Wednesday 14th November 2018,
RapRock.az
Xəbərlər
Müsahibə: RüzGaR

RüzGaR bütün suallara cavab verdi!

RüzGaR bütün suallara cavab verdi!

 

from_baku: Salam, Azrap’də kimlərlə təkbətək freestyle demək istəyərdin ?

Cavab: Salam ən çox Uran ilə demək istəyirəm — başqa heç kim və özümədə çox güvənirəm ki, məğlub olmaram onan! Ən azından mübarizə qarşılıqlı olar.

Keni_H8: Neytral Zona.. qrupu nə vaxtsa dağıla bilər?

Cavab: Hə dağıla bilər. Heçnəyin qarantiyasını vermək olmaz. Amma çox güman ki, sona qədər bir qalacağıq. İnşallah görək də nə olur.

Rassiko: Salamlar,Rüzgar. Səni çoxdan dinləyirəm.
Sualım bələdir.
PRoMete ilə münasibətlər yaxşıdır?

Cavab: Promete ? Haha, münasibət yoxdur heç. Amma qarışmıram daha özü bilər öz işində ona uğurlar. Eləcə də mənə uğurlar. Daha AzRap’də heç kəsi reklam eləmək fikrim yoxdur.

ferid25: Salam.Necəsən? Qardaş, 20 qəpiyin olmaz? Allah razı olsun 🙂

Cavab: Ok!

Keni_H8: Kiməsə «DİSS» gözlənilir?

Cavab: Diss? Hmm Elə adama Diss atacam ki, hansı ki, hər kəs ondan qorxur və çəkinir amma mənim heçnə vecimə deyil. Bir dənə çepe axtarıram ki, ürəyimi boşaldım, hər kəsdə bilsin kim kimdir!!!

KoDeS: 1) Niyə «Rüzgar» ? Və a.k.a «Kamikadze» ?
2)Əgər gənc və istedadlı tanınmamış reper ft. üçün müraciət etsə pulla ya pulsuz edərsən?
3)Köhnə dostlardan nə xəbər? Diss atmırlar ki?

Cavab: 1)RüzGaR adını belə pis çıxmasın mənə Qəza Boss və Xəzan məsləhət gördü, mən də razılaşdım. Kamikadze isə özüm fikirləşdim. Rüzgar hər kəsin həyatında olacaq bir əsintidir. Kimə mülayim, kiminə də sərt. Onu artıq özüm təyin edirəm. Kamikadze isə cəsarət deməkdir.Öz düşmənini hər halda yıxa bilir və məhv eliyə bilir ölümü gözə almadan bilə!
2)Yox, təbiki pul ilə. Nə vaxt Anar Nağılbaz və başqaları məndən pul istəməsə mən də gənc reperlərdən pul istəməyəcəm.
3)Köhnə dost? 🙂 İnan ki, Qəza ilə danışıram hərdən Xəzan da həmçinin RG və Dejavu ilə yox. Məncə belə daha yaxşıdır.

RAP_MAN: Mənim əziz qardaşım Rüzgar, ilk öncə uğurlar =)
Keçək suallara:
1) Yeni klip, feat planlarda var mı?
2) Neytral Zona — niyə məhz bu ad?
3) Sumqayıtın bəxş elədiyin reperlərdən ən güclüsü sənin fikrincə kimdi hal hazırda?
4) RG, Okaber`lə aran necədi?

Cavab: Salam, Nurlan. Nə qədər sual verdin sən? 🙂
1)Möhtəşəm bir klip gəlir odur ki, hər kəs gözləsin ”Bizə yol ver!” FT-lər planda var amma hələ vaxtı deyil.
2)Neytral Zona adı G-Coast dağılanda ağlıma girən ilk ad oldu. Çünki G-Coastda tək mən Neytral oldum – nə o tərəfə getdim nə də bu tərəfə ona görəde belə qərara aldım ki, məhz bu zonanın adamıyam.
3)Sumqayıtda İstiqlal və Lil Orxanı tanıyıram. Amma ən güclü mənəm. Məhz Azərbaycanda Sumqayıt Repini mən təmsil edirəm. Sumqayıt repi mənim elimdədir. İstiqamətini mən verirəm və bununlada qürur duyuram. Heç kim Sumqayıt repini zəif bilə bilməz nə qədər ki, mən sağam! Mən Sumqayıt repin özüyəm o birisilərdə mənim sağ və sol əlimdir!
4)RG və Okaber ilə aram heç yoxdur sadəcə — salam və sağol.

g rap: Sumqayıt Repi haqqında nə deyə bilərsən? Qane eliyir səni ?

Cavab: Qane eləmir. Amma vaxt gələcək hər kəsə qane eliyəcək Sumqayıt repi!

Da_sTreeTz: Salam nəyə görə məhz a.k.a Kamikadze?

Cavab: Kamikadze — o suala yuxarıda cavab yazdım. Həm özümü görürəm, inanın ki, axırda birinidə özümlə bir əzib gedəcəm. Bu 100% belə olacaq!

ruzu: Əvvəla salam, gələcək fəaliyyətində uğurlar, brat. Mən hərbidə olduğuma görə sənin hələki heç 1trackivi eşitmək mümküniyyətim olmayıb. Səninsə adını mən daha çox yanvar ayından sonra eşitmişəm elə bu saytdan. Nəysə… İnşallah qulaq asmaq da qismət olar. Nəsə sənə sualım: nəyə görə RAP? Yəni başqa musiqi növü yox sadəcə RAP? Kimlərsə sənin tracklərinə qulaq asır, bəs sən kimlərə qulaq asırsan? Və başqa hansı musiqi növlərini xoşlayırsan?

Cavab: Nə xoşdu ki, hərbi xidmətdə olan biri məni izləyir, çox sevindim. RAP — bunun günahı Eminem və Cəza oldu! Elə inan ki, sualada cavabı Eminemi dinləyə-dinləyə yazıram. Ancaq Eminem, ancaq və ancaq Eminem! Arada Cəzada amma ancaq Eminem idealım odur. Repde.əlbətdə dinləyən var amma azdı, əvvəl çox idi. Amma indi azdı. Görəkdə nə olur axırı. Hələki AzRapi cırmaqlayıram, çabalayıram ki, bir şey eləyim.

Ruslan ARtemida: Salam.
G-Coast yoxsa Neytral Zona ?
Ümumiyyətlə səni AzRap`ə tanıdan track ?
Rap`ə verdiyini rap`dən ala bilibsən ?
AzRap səni qane edir ?
Uğurlar sənə. Öpürəm =)

Cavab: Salam. Hal hazırda — Neytral Zona dibinə qədərdə o. Amma 2009-da G-Coast deyərdim.
Məni AzRapə tanıdan track əlbətdəki Rapressiya. 2009-cu ildə bu rap AzRapə səs salan replərdən biri oldu. Hansı ki, bu rap mənim 4-cü repim idi. Bütün AzNetdə və Azadllq radiosunda — “Rap Time” verlişində 2 dəfə yayımda oldu. Uran, Master T, DJ Shok və Həkim-in verdiyi dəstək sayəsində.
Qəza Boss ft RüzGaR a.k.a Kamikadze ft Xəzan ft RG ft Şah Safir-Rapressiya.
Məncə Rapə 10% nəsə vermişəm, almaq fikrim yoxdur. Amma gələcəkdə həə var. İnşallah istədiyimi alaram.
AzRap qane eləmir — qruplaşma var. Biri orda, biri burda özüdə hamısı bir-birinin ayağının altını qazıb arxasınca danışırlar 70%-i belədir. Çoxu HATTER-dir. Kim qabağa gedir adına söz çıxardıllar. Məni də elə eləmək istədilər bir vaxt amma heç biri heçnə edə bilmədi. Mən güclüyəm çünki !!! Obijniklər varee burdan deyirəm — soxdum hamınıza!

Freedom: Əvvəla salam. Düzünü desəm əvvəl sizin tracklərinizə qulaq asmırdım. Düzünü desəm maraqsız gəlirdi sözlər, mövzu tam qane etmirdi. Amma son zamanlar çıxartdığınız tracklər xoşuma gəlir. Mənim sualım konsertiniz niyə alınmadı? Düzünü desəm bilet almamışdım – gəlmək fikrimdə yox idi amma yenə konsert olmadığına görə üzüldüm. Məncə siz hələ kifayət qədər tanınmırsınız konsert vermek tez deyildi?

Cavab: Özümü sübut etmək istəyirdim konsertlə. İstəyirdim canlı rap nədi hər kəs bilsin. Örgənmisiniz fanaqrama rapə. Elə hamıvıza deyirəm – yalandan ağız tərpətməklə eyil, canlı deyin əgər istedad varsa. Konsert elədim ki, FreeStyle necə olur hər kəs eşitsin. Özümü hər tərəfli göstərmək istədim ki, hər kəs məndən danışsın, “Rüzgar sökür rapi, freestyleni hər şeyi halaldı”. Amma gəlmədilər də, neyniyək qaldı içimdə ehh, bpş ver brat!
Konsert olmadı ona görə az bilet satıldı. 200 biletdən cəmi 74 bilet hahaha biabırçılıqdır hə? Həə həmdə çox biabırçılıqdır. Amma hər şey düzələcək. Hər şey dəyişəcək İnşallah!

zyoma22: Rüzgar axır vaxtlar siyasi raplər yazırsan, niyə dissfason tracklər yazmırsan? =)

Cavab: Dissi artıq pul ilə atıram. Kimə Diss atıram tanınır. İndidən deyirəm kim istəyirki ona diss atım ən azı deyirəm haa gəlsin 200 azn versin canla başla söküm-yığım həmin adamı 🙂

РАЗИНСКИЙ: RG’ə nə oldu elə hostcu oldu?

Cavab: Hə ee oldu brat oldu 🙂 Ama əvvəl içim yanırdı “ay Allah niyə belə elədi, o”. Tez-tez zəng edirdim, barışmaq istəyirdim zad bir də fikirləşdim ki, “mən neynirəm vapşe?” 🙂 Dedim “ala mənim nə vecimə eee özü bilər, o, özü elə seçir yolunu.” Mən də başqa cür. Hərənin öz yolu var. RG’yə uğurlar amma ən çox mənə uğurlar 🙂

iblis39: Əvvəlla salam. Qəza Bossla aranız niyə dəyib?

Cavab: Salam. Qeza Boss ustaddır. Ustadına kəm baxan bilirsəndə nə olur? 🙂 Hər şey superdi brat!

Areef_HOSTman: Salam əvvəlcədən uğurlar.
1)Niyə RüzGaR?
2)AzRapdə kimə respectiniz var? Kimnən feat yazmaq istərdiniz?
3)H.O.S.T

Cavab:Əleykümə salam.
1)RüzGaR onu yazdım bayaq zəhmət olmasa oxuyarsan.
2)Respect özünü tanıyan hər kəsə. Ft tək istədiyim Uran.
3)Rapressiya !

DJ ZoNa: Çoxdan soruşmaq istəyirdim.
Niyə «RüzGaR»????

Cavab: Dj, o sualı hamı verire amma yazdım zəhmət deyilsə oxuyarsan, çox sağol suala görə 🙂

CURSED: Salam. Bir sualım var amma səmimi cavab ver. Səncə sən güclü repersən yoxsa Qaraqan?

Cavab: Təəssüf ki, Qaraqan güclüdür. Belədi ki, AzRapdə adım var, mənə vacib deyil neçənci olum, əsas odur ki, adım var!

Feo_JinX: AzRapdə etdiyin ən böyük səhv hansıdır səncə?
Oğlunun da rapin içində olmasını istərdin? 🙂

Cavab: Ən böyük səhv? Yaxşı sualdı. Ən böyük səhvim odur ki, hmm cavab tapa bilmirəm ee. Elə ən böyük səhvim odur ki, AzRapdə mən varam! Qıraqdan hamıya zor görünür ee tam içinı girsəniz bilərsiniz ki, burda necə qəribə şeylər baş verir. Çox iyrəncdir!
Əsla istəməzdim!

Muro_abi: İlk öncə uğurlar RüzGaR
Hansı reperlərlə ya rap qruplarla feat olacaq?
Klip gözlənilir?
Azrapdə özüvə rəqib kimləri görürsən?

Cavab:Salam. Ft? Uran-la olmasını çox istərdim görəkdə İnşallah alınar ya da yox.
Klip gəlir 2 həftədən sonar saytda olacaq, gözləyin.
Rəqib? Xpert və Nifrət.

maqamed: Salam super rep deyirsən.
Sağ qolunda döymə var?
Hansı ölkədə yaşamaq istərdin? (ən xoşladığın ölkə)
Dinin?
uğurlar
hə bir də İstiqlal, Xan bunlarnan ft olacaq bu yaxınlarda?

Cavab: Salam. Çox sağ olun, minnətdaram :). Bəli döymə var. Ölkə fikirləşməmişəm amma 9 fərqli ölkədə olmuşam 🙂
Dinim islam. Təbii ki, olacaq 🙂

SahinAdem: Respect 🙂 Rüzgar gələcəkdə gitara ilə zadnan bir track çıxartmaq fikrim var seninlə 🙂 Uğurlar. Konsert üçündə üzülməyə dəyməz.

Cavab: Salam 🙂 görəkdə, yaxşı olar İnşallah.

iDEA: Salam!
1.G-Coast’dakı uşaqlara Respect var?
2.AzRapdə Respectin olan Reperlər kimlərdi?
3.AzRapdə Kamikadze Ruhunda Kimləri Görürsən?
4.Host qrupunda üzvlərdən heş birinə respect yoxdu? 🙂
5.RüzGaRa Bol-Boll Uğurlar Boş Söhbətlərlə yox Tracklərinlə Seviləsən. Respect!

Cavab: Salam!
1)Yoxdu heç birinə Respect çünki ayrı ayrılıqda tək işlərini bəyənmirəm! Biz birlikdə super replər ərsəyə gətirirdik!
2)Uran!
3)Özüm və qrupumdan başqa heç kim!
4)Bro, bir dənə müsahibədə oldüm, nə qədər reklam elədiniz bu adı? Hara gedirəm, hardan çəkilirəm məcbur görürəm, eşidirəm ee o adı. Yox, yoxdur! İşlərində də uğurlar onlara!
5)Tracklərim az sevilir amma nə yaxşı ki, sevilir!

RAis-ATo: Salam. Sərt Əsinti — albomu və konserti nə vaxt olacaq? Nə vaxt sərt əsəcəksən?
AreyRadikalın səsini Neytral Zonada nə vaxt eşidəcəyik?
G-Coast yenidən qurulsaydı tərkibində kimlərin olmasını istəyərdin?
Kiməsə DiSS gələcək planlarında var? 🙂
Respect! Uğurlar, qardaşım.

Cavab: Sərt Əsinti albomunu başqa cür planda var idi. Hər şey amma həvəssiz oldum, albomu başımdan elədim. Singleları paylaşdım çoxunu 🙁
Arey ali məktəbə hazırlaşır deyə çox vaxtı olmur, bizimlə keçirtməyə.
G-Coast qurulsaydı özüm geri gəlmərəm heç vaxt! Çünki orda mənim fikrimə heç vaxt hörmət eləmirdilər. Ancaq Qəza və RGnin sözü keçirdi. O da Qəza qrup rəhbəri, Rg isə qrupun bütün işlərini həll edirdi – ona görə. Xəzan və mənim fikrim qalırdı qıraqda. Amma indi hər şeyi özüm edirəm, bütün fikirlər özümün. Bütün qərarları mən verirəm. Onlardan fərqli olaraq, mən qrupda olan 3 nəfərin fikrini nəzərə alıram və hörmət edirəm! Çalışıram ki, fikirlərimi reallaşdırım və o işi ərsəyə gətirim!

Фарид Мамедов: «Satqın Dost» Kimə yazılıb Biz onu tanıyırıq?

Cavab: RG-yə yazılıb.Tanı.

Qaranligim__: Salam Tracklərinizin çoxunu bəyənirəm. Özünüzə görə mövqeyiniz var. Sualım:
Azrapdə kimi və ya kimləri özünüzə rəqib görürsünüz?

Cavab: Salam. Çox sağ olun fikrivizə görə. AzRapdə Xpert və Nifrət.

Azer-Host-Rzayev: Salam.
1.Necəsiniz nə var nə yox ?
2.Azrapdə qulaq asdığınız reperlər?
3.Müəlliminiz ? Şagirdiniz ? Arzunuz ? Hədəfiniz ?
Özünüzə yaxşı baxın sağ olun!

Cavab: Salam.təşəkkür, mən yaxşı olmağa çalışıram, sən yaxşı ol.
Azrapdə hər kəsi dinləyirəm, düşmənimdən tutmuş, dostuma qədər hər kəsi.
Ustad: Qəza Boss. Şagird: hələ özüm şagirdəm, müəllim olmağıma 4-5 il var. Arzum hər şey öz yerini tutsun, pul hesabına qağaba gedənlər düşsün arxaya daaaang! Hədəf tezliklə məlum olacaq hər kəsə!

RespecT 2 RoC: Əvvala salam, düzü ilk repləriniz məni o qədər də qane etməsə də son zamanlar əsasən “Sərt əsinti ” albomundan singlelar bəyəndiyim tracklər sırasındadır. Sualım: ikinci konsert nə zaman olacaq? Çünki birinci “game over” oldu, tam səmimi mən bilet almamışdım, fikrimdə yox idi, sonrakına gəlməyi düşünürdüm, daha çox yeni track olsun deyə o birilərini əzbərləmişəm 🙂 nəysə konsert vaxtı təqribi də olsa.

Cavab: Konsert özümə nə vaxt əmin olsam o zaman da eliyəcəm amma vaxtı deyil hələki.

Orxan Ağazadə [ORIK]: RapRock.az saytı haqqında və Müsahibə layihəsi haqqında fikirlərinizi bilmək maraqlı olardı.

Cavab: Burdan hər kəsə təşəkkür edirəm, sual verənlərə də, vermiyənlərə də. Bilmirəm bu müsahibəni neçə nəfər oxuyacaq amma xahiş edirəm hər kəsdən – onu bilin ki, AzRap tək HOSTdan ibarət deyil! O qədər tanınmamış reperlər var ki, sadəcə olaraq maddi imkanları yoxdur qabağa getsinlər. Onlardan biri də mənəm. Sadəcə olaraq yerləri layiqincə seçin. Düzdü mənim replərimin 90&-də söyüş var amma haqqında söyürəm! Çırpınıram dəli kimi. Belə olmaz məncə axtarın tapın internetdə. AzRapdə reperlər çoxdu. Hər kəsi dinləyin, dostlar. Qaldı ki, mənə paxıl deyiləm. Hamının repini facebookda da reklam edirəm, youtube kanalımda da. Mən AzRap naminə rap deyirəm! Bir olun AzRapi hər yerdə tanısınlar! Önüvüzə qoyulan bütün səddləri sındırın! Bütün reperlərə və dinləyicilərə salam olsun. Gözləyin, maraqlı tracklər var dostlar. Öncədən yenədə minnətdaram sağ olun.
Raprock.az hal-hazırda məni dəstəkləyən yeganə saytdır! Bunun üçündə təşəkkür edirəm sizlərə — başda adminlər və Orxan olmaqla.

Mətni Hazırladı: RAis ATo
Mənbə: www.RapRock.az

1 Comment

  1. Love RuzGaR 5 barmaq 18/09/2015 at 21:12

    Salam Ruzgar Men Senin Balaca Fanatinam Replerive Cox qulaq asiram ama niye soyuslu repler yazirsan ?
    Meselen 5 barmaq da oldugu kimi.

Leave A Response