Sunday 21st October 2018,
RapRock.az
Xəbərlər

 

Jamal Ali bütün suallara cavab verdi!

Ismayil CcC:

1)Bayrağa görə həyatını puç edib digərini öldürən insanın yatan yerdə öldürülməsi inanırsan? (Facebookdakı statuslarına görə dedim)

—  Hər şey ola bilər, amma mən bilən məhz bu situasiyada məhkəmə kağızları məndən yaxşı bilir “kim yatmış kim oyaq” olub.

2)Milliyətcisən?

— 16-18 yaşlarında olmuşam. Yaxşı ki olmuşam, yaxşı ki daha deyiləm.

3)Rockdan rapə qayıtmaq fikrin var?

— Musiqi ümumidir və mən çalışıram heç kəsin xətrinə dəyməyim.

 

RAis ATo:

Jamal, hər şeyi anladım. Siyasi fikirlərivi, HOST’dan belə lori dildə desək qırılma səbəbini, Bulistandakı fikirlərin və s. Hər şey aydındır bura kimi. Hətda ateist(kaffaist) olmağın belə aydındır. Ancaq niyə sən İslama, Tanrıya, insanların inanclarına dil uzadıb bəzən tənqid, bəzən təhqir edirsən? Hətda blogunda belə Quran-i Kərimin ayələrini dəyişərək Quranı lağa qoymağında heç xoş hərəkət deyildi. Ən azından insanların inanclarına hörmət göstərmək lazımdır!

— Əslində zarafat edirəm. Balaca uşaq o biri balaca uşaqla oynadığı kimi. Razıyam ki, hərdən ağını çıxartmışam. Ümumilikdə bütün dinlər təməldə eyni şeydən danışır. Mənim dinimin [yolumun] da İslamla ortaq nöqtələri çoxdur.

Məhəmməd öz dövrü ve cəmiyyəti üçün inanılmaz dərəcədə xeyrli iş görüb və onun anladığını 5ci əsrin ərəbləri sonra bizim indiki bildiyimiz varianta gəlib çıxana qədər gör kimlər-kimlər daşıyıb gətirib bizə təqdim ediblər. İslamın mahiyyəti mənə çox aydındır, xoşdur. Yan yörəsini bəyənmirəm – asıb kəsməkdi, qadını daşlayıb öldürməkdi filan. Bunları Məhəmmədin dediyinə inanmıram. O da baz olub ha..

 

Parviz: Sənə bir neçə suallarım var:

1. Allaha inanırsan? Və dinin nədir?

— Allaha inanıram . Dinim Kaffaismdir.

2. Eşitdiyimə görə HOST`la aran dəyib, bu düzdür?

— Mənim üçün tək-tək adamlar var, həmin o 8 nəfərdən hamısıyla salamımız yerindədi. sadəcə yollarımız ayrıldı belə deyək, çox əlaqə saxlamadıq, onlar bir şeylə məşğul idi, men başqa və hamımız buna çox normal yanaşdıq. Normal insanlarıq yəqin ona görə :]

3. Nə vaxtsa Azərbaycana qayıtmaq fikrin var?

— Bəli, var.

4. Berlində nə işlə məşğulsan?

— Qısa desəm — yaradıcılıq, uzun desəm — səbrli ol, üzə çıxacaq hamısı.
Almanlar kağız-kuğuzu o qədər sevirlər ki, bizə lazım olanları verməyə qısqanırlar arada deyəsən.

5. Bulistan yenidən hansısa videolar buraxacaqmı? Və Bulistanın fəaliyyəti nə vaxt davam edəcək?

— Parkda oturduğumuz yerdə meteorit gelib məni və Fərdini əzməsə.. bəli, önümüzdəki aylarda. Bilirik ki, darıxırsınız ;]

 

tafun: Salam, Jamal Ali.

Qardaş mənim sualım odur ki, sən peşmansan dediyin sözə?

— :] deyiləm.

Arif: Salam, Jamal! İlk öncə uğurlar! Suallarım:

1)H.O.S.T’dakı uşaqlarnan aran necədi?
— Təşəkkürlər, Arif. Normal münasibətdəyik.

Yuxarıda Pərvizin ikinci sualında cavablandırmışam.

2)Bulistan qrupundan təzə albom və ya track gözləyək?

— Gözləməyiniz yerinə düşərdi, çünki yoldadırlar, söz veriblər gələcəklər.

3)PRoMete, Okaber, All in Label, RG — Yəqin tanıyırsan, bəs onlara münasibətin necədi?

— All in Label və RG adları tanış gəlmir. Belə münasibətim Mete ile olub, indi də gəlsə Berlini gəzdirərəm.

 

maqamed: 1) Hostdan ayrılmanıza səbəb nə oldu?

— Sadəcə elə alındı ki, men onlara yük kimi hiss edirdim özümü. Öz fikirlrimi dostlarıma sırımaq kimi gelirdi hərdən müzakirələrdəki mövqeyim. Və gördüm mənsiz iş daha yaxşıdı. Yəqin belə olub.

2) 17 mart mitinqindən sonra prezidentlə görüşdürüldün?

— Xeyr. Yaxşı olardı ama.

 

Yalquzaq:

1) Demokratiya Azərbaycandadı, yoxsa Azərbaycan demokratiydadı?
— Vəziyyət elədir ki, bu 2 sözü bir cümlədə işlətmək üçün çoxlu inkar şəkilçisinə ehtiyacın var.

2)Siz geri çəkilməyinizi nəylə izah edə bilərsiniz?

— Berlinə gəlişimi nəzərdə tutursansa, taktiki gediş olduğunu deyə bilərəm. əslində bunu mən özüm də zamanla anlayıram. Təbii axına qoşulmuşam ve “nədirsə odur, nəyəmsə oyam” prinsipi ilə yaşayıram. Ac həriflərə baxmısan? Dərviş deyir ne ki olub, elə o da olub. Və hər nə ki, olacaaağ, elə o da olacaaağ.

 

teitan:

Niyə Azərbaycanın hakimiyyətini bu qədər bəyənmirsən? Bilirsən axı xalq qorxaqdı. Sənə qoşulan çox az olacaq bununla hakimiyyəti dəyişə bilərsən?

—  teitan, dövlətin məğzi odur ki, onlar Vətəndaşa Servis eləsinlər. Vaxtı-vaxtında maaşını, qazını suyunu versinlər. Qoyulan qanunları icra etsinlər və məclisdə müzakirə edərək onları təkmilləşdirsinlər ki, vətəndaşlar daha gözəl həyat yaşasın. Təyyarəyə minəndə bilsən ki, pilot bilmir hansı düymə nə üçündü, minərsən o təyyarəyə? Bizdə də eyni vəziyyətdi, oturublar hələ sərnişinlərə gedəcək yeməyi də basıb yeyirlər. Kolanı da içirlər.

 

Caze:

1) Azərbaycana qayıtmaq fikriniz var?

— Bəli.

2) Sizinki qaçmaqmı yoxsa vurmaqmı?

— Məqsəd İlhamı yıxmaqdırsa “uçan tekme bile atarım”.

3) H.O.S.T qrupu yoxsa Bulistan qrupu sizə daha çox təsir bağışlayır(dı) fikirlərinizi vərəqə tökməkdə?

— Mənə daha çox ətraf-mühit təsir bağışlayırdı. Adı və formanın elə bir fərqi yoxdu. O vaxt o, bu vaxt bu. Hamısı yerində idi.

4) Sizinlə necə ünsiyyət saxlaya bilərəm? Facedə yazmırsınız. Suallarımı cavablandırsanda cavablandırmasanda təşəkkürlər.

— jamal.ali.baku@gmail.com

 

ZoOna:

1) Gələcək üçün nə planların var?

— İnqilabdan sonra fişəng atacam.

2) Səncə AzRap dünya Rap səviyyəsinə qalxa bilər haçansa?

— Bəli, hər şey ola bilər. Amma yəqin bizimkilər gözləyər ki, onlar düşsün. “Sözün var özün gəl” söhbəti kimi…

 

unknown:

1) Promete necə oğlandı?

— Bir kolleqa kimi çox məqsədyönlü. Özü oturub səs mühəndisliyi öyrənib, indi də peşəsi odur.

2) Rapə maraq hardan yarandı?

—         Tupakdan zatdan. 90-lar idi, çox seçim yox idi, ya o idi, ya Backstreet Boys, ya da İbrahim Tatlıses. Məncə əla optimal da o idi, amma mən həqiqətən zövq alırdım, başa düşməsəm də. Başa düşməyə başlayanda daha çox xoşuma gəldi, filan feşməkan.

3) Kitab yazmaq fikrin var?

— Biz bir müddət İstanbulda istəyirdik qısa film çəkək. Hekayə axtarırdıq. Başa düşdük ki, hələ heç başımıza bir şey gəlməyib bu həyatda. İndi kitab da elədi ki.. anladın sən.

4) Türkiyəli həmkarlarınla iş birliyi olacaq? Səncə səni dəstəkləyənlər çoxdu?

— Bilmədim dəqiq hansı həmkarları deyirsən, amma yaradıcılıqla bağlı soruşursa, dilimiz yaxındı deyə çox mahnıları başa düşürlər. Bizim vəziyyəti bilirlər az-çox. Sırf kimlese iş birliyi olsun deyə heç nə eləmək istəmirəm. Məqamı özü gəlib çatsa “yaparız”.

 

Orxan: İlk öncə sənə salamlar. Sənə işlərində uğurlar.

1.Təhsiliniz varmı hansısa universiteti bitirmisən?

— Axırıncı diplomu orta məktəbdən almışam.

4 il Ankarada ODTÜ-də Environmental Engineering [öz dilimizdə — ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadə] fakultəsində oxumuşam. əvvəldən bilirdim ki, səhv yerdəyəm. o universiteti atıb İstanbulda səs mühəndisliyi oxumağa getdim. Oranın 1 semestri qalıb, kağız almaq istəyirəmsə gərək gedim-gəlim.

2.Azad olmaq üçün nələri qurban verməliyik?

— Qurban vermək çox dramatik səslənir, bütün sənə öyrədilənləri [bildiklərini] bir daha gözdən keçir. Hamı belə deyir deyə belə olar – yoxdur. Daha qısa — ağlına və hisslərinə hakim olmaqla. ən araşdırılası şey hərənin elə özüdür.

3.Hər kəs rep yaza bilər? rep yazmaq üçün hansısa bir istedad vacibdirmi?

— ya çənədən bir az boş olmalısan, ya da üreyin çox dolu olmalıdır. Hər ikisi olsa lap əla.

4.İlk dəfə neçə yaşında rep yazmısan?

— Yadımdaki 8ci sinifde oxuyanda VVS studiyasında analog [lentli] maşınlara çox derin Teenager hisslərimizi zadımızı paylaşdığımız bir mahnı yazdırmağa getmişdik.

5. Mənə maraqlıdır gitaraya marağınız neçə yaşənəzda olub. Gitara çalmağı özünüz öyrənmisiz yoxsa kimsə öyrədib.

— Lap uşaqlıqdan xoşum gelirdi. Gitarist olmaq arzum olub.

Mənim kimi öyrənənlərə “özü öyrənmiş” [samouçka] deyirlər. Amma mən də hamı kimi ondan bir akkord, bundan bir not öyrənmişəm. Azər Cırttan’la İstanbulda hərdən saatlarla oturub onun mahnılarını çalırdıq. Yaxşı vaxt keçirirdik.

 

Rufo: Azərbaycan Rapində ən uğrlu Qruplardan və Layihələrdən hansının adını çəkə bilərsən?

Qruplar yeqin bele olar:
— Dayirman!
— HOST

— Caspian Clan

 

Farid: İlk öncə salamlar, uğurlar olsun.

1) Bulistan dağıldı ?

— Yay yuxusuna getmişdi. Üz-gözünü yuyub gələcək bir azdan.

2) AzRap`də ən çox dəyər verdiyin insanlar kimlərdi? Mümkündürsə adlarını çək.

— Nə bilim reiz, Caspian Clan’dan Virtual var idi. E-mailini zadını tapsanız tullayın, danışmaq isteyerdim.

3) Hal-hazırdı hardasan? Yəni ki Bakı`dan qırağda?

— Allee der Kosmonauten

Berlin

 

IbrahimLee: Hostdan niyə çıxdın?

— Çıxdım ki siqaret çəkim ;] yuxarıda var hamısı.

 

BlackLight:

Jamal Ali yoxda Jamal ‘Əliyev’ olsaydın sənin üçün nə pis olardı nə yaxşı? =)

— Frankenstein Fransız olsa nə olardısa məndə də eynisi…

 

24 iyun: Salam.

Hostun “azad Azərbaycan” trackinə münasibətin? Hostcular sənin fikirlərinlə razıdırlar? “Sizə Noolub?” trackinə cavab gələcək? Hostun gördüyü işlərə münasibətin? Prometenin fikrin başa düşürsən?

— Azad Azərbaycanı yazdılar ki KGB qəmişini çəksin. Hostcular hərəsi tək-tək insanlardı, mənim hər fikrimlə də razı olmaq məcbur deyil. Yəni adam var filan fikirnən razıdı, bu biriylə yox və s. “Biz də hər şey bombadı, sizdə nə var ne yox” adlı track yazılar yeqin [eşitməmişəm, söhbəti bilmirəm].

 

AYNUR: Salam, Jamal!

Ən çox yaşamaq istədiyin ölkə hansıdır? Sevdiyin yox məhz yaşamaq istədiyin.

— Buna cavab vermək üçün bir az vaxta, bir az da biletə ehtiyacım var.

 

togrul: Salam.

Səncə hakimiyyət çevrilsə sənə nə vəzifəsi düşər? Misal üçün: Mədəniyyət naziri olar?

— Orta məktəbdə müəllim, ya da AzTv’də prodüser.

 

dila_nika_hosted :

AzRap tarixində iz qoymaq fikriniz var? Uğurlar.

— Bu günə qədərkilər bəs eləyir. Dərinliklərində gözüm yoxdu.

 

Susupeg:

1.Bulistanlı yoxsa HOST-lu Jamal Ali?

— d] hamısı e] heç biri

2.Rapmi? Rockmu? Hansında daha peşakar hiss edirsiniz özünüzü?

— Funk

3.Jamal Ali qan qusub, qusur ya qusacaq?

— yox, hele ki yaxşı gedirik. Qussam xeber eleyecem.

3.Dinə aid bu cür baxış hardandır?

— Kosmosdan.

4.İndiki imicini heç bəyənmirəm, əvvəlki daha gözəldi geyimin və saş stilin.

— Mən elə həmin şeyləri geyinirəm. Ona gore yəqin. Saşş daki tökülür də. Məsuliyyətsiz çıxdı.

5.Azərbaycandan birdəfəlik getmisən?

— Xeyr. Amma bir gün görsəm ki, heç bir dəyişiklik olmasını istəmir insanlar, bəlkə onda…

6.Həyatda olmayan kiminlə uzun uzadı söhbət etmək istərdin?

— Türkan Şorayla

7.Siyasi baxışın necədir?

— Deyəsən kəskindi :]

 

Rassiko:

Jamal,siyasətdə varsan? İndiki hakimiyyəti niyə bəyənmirsən? Vermişel trackində Hacıbalaya söz atırsan, bir şey eləməyib sənə? Səncə sən düz adamsan?

— Siyasət həyatım[ız]a barmaq eləməsə çox işim yoxdu onunla. İndiki hakimiyyətin əslində ancaq bir şeyini bəyənirəm ki, ölkənin içində dilindən, dinindən, irqindən, millətindən asılı olmayaraq hamı sakit yaşayır. Yuxarılarda oxu, cavab vermişəm təyyarə misalını ile.

 

Toqrul:

1)Bakıda Rock konsert verməyi düşünürsən heç?

— 27 dekabr ve 3 martda Tengri qrupu ile Rock Club’da konsertimiz olub.

2)Birdə hansısa bir klip olacaq?

— Desəm ki olmayacaq, inanarsan? Olacaq olacaq.

 

Mi®i: Salam.

Səncə bunların axırı necə olacaq?

— Nə qədər tez getsələr o qədər yüngül ceza alacaqlar.

 

Ram Is: Səni çox az görürük, amma hər görəndə də bir bomba partladırsan. Həm bir şəxsiyyət kimi, həm də musiqiçi kimi sənə çox böyük hörmət edirəm. Sualım:

Niyə rapi atıb rocka keçdin

— Başdan oxuya-oxuya gəlmisənsə… ;]

 

Zaur: Səni içəridə yaxşı başa saldılar?

— Bildiyim şeylər idi onsuzda. AzTv’in brutal versiyası…

 

Otroj: Sən oğulsan ətağa. Hərdən torqovida zadda şortiknan fırlanırdın. Şortikdə özünü necə hiss edirsən?

— Səəərin ;]

 

Zencir:

1) Qonağlar verlişi birdə olacaq?

— Deyirlər həyat sürprizlərlə doludur.

2) Həqiqəti demək çətindir?

— 2 şey çətindi “deyənə qədər” və “deyəndən sonra”. Demək özü çox asandı.

 

Azer-HosT-Rzaoglu:

1. HOST qrupuyla birlikdə bu yaxıinlarda yadaki, nə vaxtsa bir track olacaqmi ?

— Belə bir plan yoxdur heleki.

2. Faliyətini davam etdirdiyini bilirik, bəs niyə yeni hecnə yoxdur?

— Yay tətilində idim.

3. Dövlətdən yetərincə oxudun bes reperlərdən (diss) olacaqmı ?

— Samballı diss atsalar cavab yazaram.

 

Ali:

1) Dinin?

– Kaffaizm

2) Bulistanda kimlər qalıb?

– Ferdy, Orxan Ata, Araz Slangue ve men.

3) Hansı partiyanın üzvüsən?

– heç bir

4) Bir damla həqiqət 2 olacaq?

– adı üstünde 1

 

Tavistock:

1) Bakıda konsert planın var?

– inqilabdan 15 deqiqe sonra men çıxıram.

2) Bu işlərin axırı nə olacaq?

– sən özünçün nə istəsən, o da olacaq.

3) Rockfellerə münasibətin?

– simic adamları sevmirem. Ele varlı olmaqdansa bele yaxşıdı.

4) Repersən yoxsa Rockçu?

– bu sualı daha vermeye bilersiniz.

 

Ağşın:

1) Pulu hardan qazanırsınız?

– əsasən yaradıcılıqla. Çalışıram başqa iş görmeyim heç, ancaq sevdiyim işi görüm.. herden alınmır. And it’s ok.

2) Rock fealiyyetinizle bağlı qazandıqlarınız sizin bütün ehtiyaclarınızı ödeyir?

— ehtiyaclarım azdı. Ödəyər yəqin.

 

HOSTED: Azərbaycana geri qayıtmaq istəyərsiz?

— Bəli.

 

N.Fariz :

1).HOSTda olanda nədənsə peşman olmusunuz?

– Bəli, Tural adında dostumuz var idi, istədi bir dəfə bizimlə o da çıxsın səhnəyə, qoymadım. He nolarki çıxaydı da.. pah…

2) Ən cox sevdiyiniz kitab hansi olub?

– [çox fikirləşdim] ya “Belə buyurdu Zerdüşt” olub, ya da hələ olmayıb o kitab.

3) Azadlığ sizcə nədi?

– Mən hissini bilirəm, belə nə deyim ki…

 

SiLaH: 

1) Jamal «BUNLARI» etmək ücün cəsarət və …. hardan alırsan (və necəyə) ?

— Cəsarət meyvə-tərəvəz yedikcə özü artır.

2) Albom və ya buna bənzer şeylər gözləmək məntiqlidi sizdən ya yox?

— Çox güman ki elədir..

 

Orxan Ağazadə: RapRock.az saytı haqqında və Müsahibə layihəsi haqqında fikirlərinizi bilmək maraqlı olardı.

— Qəzetə jurnala həsrət olan şəhərdə/ölkədə belə bir təşəbbür ortaya qoyduğunuz üçün təşəkkürlər.

Uğurlar!

 

Mətni Hazırladı: RAis ATo
Mənbə: www.RapRock.az

 

 

11 комментариев

  1. Nicat 31/12/2015 at 22:25

    Orxan Ata ile araviz necedi?

  2. Mercury 19/10/2012 at 22:30

    ay blinnn cirildim gulmeyden….=))

  3. NR_ 18/10/2012 at 16:53

    Mende inqilab eTmek isterdim!cunki dogurdanda lazimdi bize…Ugurlar JAMal

  4. NR_ 18/10/2012 at 16:52

    Mende inqilab et,ekmek isterdim!cunki dogurdanda lazimdi bize…Ugurlar JAMal

  5. Karamelka 10/10/2012 at 16:32

    Bu ushaq Chinqiz Mustafayevin dvoynikidir.. Oz olumu ile olmeyecek.

  6. BlackLight 09/10/2012 at 14:00

    Frankenstein ne alaka amk camaatin anasi bajisi var 😀

  7. Qizil Noyabir 08/10/2012 at 01:41

    Jamal erna gom tempaso de rokacelli

  8. N.Fariz (YalquzaQ) 06/10/2012 at 22:37

    Jamal Ali ugurlar saol ki,bizim suallara cavab vermisen ve RAPROCK.AZ sayt rehberliyine twkurler…

  9. Sona 06/10/2012 at 12:32

    Jamal Aliden hec xowum gelmir. Musahobeni axiradek oxumadim ama heqiqeten zehletoken gorkemi var

  10. No Name 04/10/2012 at 17:44

    Jamal ugurlar!!!!

  11. Otrok 04/10/2012 at 04:54

    yeri varda belə

Leave A Response