Pasha Ismayilov :Salam

 1.Dakodje niyə daha cox lirikaya üstünlük verirsiz?

 2.Bir ara eşitmisdimki A-Team deyəsən dağılır bu barədə məlumatlar nə dərəcədə doğrudur?

 3.Kitabınızın satışı ilə bağlı işlər necədir?

 4.Solo konsert gözlənilirmi?

Cavab: Salam

Sadəcə içimdən gələn hissləri daha cox sətirə çevirə bilirəm.

Belə şeyləri biz eşitmişik ama ki hər şey göz önündədir,İnanmayın!

Normaldır,şikayətim yoxdu.

Xeyr gözlənilmir.

Antimental Neytron : Salamlar…Dakodjeye bir sualım olacaq yenidən dünyaya gəlsen hansı ölkədə anadan olmaq istərdin?:)

Cavab:  A.B.Ş.- Nyu York

Тогрул Наджафов : Dakodjenin yeni Albomu çıxacaqmı birdə qarşıma çıxdı klip nə vaxt paylaşılacaq?

Cavab: Olacaq albom bəli,bunu dəqiq bilmirik ola bilərki payıza saxlanıldı.

Stoped Fats :

O günlərə yəni 2009-cu illərə qayıtsaydın nəyi eləməzdin nəyi eləyərdin?

Cavab:  Həyatımda bir günü geri qaytarsaydım  belə həmin günün səflərini etməzdim,ama  səni yenədə tanıyardım)))

Ulya Alieffa : Yeni tracklər gözlənilir ? ya əsgərlikdən sora ?(((

Cavab:  Yeni tracklər,ama əsgərlikdən sonar bilmirəm hələki.

Azer Rzaoglu : Salam.

 1.Necəsiniz?

 2. Nə vaxtsa yenidən Sevgiyə nifrətlə tərzində, qürurlu 1 rep olacaqmı ?

 3. HOST la münasibətin necədir ? Okaberlə duet gözlənilirmi ?.

RESPECT

Cavab:  Salam

Minnətdaram Yaxşı olasız.

Məncə qürurlu tracklər çoxdur.

Düşmənçiliyimiz yoxdur,Okaberlə duet gözlənilmir.

Shemsi Elchinoglu : Salam aleykum.

 1.Dakodje nə deməkdir?

 2.Şəkildə başıva qara kopişon keçirtmisən.bu nəyi bildirir? anlamı var?

 respect !

Cavab:  Salam

Dakodje-Qara kabus(Black Ghost)

Sadəcə adi şəkildir.

BlackStyle HosT’ed : İlk öncə Salam DakodjE

 1.»Mübarizə, onu istəməkdən başlayır» adlı romanın nə üçün çapdan çıxmadı?

 2.»2012″ romanını yazarkən nədən ilhamlandın?

 3.Dünya reperlərindən kimləri dinləyirsən və kumirin kimdi?

 4.Həyatında dinlədiyin, ən çox zövq aldığın rep hansıdı?

 5.AzRapdə kimləri dinləyirsən və işlərini uğurlu sayırsan?

 P.S işlərində RESPECT!

Cavab:  Salam

Bu əsərin öz məqamını gözləyirəm,ciddi mövzu olduğu üçün.

Özümdən və Oxuduğum əsərlərdən.

Kumir yoxdu ama Eminemi bəyənirəm

Hər birinin öz yeri var.

Uranı dinləyirəm,uğurlu olub-olmadığına siz qerar verirsiz.

Maqa Med: Salam Dakodje, Necəsən? sənə sualım oduki nə vaxtsa diss yazmısan? yazacaqsan diss? ya anca sevgi pessimist yazacaysan?

Birdə azrapda kimlə dostsan? Kimlə düşmən?

Cavab:  Salam

Yaxşı təşəkkür.

Olub bəli diss.

Ümumiyyətlə yazıb yazmayacağım sual altındadır Hərbi Xidmətdən sonra,yəqin olmaz elə bir şey.

Mən ancaq pessimist yazmıram,bütün treklistlere qulaq asmaq lazımdır.

Nurane Abdullayeva: Özümdə didinməkdən yorğunam!

 Bu mənasız münasibəti nə vaxt bitirəcəm?

 Onu itirməkdən qorxuram..

 Amma onu itirməsəm, özümü itirəcəm..

 Onu itirdin yoxsa ozunu?

Cavab:  Hər ikisini.

Orxan Ağazadə: RapRock.az saytı haqqında və Müsahibə layihəsi haqqında fikirlərinizi bilmək maraqlı olardı. 

 Cavab: Ilk öncə bu layihəyə meni layiq bildikləri ücün sayt rəhbərliyinə öz dərin minnətdarlıgımı bildirirəm, RapRock.az saytı və kollektivi həmişə bizə dəstək olub,bizdə həmcinin öz gələcək layihələrimizdə və uğurlarımızda sizin zəhmətinizin də olduğunu vurğulayacayıq və dəstəyimizi göstərəcəyik.Təşəkkürlər RapRock.az 

Mənbə: www.RapRock.az 

/strong

/p

1 Comment

  1. heckim 16/08/2013 at 00:01

    hec kes onun sexsi heyatindan sual vermir..niye?

Leave A Response