Monday 23rd July 2018,
RapRock.az
Xəbərlər

 

M.C.E.R bütün suallara cavab verdi!

Toqrul: AzRapdə bəyəndiyin rapperlər kimdi və  adıvın mənasını bilmək olar ?

  Cavab: Adımın mənası ingilis dilindədi: Music Creator Edgar Ravinov. Bəyəndiyim raperlər çoxdu.

Baku boy: sizi bashqa olkelerde taniyillar?

Cavab:  Dostum, məni Azərbaycanda tam tanıyan yoxdu!) Hələki!) Amma yazanlar var idi.

N.Z.: Salam qardaş! Sənin traclərivə 2007-dən qulaq asıram. Mənim fikirimcə azrapin inkişafında böyük rol oynayırsan. Suallarim:

Cavab:  1. Baku Beat-lə dostluq qalıb? 2. Yeni albomuvu nə vaxt gözləyək? 3. Rüzgarla ya Uranla track gözlənilir? 4. Evlisən?

Çox sağ ol dost! Deməzdim ki böyük, amma inkişafa doğru attimlayiram.

1. Əlbətdə! Yaxin dostlarımdi!

2. Yeni albom üzərində iştləyirəm hal hazırda. Ümüd edirəm ki oktyabırda işıq üzü görəcək!

3. Rüzgarla olacaq inşAllah. Amma Uranla hələki yox!

4. Evsizəm)

Farid: İlk öncə salam. Uğurlar arzulayıram.

1) M.C.E.R — adıvın mənası? Və adında ki, nöqtələr nəsə bir məna daşıyır mı? 2) RG, Okaber, Remo, A-Team — bu isimlərdən hansına u çox respectin var?! 3) Səncə AzRap deyilən bir şey var mı Və AzRap`i yaşadan 7 isim varsa, kimlərdi onlar? 4) Azərbaycan Rapində hansısa bir başqa mədəniyyət var?

Təşəkkürlər.

Sağ ol bro!

Cavab:  1. Adımın mənası ingilis dilindədi: Music Creator Edgar Ravinov. Bəli daşıyir.

2. Hörmətim eynidi! Amma Remo və A-Team mənə daha yaxındı.

3. İlüziya kimi var =)). Uran, Ali, Mc Bax, BOOnker (Baku Beat), Synaps, A-team, Remo.

4. Mən instrumental Hip-Hopa keçdim. Jazz-Rap.

 

hostmaniya: Mən eşitmişəm ki, səni HOST prod-a dəvət elədilər sende razilashmamisan olub ele?

Cavab:  ))) Doğurdan??)))

Wolf: Salam. İlk öncə böyük respect! Sən bildiyim kimi All in Label-nan dostsan! Onlara qatılmaq təklif olsa qatılarsan?

Cavab:  Sağ ol bro! Mənasi yoxdu! Onsuzda onlarla lahiyələrim olacaq.

mc_boss: Иммунитет” albomu kimi albom çıxacaq? Sən özüvü başqalarından fərqli sayırsan? Rüzgarla aran necədi? му teze klip ne vaxt cixacaq?

Cavab:  İmunitet nə vaxtdan albom olub?!) Hmm… Özümü yox, tərzimi hə. Rüzgarla aram əladi! Sentyabıra yaxin.

 

Mulayim: Texnika cəhətdən azrapdə kim səncə ən güclü 3’lükdür?

Cavab:  Xpert, Baku Beat, A-team.

Sinner: All in Label haqqında məlumatın var? Onlarla aran necədir? Onlarla iş birliyin gözlənilir?

Cavab:  Yenədə təkrarlayiram! All in Label mənim dostlarımdı. Bəli olacaq.

Blackland: İlk öncə respect və uğurlar! Madhous-a daxil olmaq təklif gəlsə razılaşardın? Yeni albom nə vaxt çıxacaq? Baku Beat sənsiz nəsə güclü edə bilər?

Cavab:  Sağ ol dost! Yox, çünki mən Madhous da musigi gələcəyi görmürəm. Oktyabıra yaxin. Niyə ede bilməz? Arzu edirəm ki növbeti partlayiş Baku Beatindi.

Hosted: Salam

1) Yeni albom gözlənilir? 2) Baku Beat sənsiz nə edəcək?) 3) Xpert ilə feat olacaq? 4) Bizdə əməlli reggae var?

Cavab:  1. Bəli, narahat olma dostum!)

2. İnqilab!

3. Bu yaxınlarda yox.

cumali efrah: Klan-A-Plan yoxsa Nəğd Pul? Freestyle yoxsa flex? Remo yoxsa Okaber?

Cavab:  Nəğd-Plan. Freestyle-in flex-ə heç dəxli var?) R.O.C. Öldürmüsən ee!)

Terminal: Salam. 1) All In Label yoxsa Hostcular ? Birini seçərdin də bir zehmət. 2) Battle yoxsa Lirika?

Cavab:  1. All In Label.

2. Lirik-Battle)

Elxan: Salam. İlk öncə sizə uğurlar arzu edirəm, və « Иммунитет » kimi tracklərin davamı olmasını arzu edirəm.

1) Rapdən başqa nə ilə məşğul olursunuz? Bildiyimə görə səs rejisorusunuz, bəs başqa? 2) Baku Beatdən çıxmsınız deyəsən , bəs indi hansı group, komandanın tərkibindəsiniz? Ya tək işləyirsiniz? 3) Yaxın gələcəkdə təzə kliplər olacaq?

Çox sağ olun, bir daha uğurlar.

Cavab:  Çox sağ ol dosum! Приятно читать!

1. Bəlim. Mənim peşəm və sənətim Kino və Televiziya Rejısorluqudu.

2. Mən hindi yeni bir İnstrumental Hip-Hop Reggae qrupp üzərində iştləyirə. Qruppun adı: BadBullLater. Amma qruppda ifaçi tək mənəm! Həm də «Черный квадрат» adlı yaradıcılıq birliyin tərkibindəyəm.

3. AzRap üçün yeni bir formatda klip olacaq!

grogi: Qəza Bossa münasibətin? Azrapin ümumiyyətlə uğuru? Rapdə kumirin?

Cavab:  Münasibətim yoxdu! O da yoxdu hələki. Kumirlərim də yoxdu!)

Hostlandiyali: Salam. Hostun fikirləri ilə razısınız? Ən çox hansı mövzuda yazırsınız? Hostla feat etmək istərdiniz?

Cavab:  Salam. Bəzi fikirlər ilə hə. Proqressiv İnstrumental Hip-Hop. Maraqlı təklif gəlsə bəlkə də hə. Necə gəldi yox!

 

Areef: Salam. İlk öncə uğurlar 🙂 AzRap’də dostun düşmənin kimdi?

Cavab:  Salam. Sağ ol. Dostlarım çoxdu. Mənim ən böyük düşmənim helə özüməm!(

Azer-Host-Rzaoglu: Salam . Necəsiniz ? Nə var nə yox ? Azrapdə nə baş verir? Uğurlar

Cavab:  Salam. AzRapdə formalaşma baş verir!

ZoOna: Niyə AzRapdə  продвижения  yoxdu şou-biznes kimi?!

Cavab:  Cavabı sadədi dostum. Böyük investerlar Rapə pul tökmək istəmirlər. Çünki bizim millətimiz hele ki Hip-Hopa hazir deyir, ona görə də tələbat yoxdu!

Baloglan: Cənab M.C.E.R müəllim salam. Mənim sizə sualım var, və xahiş edirəm ki, cavab verəsiniz. Olum yoxsa Mokoka?

Cavab:  Смерть через Мококу))

RapMafia: Salam =) Azərbaycan dilində tracklər niyə yazmırsan? Sənin tərzin Az-Hip-Hopda yeganədi mənim fikirimcə! Və nəyə sən özüvə rastaman deyirsen? =)

Cavab:  Salam. Çunki rus dilində daha rahat gəlir. Çünki rastamanlar ən azad insanlardi!)

 

SonGulle: Sizin əsas məqsədiviz nədir? Və Azerbaycanda sizdən başqa JazzRap eləyən varmı?

Cavab:  Musiqi panaseyasını tapmaq! Hmm… Bir ara Kavkaz Clan eləyirdi.

Фарид: Salam. Sizin sənətivizə böyük hörmətim var. “Зритель Ветра albomu kimi yəni o stildə buraxmaq planıvızda var? Baku Beatdən niyə ayrıldınız?

Cavab:  Sağ ol dost! Bəli, «Panaseya» adli albom! Çünki mən tam başqa stilə keçdim, mənim əlimdə təzə lahiya var, «BadBullLater» adli instrumental Hip-Hop qruppu.

Kulqabi: 1. Repə necə başladın və neçə yaşında? 2. Bakubeat-dən niyə çıxdın? 3. Hərə bir kitab yazır. Sənin elə fikrin varmı? 4. Axır vaxlarda azrap-də baş verənlərə münasibətin? 5. All in Label-nan aran necədi?

Cavab:  1. Repə mən 2006-da başladim. 1999 ildə mən ilk dəfə Moskva şəhərinə uçmuşdum, orda isə rapi mən daha geniş tanidim. Publick Enemy, Wu-tang, Onyx, Bad Balance, Kasta kimi qrupplari dinləyirdim. Və ilk trackimi köhnə magnitafonla kasetə yamişdim.

2. Çünki mən tam başqa stilə keçdim, mənim əlimdə təzə lahiya var, «BadBullLater» adli instrumental Hip-Hop qruppu.

3. Sözün düzü mənim də kitabım var, amma onu çap eləmək fikirim yoxdu.

4. Çox sadə. Mənə bu müharibə lazim deyil.

5. Əla!

vaxo: M.c.e.r’ə sual vermək istəyirəm ki, sən hələdə Baku Beatnansan?

Cavab:  Yox!

kamufle: Azrap niyə çox zəifdi? Demək olar ki, rap yoxdur. (All in Label, Okapella of Underground, Neytral Zone bunlardan başqa) Əgər rap alınmırsa özüvüzü niyə məcbur edirsiz?

Cavab:  Cavabı sadədi. Az rap hal-hazirda çox monotondu. Yenilik də yoxdu. Ona görədə rep gedmir.

 

aleister crowley: “Sizə noolub?!” tracki haqqında fikirlərin? Həbib Müntəziri tanıyırsansa münasibətin? Azrapdə disslər niyə azdır?

Cavab:  Fikirim sadədi. Mənlik deyil! Tanimiram. Sənə disslər lazımdı?! Şəxsən mənə yox!

Frown Ramzes: Səndə rappersən? , И еще.. Это ты отец Азер регги?

Cavab:  Нет. Я отец своих будущих детей!

Orxan Ağazadə: RapRock.az saytı haqqında və Müsahibə layihəsi haqqında fikirlərinizi bilmək maraqlı olardı.

Cavab:  RapRock.az saytına hörmətim var. Ən azinnan hərkəsə dəstək olursuz. Sizin saytiviza uğurlar! İnşAllah gələcəkdə dünya səviyəsinə çixarsiz! Respect! One Love!

Mətni Hazırladı: RAis ATo
Mənbə: www.RapRock.az  

3 комментария

  1. Нигярь 21/12/2012 at 00:15

    Привет. Прочитала ваше интервью, очень понравилось, особенно вот этот ответ — «Я отец своих будущих детей!» Вообще вы очень умный человек. И до этого я уважала вас… Хочу попросить чтобы вы разъяснили эту фразу -«Mənim ən böyük düşmənim helə özüməm!(«. Почему так??

  2. Тейфук 20/08/2012 at 01:27

    Салам алейкум)) Я сам лично знаком с Эдгарам) Очень хороший человек) Эдгар у нас в Дагестане любят реп))) и у нас легко пробиться на эстраду)) Почему ты не приедишь и не покажешь себя у нас)) Тебя все полюбят)) ты бомбово читаешь реп и поешь) я те за слова отвечаю))

  3. Elxan 20/08/2012 at 00:56

    cavablar zordu aa))) lezzel eledi)!!)

Leave A Response