Sunday 21st October 2018,
RapRock.az
Xəbərlər

RAPressia Clan bütün suallara cavab verdi!

N.Fariz (YalquzaQ):

Salam, necəsiz? AzRap’də özünüzə rəqib görürsünüz və ya görmürsünüz? Ümumiyyətlə kiminlə feat. istərdiniz?

-Alekum salam.Şükür Allaha.Ümumiyyətlə bu haqda fikirləşmirik ve öz işimizi görürük. L-Mir (Dəyirman)

Frenni:

Mən düşünürəm ki, rap ilk yarandığı vaxtlarda olduğu kimi bədahətən və sürətlə deyilməlidir. Üstəlik, rap yalnız nəyəsə etiraz mövzusunda olur. Amma son dövrlərdə bütün dünyada həm mövzu dəyişib lirik mahnı mövzuları ilə eyniləşdi, həm bədahətən deyiliş (freestyle) azaldı, həm də sürəti sadəcə şer oxuyurmuşsan kimi azaldı. Bütün bunlar məncə insanlarda həm rap’ə marağını azaltdı, həm də onun istiqamətini dəyişdi. Sizcə bu cür dəyişiklik qəbul ediləndir?

— Yox qəbul edilməzdi.Sadəcə repin nə üçün yarandığı unudulub.Rep üsyan,çagırış,tənqid ve reallıqdı bu artıq unudulur.Rep bazarın olmaması efirdə,radioda repə yer verilməməsi bu gün repi bu vəziyyətə gətirib çıxardır.Söhbət azrepdən gedir.Dünyada isə  komersiya tracklərinin çoxalmasından irəli gəlir bunlar.

 

Elxan:

Salam RAPressia 🙂 Sizə sualım gələcəkdə konsert vermək fikriniz var?

-Alekum salam.Hə fikrimiz var.Hələki albom işləriylə məşğul oluruq.

 

Farid:

İlk öncə salamlar.

1) Çoxdandı trackləriniz çıxmır. Niyə?

2) All in Label birliyini tanıyırsız?

3) RG, Okaber — hansını tanıyırsız?

4) AzRap`də kimlərə respectiniz var? Adları zəhmət deyilsə.

 

— Alekum salam.

1) Çıxır amma tez-tez çıxmır.Saytları izləsəz görə bilərsiz.            

2) Təzə yaranıb deyəsən.Şəxsi tanışlıgımız yoxdu.Uğurlar))

3) Adlarını eşitmişik amma şəxsi tanışlığımız yoxdu .Hər ikisinə də uğurlar. 

4)  L-Mir(Dəyirman) ,Albay Əfəndi,Alov 5.45  , Mc Murad siyahını daha da artirmaq olar)))) 

 

Serdar Rustem:

1) Hərbi vətənpərvərlik mövzusunda, gənclərdə milli vətənpərvərlik hisslerini oyadan rap’ləriniz varmı, yaxud gələcəkdə bu səpkidə bir rap layihəsi düşünürsüzmü?

2) İlahiyyata, həqq yoluna çağırış səpgili rap’lərə münasibətiniz necədir?

3) Sizcə rap’in cəmiyyətin və gənclərin tərbiyəsinə təsiri nə dərəcədədir?

4) Sizcə modern rap necə olmalıdır?

5) Müasir rap və insan əxlaqı… Bu məsələyə hansı rakursdan yanaşırsız?

 

-1) Beli var.Xatırladım ki, 2005-ci ilde Ans ÇM Radiosunda Çingiz Mustafayev adına Vətənpərvər Mahnı müsabiqəsində qalib olmuşuq.Gələcəkdə də olacaq.

2) Yaxşıdı.Bizim tracklərdə də rast gəlmək olar.

3) Çox böyük təsiri var.Çünki, rep bir çağırışdı,dəvətdir..

4) Reallığı əks etdirməlidir.

5)Yazılan mövzulara diqqət verilməlidir yuxarıda qeyd etdiyimiz kimi Rep bir çagırış,dəvətdir…

 

Ayinka:

Niyə son zamanlar qrup halında deyil solo fəaliyyət göstərirsiz və sizin track’lərə yalnız sosial şəbəkələrdə (YouTube) dinləmək mümkündür? Toplum olaraq disk şəklində nə zaman çıxarmağı düşünürsüz?

P.S: Albay, Emush, İsi (Dj Easy) respect vam i uvajuxa! *)

— Çünki , RAPressia Clan qrup deyil bir clandı.Yəni ailə,tayfa və bir rep birliyidi.Ona görə də həm solo həm də ümumi tracklər yazılır.Yox həmdə repə aid saytlarda ve bəzi radiolarda.Hal-hazırda Emu$-un albomu işlənilir ve daha sonra Abulfazın albomu işlənəcək.Bu işlərdən sonra toplum şəkildə də RAPressia Clan olaraq albom olacaq.Çox sagolun)))

Ulduz:

1) Salam, RAPressia dağılıb? Hal-hazırda clanda neçə nəfər var? Niyə yeni işləriniz yoxdu?

2) Albay Əfəndi niyə solo oxuyur? Beatmakeriniz kimdi?

— 1) Alekum Salam.Yox.Gördüyünüz kimi suallara cavab veririk.)))) Emu$,Abulfaz,L-Man və beatmaker- DJ Easy var.Saytları izləyin tezliklə yenə olacaq.

2) Ürəyi belə istədi.Heç bir səbəb yoxdu sadəcə solo işləmək istədi.Dəstək oluruq ona və uğurlar azrulayırıq.Beatmaker Dj Easy-di.

 

Emilyen:

AzRap’də pul qazanmaq olar? Siz rap’dən pul çıxartmağa yol tapdınız?

-Rep bazar olsa olar.Dediyimiz kimi yolu Rap bazar yaratmaqdı.Albom satışlarını çoxaltmaq,konsert filan bunlar hamısı bir vasitədir.Milləti repə cəlb etmək lazımdı. Nümunə: meyxana.Bazar var ve pulda var.

 

BlackLight:

Nə vaxtsa rap’lərinizdə qafiyə ünsürünü düşünürsüz yoxsa yenə söhbət düşəcək tracklərdə?

-Bəli fikir veririk.Amma yenə də məna əsasdı.Qafiyə də olsa lap yaxşı.Artıq bu üstünlükdü.

 

MarK:

Salam. 2000-ci ildə yaranan RC-la 2012-ci ildəki RC arasında ən başlıca fərq nədir?

 

-Alekum salam. Elədə böyük fərq yoxdu.Fərqimiz təcrübə və əlbətdəki indi görülən işdədi.İndi daha ciddi mövzulara toxunuruq.True-ya üstünlük veririk,yəni reallıq. Dini,Siyasi,Sosial mövzulara üstünlük veririk.

 

 

linda:

1) Albay Əfəndinin əsl adı və soyadı necədir?

2) RAPressia Clan hansı anlama gəlir?

3) 1-ci və 2-ci suallarımı oxudunuzmu?

 -1) Bu Albayın yaralı yeridi.Məxfidi.))))))

2) RAP PRESS , SÜRGÜN OLUNMUŞ TAYFA…

3)Yox.2-ci və 1-ci sualları oxuduq..)))))

 

Lora

Albay Əfəndinin üzərində işlədiyi yeni albomun adı necə olacaq?

 -33 Pillə

 

Светик:

интересная группа. радует что есть исполнение и на русском языке.

выступали ли вы в россии ? есть ли это в планах?

 -Нет не выступали.Пока нету.

 

mikeColins:

4 dənə qrup adı çəkəcəm, hər 3-ünə aid olan fikirləriniz və münasibətiniz necədi?

1) All in Label

2) MadHouse

3) KM Family

4) RAPressia Clan

 

-1) All in Label — uğurlar.

2) MadHouse -Tanımırıq.

3) KM Family — yaxşı işləri olur,daha da yaxşı işlər arzulayırıq.

4) RAPressia Clan -Rap Press, Sürgün Olunmuş Tayfa.

 

Miry-Z:

Emush, İsi, Abulfazz, 2020-ci ildə biz dinləyicilər sizdən nə gözləyək? )))))

 -Bizdən Kosmik Tracklər))))))

 

JULE:

Rap sizlərçün nədir? Həyat tərzimi yoxsa sadəcə bir hobby, musiqi?

 

-MÜBARİZƏ,HƏQİQƏT,ÜSYAN,ÇAĞIRIŞ və TƏNQİD

Ürəkdən gələn səs.Yəqin ki, həyat tərzi.

 

NasistYogist:

Sizə ilk dəstək olan rapper və ya clan hansı idi?

-Heç bir Reper və ya Clan dəstək olmayıb bizə.Hər şeyi özümüz etmişik Allahın izni ilə.

 

wvv:

Salam.

1) AzRap hansı səviyyədədi?

2) Siz özünüzü oldschool sayırsız?

3) Jamal Ali yoxsa Qaraqan?

4) AzRap’də dissin atası Okaberdi yoxsa Qəza?

-Alekum salam.

1) AzRap bu gün underground-dan ve disslərdən ibarətdir.Burda hansısa səviyyədən danışmaq artıqdı.

2) Yox

3) Qaraqanın fikirləri daha yaxındı bizə.Jamal Ali isə çox uzaqdır bizə .Ən azından İSLAMA qarşıdır.

4) Dissdən uzağıq.Bir söz deyə bilmərik bu haqda.

 

Emil:

Salam RapRessia ))) Sizi çox bəyənirik. Amma bizə çox maraqlıdı. Niyə siz kefdən, barlardan, clubdan yazmırsız? Bir sözlə əyləncəli mahnılarıvız azdı. Bakıda rapper’lərin əksəriyyəti məhs keflənmək mövzusuna toxunurlar. Bəlkə də publika belə trackləri daha çox bəyənir, amma məncə sizin tracklərinizdə daha çox məntiq və xeyirli mövzular var. Mənim sualım odur ki, siz bu stil rap’lə pul qazana bilirsiz yoxsa yox və inanırsız ki, Bakıda nə vaxtsa rap mədəniyyəti düzələcək?

 -Çünki yaşayış tərzimiz fərqlidi.Yazdığımız mövzular Dini , Siyasi və Sosial mövzulardır.Rap bazar olsa olar.Yəqin ki, düzələr.Ümid etmək qalır.

 

beta:

Salam.

1) Xarici rapper’lərlə feat.’lər olacaq?

2) Kimə diss atardız?

3) AzRap’də uğurunuz?

 

-Alekum Salam.

1) Planda yoxdu.

2) heç kimə təbii ki, bizə atmasalar )))))

3)AzRap-də ilk underground Clan

 

Replika:

1) Olduğunuz bölgədə sizdən başqa Clan, rapper ya qrup var?

2) Hansı bölgədə qalırsız?

3) AzRap’də Türk dilində rap deyənlərə münasibətiniz.

 

-1) Var.Gencler çoxdu.Art Rap Band

2) Əsasən PirAllahı(Artyom) adasında.

3) Normal.

 

amina:

Sizi çox bəyənirəm )) Ən əsasıda yeni trackiviz «Mənə lazım deyil» . Sizə sualım budur ki, klip çəkdirmək fikriniz yoxdu? Bu qədər məşhursunuz artıq çünki.

-Çox sağ olun.Çəkilişlər gedir yaxın zamanda hazır olar.

 

24 iyun:

1) Sizi digərlərindən fərqləndirən nə isə var?

2) İndiyə qədər hələ də bacarmadığınız nə isə var?

 

-1) Bəli var. Fərqimiz True-du.

2) İstədiyimiz kütlə və cəmiyyətin fikirini dəyişmək.

Orxan Ağazadə: RapRock.az saytı haqqında və Müsahibə layihəsi haqqında fikirlərinizi bilmək maraqlı olardı.

— Çox böyük iş görürsüz.Repe destek olduğuvuza görə sizə təşəgürümüzü bildiririk.Müsahibə lahiyəsi çox maraqlıdı və dinləyicilərnən yaxşı ünsiyyət vasitəsidi.Müsahibədə iştrak edən hər bir şəxsə minatdarlığımızı bildiririk. Hörmətlə RAPresssia Clan

 

Mətni Hazırladı: Khayal Sarkhanzadeh

Mənbə: www.RapRock.az

Leave A Response