Saturday 15th December 2018,
RapRock.az
Xəbərlər
Müsahibə: Istiqlal

Istiqlal qrupu bütün suallara cavab verdi!

Farid Mamedov: Həyatını təsvir edən əsər?!
Cavab: Anti – Əsərlərin çoxu həyatımızdan yazılır. Amma mən özümü daha çox Turgenevin “Atalar və Oğullar”ındakı Bazarovda tapıram.
Samirror – Özümə ən yaxın obraz “Kefli İskəndər”. Həyatımız da elə “Ölülər” əsərindəki adamların müasir formalarıdan ibarətdir 

Ilqar Nurusov: ‎1) Hansı reperlərə qulaq asırsınız?
2) İstiqal nə deməkdir?
3) Yeni albom gözlənilir?
Cavab:
1. İmmortal Technique, Kool Savas, Azad, Ercandize, Qaput, Eminem, Rakiim, Public Enemy, JMT və s.
2. İstiqlal – Azadlıq.
3. Hal-hazırda 2 albom üzərində iş gedir.

Elnur Allahverdizade: Zövqümə görə üzr istəyirəm, mən sizi bəyənmirəm. 🙂 Əsas oduki hörmət edirəm. Sizin beynivizdə olan “Sum Rap” ifadəsi mənə çatmır. Sizə fəaliyyetinizdə uğurlar. 🙂
Cavab: Üzrə ehtiyac yoxdur bu normal bir şeydir. Əsas odur ki, hörmət edirsən. “Sum Rap” Sumqayıt Rap deməkdir. Sumqayıt rapi də Azrapin bir hissəsidir. Sumqayıtdan hörmətlə: İstiqlal. Təşəkkürlər.

Gunel Eliyeva: Siz “İstiqlalnamə” repində “mentalitet döşəyləri” adını çəkmisiniz. Bundan başa düşdüm ki, siz çox məntiqlisiz ki, “mentalitet döşəyləri” adını çəkmizsiniz. Amma məntiqiniz bəs etmədi ki, fikirləşmədiniz ki, axı mentalitet döşəyləri olmur. Mən nə repinizi bəyənirəm, nədə hörmət qoyuram. Azrepdə Host qrupundan başqa yaxşı yazan görmədim. 🙁 Sualım budu ki, “mentalitet döşəyləri” olur?
Cavab: Einstein was here!

Ayka Blondinka: Əvvela salam olsun «İstiqlal» qrupunun hər bir üzvünə…
1) Necəsiniz? 🙂
2) Nəye görə rep?
3) Sizə elə gəlmir ki, bəzi repləriniz çox cansıxıcıdır?
4) Konsert, klip, albomdan zaddan nə olacaq?
5) Siz söyüşlü repə necə baxırsınız? Yəni ki, sizcə repdə söyüş olar?
Uğurlar…
Cavab: Salam. Yaxşıyıq yaxşı olasınız. Çünki muğamı bacarmırıq. Gəldi. Konsert də klip də albom da Tağı müəllim demiş “May fay” da olajax. Söyüş ifrata varmadan normal bir şeydir. Rap azaddırsa orda heç bir senzura olmamalıdır. Təşəkkürlər.

AZad Hesenli: Antinin solo Ep albomu «romantizm» birdə İstiqlalın özünün sayca 2-ci albomu «no comment» albomu nə vaxt hazır şəkilə salınacaq. Bu albom “İstiqlalnamə” kimi internetə buraxılacaq yoxsa yox?
2) “Bura azerbaycandır!” trackinin niyə mp3 versiyası yoxdu? Bir ara eşitdim klip çəkirsiniz. Nə yerdə qaldı? Anti sənin “Ölum Şairləri» trackin kimi tracklər gözləmək olar «romantizm» albomunda? Və sonda sizə uğurlar. Belə də davam edin!
Cavab:
1.“Romantizm” mart ayında buraxılacaq. “No comment”in üzərində müzakirə gedir hələ ki. Yox yəqin ki.
2.Çünki həmin trackə klip çəkilir və davam edir. Kliplə birgə trackin mp3 versiyasını da təqdim edəcəyik. “Zombilər sistemi” adlı track var. Çox sağ ol.

Ali Naim: ‎1) Siz freestyle bacarırsınız?
2) Ən sevdiyiniz trackiniz?
Cavab:
1.Freestyle da bacarırırq, arada meyxana da deyirik.(Tam ciddi)
2.Hər bir işimizə sevgi ilə yanaşırıq. Amma “Lovetest” etməmişik 


Emin Khalil:
İstiqlal laldı?Axır vaxtlar tracklər yazılmır.
Cavab: Yox danışa bilirik şükür şükür. Axır vaxtlar tracklər yazılır, yazılacaq.

Ruslan Xenomania:
Antinin ən çox sevdiyi və oxuyarkən hiss etdiyi bütünlüklə onu mahnıya həbs edən mövzu hansı mövzudu?
Cavab:
Qara paltarlı qadın

Feo Jinx: Qarşıda klip lahiyəniz olacaqmı? Respect!
Cavab: Klip çəkilişləri gedir hal hazırda. Çox sağ ol.

Anar MusAshi: 1) Rapi sizə sevdirən kim olub? (Yəni ilk hansı reper?)
2) Azrepdə nəyin indi olduğu kimi olmağını istəməzdiniz? (Dəqiq bir misal göstərin.)
3) Türk repini dinləyirsinizsə belə bir sual vermək istiyərdim ki, kimləri «Azrepin Sagopa Kajmeri”, kimi «Azrepin Cəzası» və kimi «Sokratı» və ya «Sehabesi» kimi görürsünüz?
Cavab:
1.Anti :Anar Nağılbaz. SaMirror : 2pac, Dəyirman və Eminem. TroN : Dəyirman qrupu
2.Azrapin cəbhələrə bölünməsini istəməzdik. H.O.S.T və Uran.
3.Hərə özünə görə rapperdir.

Ülvi Dann: Bu sənətə gəlməkdə kimə borclusunuz? 🙂
Cavab: Bu sənətə gəlməkdə 4 ay Amerikada olmağımıza və güclü psixoloqluğumuza borcluyuq Ülvi müəllim.

RAis-ATo: SaMirror, Azrepdə diss atılası yox döyüləsi repərlər kimlərdi? 🙂
SaMir öz adındır. Bəs SaMirror nə deməkdi? 🙂
RüzGaRla yeni feat nə vaxt olacaq?
Cavab:
1.Döyəndə çağıraram çəkib youtube-a verərsən 
2.SaMirror – Samir adı ilə Mirror (Güzgü) məfhumlarının qarışığıdır.
3Rüzgar yaxın dostumuzdu, yaxında da featlər olacaq.

RAP_MAN: İlk öncə salam. Düzünü desəm, İstiqlaldan xoşum gəlmir, sizdə çitka deyilən bir şey görməmişəm və hələdə görmürəm.
1) Özüvüzü reper sayırsız? Sayırsınızsa nəyivizə görə?
2) Klip və yaxud albom olacaqmı?
3) Azrepdə niyə məhz İstiqlal var?
4) Azrepə nə köməyi dəyib İstiqlalın?
Cavab:
Aleykum salam. Səmimiliyə görə təşəkkür. Çitka deyilir və eşidilir. Onu görmək mümkün deyil.
1.Riyaziyyatı yaxşı oxumamışıq.
2Olajax.
3.Çünki indiyə qədər İstiqlal adı altında rep deyən olmayıb.
4.Onu dinləyicilər bilər.

Mrjoker: Samir kitabımı haçan qaytaracaqsan? Yoxsa atacaqsan?
Mürsəl səndən çox ciddi kitab gözləyirəm haçan sevindirirsən məni?
Nadir brat haçan darıxırıq?
Hə birdə bu mesajı yazdığım an artıq dörd gündür ki, sizi görmürəm, içmirik darıxmışam, yetimler .
Cavab:
Samir: Atacam inşallah.
Mürsəl: Rövşən necəsən? Alı kişi necədi ?
Nadir: Cooming soon…
Biz cavab verdiyimiz ana qədər səni 5 dəfə gördük. Artıq bezmişik. Çıx həyatımızdan !

RespecT 2 RoC: Salam
1) İstiqlal qrupunun Vfom adlı üzvü olub nə vaxtsa? Ve niyə qrupdan ayrılıb?
2) “İstiqlalnamə” albomunda bəyəndiyim tracklər var. Albomun coverin kim hazırlıyıb?
3) Belə özüvüz Bakıda qalansız ya gəlib gedən?
Cavab:
1.Özü yaxşı bilir.
2.Albomun coveri Rövşənə məxsusdur.
3Qayıtmağa pul olmayanda Bakıda qalırıq. Amma belə Sumqayıtda.

Azer-Host-Rzayev : 1) Ay salamun əleyküm. Ne var nə yox ?
2) Azrepdəki dostlarınız? Yaxınlarınız? Müəllimləriniz? Və düşmənləriniz?
3) Diss atmaq istədiyləriniz varmı? …..Respect…….
Cavab:
1.Ay əlöyküm salam. Saol qaqa sən nətərsən ?
2Bir iki nəfəri çıxmaq şərti ilə yerdə qalan hamı ilə münasibətlərimiz var və yaxşıdır.
3.Olsa da atmarıq. Afrika Bambata: “Bir birinizə diss atmayın, beaf yazmayın, Hip-Hopa zərbə vurmayın, ayılın, ayılın!”
Çox sağ ol

Demo: Salam ilk öncə uğurlar İstiqlala. Suallarım:
1) Yaxınlarda hansı reperlərlə feat gözlənilir?
2) Hansi yeniliklər olacaq?
3) Konsert vermək planlarınızda var?
Cavab: Salam. Çox sağ ol.
1.Neytral Zona (Rüzgar, De Fakto, Arey Radikal), A-team, Difai, SynapS və s.
2.Görəcəksiniz.
3.Əlbəttə var.

As: Salamlar. Hansı sualın sizə verilməsini istərdiniz?
P.S: Uğurlar!
Cavab:
Salam. Elə bir sualı fikirləşməyə vaxtımız yoxdur.
Çox sağ ol.

Eska_Eqoist: Nə vaxt görüşürük? 🙂
Cavab:
Sabahda zadda

Sakolera: Sizin qrupda oxuyan qız reper Marly niyə görsənmir ki?
Cavab: Şəxsi səbəblərə görə. Amma müvəqqətidir.

Susupeg: Niyə bu qedər antipatiksiniz?
Cavab: Böyükdü bir az.

Mamed_5: İlluminati fəlsəfəsi sizcə dünyaya nə dərəcədə hakimdi?
Şamanlara münasibətiniz necədir?
Sizcə nə vaxtsa kütləvi şəkildə mənəvi inqilab olacaq?
Bəs nə vaxt konsert olacaq?
“Ölüm Şairləri”nə klip çəkdirmək fikriniz var?
Cavab:
350 dərəcədir. Amma soyuqlara görə bir az azalıb.
Salam Məlöykümüz var.
Cüzi nələrsə baş verib, verir. Amma tam şəkildə hələ ki bizdə buna inam yoxdu.
Bir yaxın qardaş var. Səndən yaxşı olmasın o çəkəcək. Elə onun da adı Mameddir.

g rap: У мя к вам нет вопросов все крута продолжайте в том же духе РеСпЕкТ
Cavab:
Спасибо

Blacklight: İlk repiniz neçə yaşınızda çıxmışdı? Hansı professionallıqda yazılmışdı? Və nəticəsi sizi qane elədimi?
Cavab: İlk rapimiz yazılanda birimizin 16 birimizin 18 birimizin də 19 yaşı var idi. Professionallıq 0. Əlbəttə ki qane etmədi.

YaQuB: İlk öncə salam. İndi də suallarıma başlayım:
1) İstiqlal qrupunu yaratmaq kimin ideası olub?
2) 2-ci səfər dünyaya gəlsəydiniz yenə reper olardınız? 🙂
3) Tezliklə İstiqlal qrupunan hansı uğurları gözlənilir?
Sonda da uşaqlara uğurlar arzulayıram və gələcəkdə də daha da zirvələrə çatmağınızı arzulayıram.
Cavab: Aleykum salam.
1.Üçümüzün.
2.Reinkarnasiyaya inanmırıq
3.Çalışırıq ki işlərimiz yaxşı olsun ki uğur da qazansın.
Çox sağ ol

from_baku: Salam, siz əvvəllər Hostçu olmusuz bu düzdü ?
Anti sənin facebook profilində görmüşdüm “döyülməli raperlər var” yazmışdın, konkret ad çəkə bilərsən?
Kimlərlə featlər olacaq ? Bunların arasında xarici reperlər var?
Azrepdə və ümumiyyətlə repdə kimlərə qulaq asırsız?
Əvvəlcədən təşəkkürlər..
1 dənə də sualım var Samirror Synapsda işləyir ?
Cavab: 2007-2008 ci illərdə ən çox dinlədiyimiz qrup H.O.S.T alliance olub.
Buna cavab verilib əvvəlki suallarda.
TurkishRapdən olacaq. Hələ ki sürpriz qalsın.
Buna da cavab vermişik.
Samir işsizdir.
Biz də təşəkkür edirik.

tamerlan_host: 1) “İstiqlal” adını ona görə seçmişdiniz ki,siz əvvəl milliyətci idiniz ona göre? İndi milliyətci deyilsiniz qrupun adını dəyişmək fikriniz var?
2) Mentalitetə necə baxırsınız? 🙂
3) Samirror – nə deməkdir?
4) Qabağa getməyin ən asan yolu nədi?
5) Nadir, səndən solo track gözləyirəm amma tənqidi olsun, yaxşı?
6) Anti “Ölüm Şairləri 2” olacaq?
7) Kimise sevərək sevgiyə aid rep yazmaq asandı ya sevmiyib?
8) Eşitdiyimə göre yenicə yarananda demişdiniz sevgiyə aid track oxumuyacağıq, düzdü?
Cavab:
1.İstiqlal “Azadlıq” deməkdir. Azadlığı təkcə millətçilər istəmir.Buna görə də qrupun adını dəyişmək fikrimiz yoxdur.
2.Mentalitetə baxan yerimiz ağrıyır.
3.SaMirror – Samir adı ilə Mirror (Güzgü) məfhumlarının qarışığıdır.
4.Yaxşı məhsul istehsal etmək, əgər xoşlarına gəlməzsə açıb ortaya qoymaq.
5.Yaxşı
6.Baxır vəziyyətə
7.Evlənib yazmaq daha asandı
8Onu deyən qarox yeyir.

MyLife_MyRuleS: Ghetto Gospel ne anlama gelir?
Cavab: 2Pac ın belə bir tracki var. Səhv etmirəmsə Müqəddəs Ghetto anlamına gəlir.

Yogist: Rep deməkdə məqsədiniz nədi? Məhşurluq, qızlar və ya başqa bir şey?
Cavab: Başqa bir şey

xaqakuRi_lAbiRint: Azrepdə ən çox feat eləmək istədiyiniz reper və ya rep qrupu hansıdır? Xarici reperlərdən kimi dinləyirsiniz? Kitab oxuyursunuz? Kimləri mütaliə edirsiniz?
Cavab: Kimi istəyiriksə onunla da feat edəcəyik. Cavab var yuxarıda. Oxuyuruq. Herman Hesse, Stevan Sverq, Jan Pol Sartr, Hüqo, Emil Zolya, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Xaqani Hass… çoxdur

Accursedwolf: Allah canıvızı sağ eləsin, uğurlar.
Cavab: Allah canınqa dəyməsin qaqa.

Ulya Hosted: Maraqlıdır, döyüləsi reperlər kimdi?
Cavab: O işığa kor baxım yuxarıda cavab var.

Arif: Salam İstiqlal qrupu sizi çox sevirik və dinləyirik.
1) Bu siyasi mahnıları oxuyanda hansısa təzyiqlərə məruz qalırsınız?
2) HOST qrupuna münasibətiniz və ya əlaqəniz necədir?
Cavab: Salam. Təşəkkürlər.
1.Müəyyən tızyiqlər olur.
2.HOST aləmindən tanıdığımız insanlarla münasibətimiz yaxşıdır. Eləcə də HOST un özünə.

LiveD_13: Salam qrupun adını niyə istiqlal qoymusunuz?
Cavab: Mırta

Lord aka Dark: Salam, eşitdiyimə görə SaMirrorun King a.k.a Disslə feati olacaqdır, nə vaxta gözləyək?
Cavab: Çiy söhbətdi brat.

ALi qasimov: 1) Anti hansı tərzdə yazmağı xoşlayır?
2) C4 Clanla feat gözləyək?
3) Samirrorun mənasi nə deməkdir?
Cavab:
1.Underground.
2.Gözləyin 
3Cavab vermişəm

Qaraqan_Agaxan: “İstiqlal” marşını əzbərə biləniniz var? Varsa heç olmasa 1 cümləsini yazın, yoxdursa onda “İstiqlal”a nə aydiyyatınız var?
Cavab: Qaraqan Ağaxan qardaş, bilirik. Bu İstiqlalın o İstiqlala elə də dəxli olmasa da Marşın ən azı iki bəndini bilirik.
Qorxma sönməz bu şəfəqlərdə süzən al sancaq
Sönmədən yurdumun üstündə tütən ən son ocaq
O mənim millətimin yıldızıdır parlayacaq
O mənimdir o mənim millətimindir ancaq.
Mehmet Akif

Orxan Ağazadə [ORIK]: RapRock.az saytı haqqında və Müsahibə layihəsi haqqında fikirlərinizi bilmək maraqlı olardı:
Cavab: RapRock.az-a təşəkkür edirik ki əlindən gəldiyi qədər Rapə və Rocka təmənnasız dəstək olur. Bu balaca görünə bilər. Amma böyük işdir. Müsahibə layihəsi də ona görə önəmlidir ki dinləyicilər Rapperləri başqa prizmadan və daha yaxşı tanıyır. Hamıya təşəkkürlər.

Mənbə: www.RapRock.az

Uğurlar…

Leave A Response