Tuesday 18th September 2018,
RapRock.az
Xəbərlər

Musahibe - KorYolcu

 KorYOLÇU bütün suallara cavab verdi!

Maqamed: Salam

1. Dinin?

2. Big Nationdan ayrılmısan?

Cavab: Salam.
1. Ateistəm(din deyil).
2. Bəli, solo fəaliyyətimə davam etmək üçün Big Nation`dan ayrıldım.

Agharahim : Yaşıl rəngin, yaşıl əşyaların və bitkilərin yaradıcılığındakı rolundan dinləyicilərə danış da bir az))

Cavab: Tək yaşıl deyil ki, bunun sarısı var, qırmızısı var)) Amma, ətraflı düşünəndə düz deyirsən, yaşılın həyatımda xüsusi rolu daha çoxdu. Yaradıcılığımda, yaxud, sənətimdə yox, məhz həyatımda))

Second: Salam.

1)KorYolçunun tracklərində niyə sevgidən heçnə yoxdu? Yox, hardasa nəsə var, amma sırf sevgidən yoxdu.İnanıram ki sevgiyə aid olsa, amma lirika olmasa, partlayış olar.

2)Rapdən nə vaxtsa getmək fikrivizdə var?

3)Bu yaxınlarda feat ve ya konsert planlaşdırılır?

4)Big Nation`ı tərk etməyə səbəb nə oldu?

Cavab: Salam.
1. Sevgilim üçün yazdığım cəmisi bir track var; “Heç kim mələk deyil” Bu yaxınlarda biri daha çıxacaq; “Qulaq as deyə yazdım…” – hər qız üçün bir track…
2. Bəli, var. Ancaq, hələ yox. Bütün ideyalarımın hamısına can verdikdən sonra, bir dəfəlik gedəcəm. Hələ ki, 40 faizinə can vermişəm.
3. Feat`lər yanlız Apollon və Slangue`lə olacaq. Hələ ki, bəlli olanlar bunlardı. Konsert isə, olacaq, sadəcə tarixi bəlli deyil.

 

Tural Hosted: Salam  sizdən imzalı albomu necə almaq olar ?:|

Cavab: Salam.
Heç cür almaq olmaz. Çünki, son beş albomumu(“K.Orkestra – Sonuncu ölən ümidlərdir” albomundan başqa) internet üzərindən pulsuz paylaşmışam. Sonuncu albomum satış üçün olacaq, o zaman ala bilərsiz.

 

Niko: salam

1) Tanrı məni bağışla meksedi ne idi?

2) Şekide konsert vermek  planda var?

Cavab:Salam.
1. “Tanrım, məni bağışla!..”-da məqsəd bağışlanılmaq idi.
2. Xeyr, yoxdu. Ancaq, ehtimallar həmişə var.

 

QIYMƏT VER!:  Salam. Xpert öz müsahibəsində ‘KORYOLCU azrapin da poet’i dir.’ demişdi, bu fikir haqqında münasibətiniz maraqlı olardı.

Cavab: Salam.
Xpert əgər elə deyibsə, deməli, Da Poet`lə ortaq bir cəhədimizi görüb. Amma, mənə görə Da Poet`lə ən böyük fərqimiz ondadı ki, o, hə beatmaker, həm də mc`di, mənsə, sadəcə mc.

 

Mar: Neyə görə KorYolçu?

Cavab: İlk hekayəmi yazarkən uşaq idim. Söz azlığım, özümə güvənsizliyim çox olduğundan onu tamamlaya bilməmişdim və hekayə davam etsin deyə, adını ləqəbim etmişdim. Hekayənin adı: “KorYOLÇU” idi.

 

Tural : Salam. “Son deyilsə” dən sonra planlarin nədir?

Gələcəkdə rap`dən başqa bir stilə keçmək fikrin varmı?

Cavab: Salam.
“Son Deyilsə”-dən sonra planım, Slangue`lə yeni çəkdiyimiz clip`i paylaşmaqdır. Ondan sonra isə, yeni single`lar və albomlar.
Xeyr, yoxdu.

 

son kez elvida: Salam,ƏLi necəsiz? Niyə daha cox dillenilməniz üçün ‘calişmırsınız’ və gözləyirsiniz ki özləri sizi keşf etsinlər.. axi həqiqətəndə azrapde sırf rap movzusunda sizin qeder güclu mc yoxdur.mence siz rapdə olan sirri cozmusunuz ,buna görə də bu qədər böyuk işləri tez bir zamanda edə bilirsiniz.rhyme ‘lar , flow’lar dünya səviyysəsindədir.bu da məlumdur, ama meni narahat edən coxlarının bunu görməməsidir.inanılmaz dərəcədə güclü, əsl rapi daddıracaq trackləriniz var.uğurlar /respect!!

Cavab: Salam, yaxşı olasız.
Bilirsiz, bu mənim xasiyyətimdir. Yeni bir track çıxartsam belə, onu paylaşacam və reklam olunması üçün heç bir şey etməyəcəm. Çünki, vaxtı gələndə hamının o track`I dinləyəcəyini bilirəm. Sadəcə, geci-tezi var. Mən çox səbrli insanam(şəxsi fikirləriniz üçünsə, təşəkkür edirəm).

 

Fhfh:  1) ‘Tanrım məni bağışla’ trackinin sözləri kimə məxsusdu?

2) Səhv etmirəmsə Difai’la olan prezdentlere aid mahnınız vardı deyəsən ‘kiçik prezidentlər’ idi adı. onu yayımlamamanızın səbəbi?

3) Fikirimcə Xpertle duet yaxşı alınardı, siz necə düşünürsüz ? bele bir track gözləyək ?.

Cavab: 

1. O track`in sözləri, bağışlanılmağı istəyən bir gəncə məxsusdu.
2. Elə bir track`imiz yoxdu.
3. Xpert, tərzini bəyəndiyim bir mc və xətrini çox istədiyim bir dostumdu, ancaq bizdən feat gözləmək sizləri qocaldacaq. Məncə, gözləməyin, amma dediyim kimi, ehtimallar həmişə var.

 

Ram Is: Salam bro, necəsən? İlk öncə bildirim ki, mənim üçün AzRapdə ilk 5 reperdən birisən. Məncə bu işi bacarırsan. Bəs səncə Şair və ya yazar KorYOLCU, yoxsa Reper KorYOLCU? Repə bu qədər bağlılığının səbəbi nədir? Halhazırda Türk rep birliklərindən hansı iləsə əlaqə və ya iş birliyin var?

Repdən kənarda isə, Ətrafında baş verən hadisələrə, dinləyicilərə və s. başqa şeylərə qarşı marağın olmadığını-öz həyatından başqa heç nə düşünmədiyin kimi fikir yaradırsan məndə, bu həqiqətən belədir? Təşəkkürlər.

Cavab: Salam, yaxşı olasız.
Bəzən şeir və hekayə yazıram, düzdü, amma mən sadəcə rap`erəm.
Rap`ə bağlılığım yoxdur. Ümumiyyətlə, mənim heç bir şeyə bağlılığım yoxdur.
Bəli, var.
Düzdü, ətrafımda baş verə hadisələrə, dinləyicilərə, təkliflərə və qısqanclıqlara heç bir fikir bildirmirəm, çünki marağım yoxdu, ancaq hər bir dinləyicimi də çox istəyirəm. Ümumiyyətlə, “dinləyici” deyərkən, bütün mc`lərin xəyalına quldarlıq dövrü gəlir. “Bu mənim dinləyicimdisə, onu istədiyim vaxt qamçılaya bilərəm” deyə düşünürlər. Amma, mən belə düşünmürəm. Mənim ilk dinləyicim özüm oluram deyə, ilk öncə özümə hörmət edirəm. Məncə, hər kəs nə demək istədiyimi başa düşdü.

 

ZL: Salam , Tanrım Məni bağışla Trackı .. Yazmağa səbəb?.

Cavab: Salam.
O track`i yazmaqda səbəb yox idi.

 

Prince Aslan: İlk once respect!! Sənə bidənə sualim var cəmi, sendə BIGNATIONlusan ya sadəcə ft etmisiz?

Cavab: Big Nation`un üzvü idim, ancaq solo fəaliyyətə davam etmək üçün ayrıldım.

 

BlackLight: KorYolçu olaraq arxanca gələnləri doğru istiqamətə necə aparmayı düşünürsən?

Cavab: Ümumiyyətlə, heç kəsin arxamca gəlməməsini istəyərəm. Track`lərimi dinləyin, albomlarımı endirin və bundan sonraki işlərimi izləyin, bu mənə bəs edər.

 

Shamsi Elchinoglu: Salam KorYolcu,kefin necədi?

1) kimlərlə ft olacaq ?

2)azrapdə ən cox dinlediyin mc kimdi?

3)təhsilin var?

Cavab: Salam. Hal-hazırda çox yaxşı.
1. Hələ ki, Slangue və Apolon.
2. Ən çox dinlədiyim mc özüməm. Track`lərimə ən azı 20 dəfə qulaq asıb, kimlərin bəyənib, kimlərin bəyənməyəcəyinə qərar verirəm.
3. Xeyr, yoxdu, ancaq ola bilərdi. Sadəcə, öz istəyimlə davam etmədim.

 

Azer-Rzaoglu: Okaber Karabin’in replərin dinləyirsinizmi ? Aranız necədir ümumiyyətlə…

Cavab: Bəli, birini eşitmişəm.
“Salam-sağ ol”-umuz var sadəcə.

 

Asdf: Sənin bidənə trekin varıydı mən səhv eləmirəmsə “Tanrım, məni bağışla!..”.o nə söhbətdi onu bidənə açıqla da

Cavab: Big Nation`a üzv olduğum zaman “Sözümüz var” adlı video paylaşmışdıq. Məncə, onu izləyin.

 

A-Morf:

1) Səhifələrin birində oxudum ki, KorYolçu İslam dinini təhqir edib. Düzdürmü?

2)Statuslarından oxudum ki, əlində coxlu sayda paylaşmadığın kliplər, track’lər, albomlar var, nədən paylaşmırsan? Səni tanımayanlardan, dinleməyənlərdən cox dinləyənlər var…

3)Səndə bu qədər ganja’ya qarşı məhəbbət hardan yaranıb? profilindəki şekillərdən aydın olur))

Cavab:

1. Düzdü.
2. Onlar mənim ehtiyyatımdır. Və hər birinin öz vaxtı var.
3. Hər kəsin sevdiyi bir şey olur, məndə də budu.

 

Prince: Salam, gənc nəsildən kimlə feat etmek istərdin? və umumiyyətlə kimi tanıyırsan?

Cavab: Salam.
Tanıdıqlarım, Javidan və Evil Records`un üzvləridi. Bir də, Apollon var. Ancaq o, tarixə görə yenidi, özlüyündə çox köhnədi.
Yanlız, Apollon`la feat`lər olacaq. Bir də Javidan`la “Sus, bitch!” track`i çıxıb.

 

Qusi Rapper:

1)Cox vaxt Tracklərində hiss olunurki Kimdənsə bəs Edirsən və kimisə içində gizlədirsən. Adını demeye çekinirsən?

2)Nifret aka Paster ‘ lə nə vaxtsa yeni Proyekt Olacaq ?

3) Azrapdə özüvü hansı yerlerde görürsən ?

4) Kumirin kimdir? Kimlə feat oxumaq istəyərdin?.

Cavab:

1. Xeyr, heç kimdən bəhs etmirəm. Etdiklərim də olub, düzdü və adlarını da çəkmişəm.
2. Bəlkə bu yaxınlarda oldu, amma o da “bəlkə”
3. Özümü heç bir yerdə görmürəm. Hara qədər gəlsəm, deməli, ora qədər gətirə bildiz.
4. Kumirim yoxdu. Və feat etmək istədiyim xüsusi bir mc də yoxdu.

 

Bilinmeyen: Sənin raymların niyə belə Vehşidi biraz daha sadə etsən olmaz?)

Cavab: O sənin vəhşiliyindi))

 

Ilkin Huseynov: Salam.mən sual yox 1teklif etmək istəyirəmki gitara ilə bir mövzular işdəyəsən.akustic gitara ilə gəşəng alınar sənin oxunuş tərzin məncə…

Cavab: Salam, bro))
Təklifin üçün çox sağ ol. Mütləq edəcəm, ancaq hələ yox. Onsuz, ağlımda var idi elə bir şey.

 

Farid: Salamlar və uğurlar.

1) EP albomlar üzərində işləməyin nə xeyri var sənin üçün?

2) Səncə konsert verəndə (EPdemiya) biletlərin alınmaması hansı uğursuzluqdan əmələ gəlir?

3) Neçə ildir rap-dəsən?

4) Paster ilə yenidən bir layihə olacaq?

5) Big Nation-dan ayrıldın. Sənə solo fəaliyyətdə maniəçiliy yaradırdı?

Cavab: Salam.
1. Xeyri çoxdu, ancaq bu suala indi cavab verə bilməyəcəm. Yaxın gələcəkdə hər kəs biləcək.
2. Konsertə bir aydan az bir zaman qalmış biletlər və afişalar çıxdı. Reklam isə(demək olar ki), olmadı. Məncə, ona görə idi.
3. Səkkiz ildir.
4. Bəlkə bu yaxınlarda oldu, amma o da “bəlkə”
5. Xeyr, maneçilik yaratmırdı, sadəcə solo işləməyi daha üstün tuturam.

 

wvv : Salam.Türk MC-lərlə tanışlıq necə oldu?

Cavab: Salam.
TürkRAP`dən tanıdğım hər kəslə tanışlıq təsadüf oldu. Onlar mənim tərzimi, mən də onların tərzini bəyəndim.

Orxan Ağazadə: RapRock.az saytı haqqında və Müsahibə layihəsi haqqında fikirlərinizi bilmək maraqlı olardı.

Cavab:  İlk növbədə çox sağ olun. Çox maraqlı müsahibə(sual-cavab) idi. Sizin uğura ehtiyyacınız olmasa da, uğur arzu edirəm. Özünüzə yaxşı baxın. Peace and love!..

Mənbə: www.RapRock.az

p

2 комментария

  1. Аноним 04/11/2016 at 18:21

    Salamlar..Sen Qurana Inanirsan?

  2. Prana 19/09/2014 at 01:22

    Meta Brain’le olan tek trekiniz var «Son Avtobus» bu trekden bawqa trek gozlenilir ya yox? ve neden mehz Ateizm? Allahin varliqina inaminiz hec mi yoxdur?

Leave A Response