Tuesday 16th October 2018,
RapRock.az
Xəbərlər

 

Şahruz  bütün suallara cavab verdi!

Rufo: 1.Şahruz Adının Mənası Nədir? 2.Sevgi Janrına Daha Çox Üstünlük Verməməyin Səbəbi Nədir? 3.HOST, MiriYusif və ya digər gənc Reperlərlə , VersusClan Uşaqlarıyla Duet Ola Bilər?

Cavab: 1.Şahruz — Günün Şahı  deməkdir.

2.Sevgi mənim üçün özəl hisslərdi elə mənə də qalsın.

3.Ola bilməz.

Joker: Salam.Bizdə gangstar rapper var? Yazdığın tracklər öz həyatındandı yoxsa fantaziya? Ən çox sevdiyin yazıçı? Ali təhsilin var?

Cavab: 1.Gangsta style rap var ama gangsta yoxdu.

2.Çoxunluqla öz həyatımdır.

3.Ramiz Rövşən.

4.Bəli.

Maqamed: Salam. Dinin? All in Labelin növbəti tracki nə vaxt gəlir?Uğurlar.

Cavab: 1.İslam

2.Sentyabr ayında

mc_boss: Uran, M.C.E.R, RüzGaR — onların rap tərzi hamıdan fərqlənir, razısan? Və onlardan kim ilə feat edərdin?

Cavab: 1.Demək olmaz.

2.Hələki planda yoxdur.

Zaur: 1.Qəza aka Boss münasibətin? 2.Okaberə respectin var?

Cavab: 1.Yaxşı.

2.Hər kəsə respectim var qədərində.

Smile: Tracklərdə disslike edənlər hansı haterlər ola bilər? Qorxursansa ad çəkməyə pas deyə bilərsən =)

Cavab: 1.Smile disslike normaldır sadəcə yaxşı olardı ki, nəyi bəyənmədiklərinidə yazsınlar.

Amid (Mido): Şahruz mənimlə feat edərsən?

Cavab: Amid bizim featimiz var ))

Areef: Salam Şahruz! İlk öncə sənə uğurlar! Suallarım: H.O.S.T production hazırladığı konsertdə iştirak etmisən. Belə konsertlər gözlənilirmi? All in Label’in Okapella of Underground’a, H.O.S.T’a münasibəti necədir?! Feat gözlənilirmi HOST’la və ya Okapella of Undergroundla?

Cavab: 1.Konsert gözlənilmir..

2.Hər kəs öz işində olsa münasibətlər normal ola bilər.

3.Ola bilməz.

Taleh Aslanlı: Salam. Albom nə vaxt işıq üzü görəcək və ən əsasdakı «səni heç kəs əvəz etmir» parçası nə zaman işıq üzü görecek?

Cavab: Taleh albom hələ planda yoxdu amma “seni heç kəs əvəz etmir” sentyabr ayında işıq üzü görəcək

AzRap Caps: Səhifəmizdən xəbərin var hər-halda. Fikirlərin maraqlıdır.Uğurlar və Respect.

Cavab: Respect

Pessimist_S: Salam Şahruz. Şahruz uğurların danılmazdır və maraq dairəmizdəsən və sənə ilk sualım. Mehtap Undeground qrupu ( Shax və Siso ) illərə dayanan dostluğunuz olduğunu bilirik hal-hazırdada müunasibətlər əvvəlki kimidir ya tam tərsi ? Çoxlarının bildiyi kimi Siso Türkce flexi Azerbaycana getirib özünü sübut edib və gedib.O yenidən qayıtsa biz həqiqi rəqabət görüm dinləmək və izləməkdən zövq alacayıq ya tam tərsi bu sənə maniyə olacaq ?Uğurlar sənə Şahruz suallarım bu qədər.

Cavab: 1.Münasibət yaxşıdır

2.Yaxşı olar

3.Təşəkkürlər

sokrat st: Alov indi sizinlə işləyir yoxsa Qəza ilə? Rg səncə satqın dostdu? Hostcularınkı rapdi yoxsa lirika? Nəğd Puldan ən çox bəyəndiyin rapper kimdi?

Cavab: 1.Alov bizimlə işləməyib

2.Sualı mənə verilməməlidir.

3.lirik rap

4.Jin

ais ehzel: Salam. 1)”Gözümün önündə” trackindəki Üzeyir kimdi? 2)Uranla münasibət var? 3)Freestyle bacarırsan?Niyə acapella videolarınız yoxdur?

Cavab: 1.Tələbə yoldaşım

2.Var

3.Əlbətdəki bacarıram

4.Nəzərə alındı.

R-ONE: Salam. 1)Səni rapə marağı hansı rapper oyadıb? 2)Rapdən başqa hansı janrlara qulaq asırsan? 3)Freestylea munasibetin? deye bilirsen?

Cavab: 1.Elə rapper olmayıb

2.Çalışdığım qədər hər şeyə qulaq asıram.

3.Yaxşı

Mahmud Rehimli: AzRap yüksək səviyyəli işlər var ancaq çox az baxış var səbəbi görən nədir?Okaberlə münasibətin var? Diss atılası çox adam var?

Cavab: 1.Musiqi zövqünün formalaşmaması

2.Hal hazırda yox

3.Hə

Qizil Noyabir: Cəmi 1 mahnıvı bəyənirəm 🙂 Mən Neytral Zona qupunun raplərinə baxanda youtubede sağda gördüm sizi və təsadüfən dinlədim eləcə də bütün raplərivə baxdım amma 1 rapin çox xoşuma gəldi 🙂 1) Keçmiş yoxsa indini seçərdiniz? 2) Hərdən olur ki, sənətivizdən bezirsiniz? 3) Neytral Zona qrupunu bəyənirsiniz?

Cavab: 1.İndi

2.Hərdən hə

3.Bəyənirəm işləmək lazımdır hələ çox

ZoOna: Salam, Şahruz. Necəsən?Neçə yaşıva qədər rap deməyi planlaşdırırsan?

Cavab: 1.Həmişəki kimi

2.Zirvəyə çatana qədər

Toqrul: Salam, Şahruz. Necəsən? A-Teamdə yeni albom olacaqmı olacaqsa nə vaxta planlaşdırılır? All in label clip olacaq? Hansısa məşhur rapperlətrack ola bilərmi? Təşəkkür.

Cavab: 1.Təşəkkürlər. Həmişəki kimi.

2.Olacaq amma 2 il sonra.

3.Olacaq həmdə çox maraqlı bir klip olacaq

4.Ola bilər

Akira: Şahruz flex kitab yazmaq istəmirsən? 🙂

Cavab: 1.Flex də hər gün yeni bir şey öyrənilir hələ cox var

a-team: Kor Yolçu ilə münasibətin var?Nifrət ilə feat olacaq?Qəza aka Bossa münasibətin?AzRapdən kimləri dinləyirsən?

Cavab: 1.Münasibetim yoxdur

2.Hələki planda yoxdur

3.Normal

4.Hər kəsi dinləyirəm qarşıma trackləri çıxan hər kəsi

VeCsiZ: Salam, Şahruz. Düzü səndən xoşum gəlmirdi amma All in Label ideası əladır.Kitab yazacaqsan?Aid, Qaraqanla münasibətin necədir?Təzə albom olacaq? Flex rap stilindən başqa stil olacaq? Əvvəlcədən təşəkkürlər.

Cavab: 1.Mənim kitabım 2 il əvvəl yazılıb və bitib..Sadəcə özüm üçün yazdım…Çap elətdirmək fikrim yoxdur

2.Münasibətim yoxdur

3.Olacaq amma hələ var

3.Olacaq məncə maraqlı da alınıb

Sinner: Salam, Şahruz.  1) All in Labelin ideyası necə gəldi ağlıva? 

2) Albom gözlənilirmi?

3) Flex yoxsa daha çox lirika sənin ürəyincədir? (Kütləni nəzərəalma).

4) All in Labelin trackində 1-ci və 2-ci oxuyanlar kimlərdi? Bir azətraflı məlumat ver zəhmət deyilsə.

5) Birliyin konserti gözlənilir? Əgər hə, onda nə vaxt olacaq?

Cavab: 1.AzRapə baxdım və “birlik olmaq lazımdır” dedim ..Bu da hər kəsə nümunə olmasını istəyirəm. Paxıllıq, qeybət olmadanda işləmək olduğunu göstərmək istəyirik..

2.All in Labelın albomu gözləyin..Olacaq.

3.Baxır həmin an nə hisslərlə doluyam 🙂

4.Faust ve Od (Synaps Pro)

5.Fikirləşirik belə bir konsert amma hələki vaxtı dəqiq deyil

qaqash: Qaqaş, Elton kimdir? Meyxana deyir o diyəsən, rejisor kimi niyə işləyir

Cavab: 1.Elton bizim yaxın dostumuzdur Fotoqraf və rejisordur..Bizim kliplərimizin çəkilişində fəal iştrak edib. Meyxana deyir amma pis deyir 🙂

zeus: Salam 1)Arabesk rapcilərə münasibətin? 2)Klan-A-Planla dostluq var? 3)Sənde kitab yazacaqsan? 4)AzRapdə ən güclü flexman kimdir? 5)Türkiyə rapperləri ilə iş birliyi olacaq?

Cavab: 1.Arabesk rap sevirəm yəni hansı janr olsa fərqi yoxdu yaxşı elədinsə o seviləcək

2.Var

3.Fikrikmdə yoxdu artıq

4.Var ki?! Mən tanımıram.

5.Olacaq və yaxşı tracklərdeə olacaq.

Terminal: 1) Salam, necesən?

2) AzRap-da müharibə şəraitidi yoxsa atəşkəs?

3) Rapçı olduğunu fikirləşən emolara burdan nə dimək istərdin?

4) All in Label-dan klip nəvaxt çıxacaq İnşallah?

5) KM-ə münasibətin necədi? All in Label-da KM Family görmək istərdik, elə birşey ola bilər?

Cavab: 1.Həmişəki kimi

2.Müharibə? Nə müharibə? Atəşkəs olmağı üçün müharibə lazımdır yeni başqa desək yaxşı rəqib də lazımdır

3.Gözlərini açsınlar

4.Yaxın 2 ay ərzində çıxacaq ,montajı gözləyirik

5.Çox yaxşı

6.Yaşayaq görək nolur

Mad: Salam. 1)Səncə Azrapdə indiyə qədər ən uğurlu və ya sənin bəyəndiyin qrup/clan hansı olubdu ? Nəğd Puldan başqa (Nəğd Pulun ən xoşladığın qrup olduğunu demişdin=) ) 2)Diss atmaq azrapi irəli aparar yoxsa geridə qoyar?Məncə Diss atmaq şou-biznes`in qalmaqallarına bənzəyir səncə də belədirmi ?3)Alovla münasibət necədi ?

Cavab: 1.Caspian clan

2.Diss atmaq olar ama diss atarken ad cekmek lazimdi yoxsa menasizlawir track..Raziyam senin fikrinle

3.Yoxdu

Kenan Aqayev: Salam Aleykum, Şahruz, işlərində uğurlar. Sualım budur ki, kimə diss atmaq istəyibsən amma araya dost tanış girib ayırıb? 🙂 Və All in Label’a aid sənə (sizə) maraqlı bir təklif gəlsə dəyərləndirərsən?Dəyərləndirmək istəsən əlaqə saxla.

Cavab: 1.Cox uzun cavab olacaq )

2.Maraqli teklifleri bize yox Bahadur Baxseliyev catdirin ozu meslehet bilse deyerlendirilecek

Smile: 1.Səninçün A-Team nə deməkdir? 2. Proyektlərindən məlumat ver biraz.3. Klip həsrətindəyik  

Cavab: 1.A Team menimcun kecmisim ve  heyatim demekdir

2.Gözləyin

3.Bilirəm

cumali efrah: Salam AzRapdə kimi ustad görürsən? Kumirin kimdir?Düşmənlərin çoxdur? Success brings enemy

Cavab: 1.Ustad heçkimi görmurəm

2.Yoxdu

3.Düşmənlerim məncə elədə cox deyil)

Twoano: Əvvala salam aleykum. 1)Şahruz hər dəfə səninlə müsahibə olanda suallardan biri flex ilə bağlı olur, mən bu sualları oxumaqdan bezdim, sən bezmədin? 2)Bir trackin 2cisi gözlənilirmi və “Arzularımı qırma 2” ola bilərmi?

Cavab: 1.Belədə ))

2.Maraqı ideyadır..

Farid: İlk öncə salam mənim əziz qardaşım Şahruz`a =) Keçək suallara: 1) Necəsən? =) 2) Dako`nan əlaqə qurursan? Necədi əsgərlikdə? 3) Flex tərzi. Sənin başıvı ağrıdan tərz =) All in Label`ın növbəti tracklərində flex olacağ mı? 4) All in Label`ın üzvləri.. Səndən başqa flex bacaran var? Varsa, kimdi…? 5) Diss olacağ? Olacağsa kimə? 6) Okapella Of Underground`a olan münasibətin?Mənnən bu gədər, ümid varam ki səni yormadım =)

Cavab: 1.Həmişəki kimi

2.Arada hə..Yaxşıdı dediyinə görə

3.Əlbətdə olacaq həmd hərdəfə daha yaxşı

4.Var

5.Hələki yox

6.Yoxdur

ShaMsi: Salam aleykum, Şahruz. Vəziyyət?1)RaPdə ustad kim(lər)ə deyərdin? 2)AzRapdən başqa hansı ölkəninin raplərini və rapperlərini dinliyirsən? Açığı All İn Labelı bəyənmirəm(Xpert xaric). Mənə görə A-Team daha ləzzətdi idi :)Belədəki uğurlar.

Cavab: 1.Mene ustad heckim olmuyub yeni heckim mene muellim olmuyub..Bele wayeler cixacaq elbet…Inanmayin ))

2.USA , Fransa,Alman ,Turk,Russian , və s.

3.All in label in hələ bir trackini eşidib qərar vermə məncə…

lil kim: Təşəkkürlər RapRock.Az. Mən bu müsahibəni çoxdan gözləyirdim.1.Lirika tracklərdə yazdığın sözlər kimdən danışır? 2.All in label nə məqsədlə yaradılıb? 3.Sənə niyə qızlar yazanda cavab gəlmir?)

Cavab: 1.Daxili aləmimdən

2.All in label məqsəd birdir…Azrepdə birliy olaraq boyuk işlər görmək olar və bunu hərkəsə göstərmək..

3.Tanımadığım insanlara cavab yazmamağım normal hall kimi qəbul edilməlidir

YalquzaQ: Salam necəsiniz?AzRapdəözünüzə kimləri rəqib görürsünüz?

1.Təşəkkürlər

2.Rəqib görmürəm kimsəni amma bilirəm coxu məni rəqib görür

Azer-Host-Rzaoglu: Salam… 1. Necəsən nə var nəyox ? 2. Hostla xüsüsən Qaraqanla aran necədir ? 3. Sizə nə olub(Okaber) nə mənaya gəldin ? Uğurlar Respect

Cavab: 1.Tesekkurler

2.Yoxdu aram

3.Maraqlı deyil

Xuanito: Əvvəla salam. Uğurlar arzu edirəm.The Remo Productiondan Mahmud Samedov haqqında nə deyə bilərsən?

1.Mahmud Samedov tapıntıdır..Qızıl tapıntı )

MikeColins: Çoxdandı bu müsahibəni gözləyirdim. Şahruz, salam. Necəsən?Nə var nə yox?Maraqlıdı, bundan sonra üzə çıxacaq olan tracklərin A-Team adı altında olacaq yoxsa All in Label?Yoxsa ikisi birlikdə?Növbəti sualım diss olacaq?Birdəki AiD, PRoMete, Qaraqanla feat olacaq?Yada eyni bir konsertdəçıxış“Hip hip is not dead” konserti kimi?İşlərində uğurlar arzulayıram.Respect All in Label!

Cavab: 1.Proektlerin bezileri A Team adi altinda Bezileri All in Label adi altinda cixacaq..A Team Dagilmayib

2.Diss hələ planda yoxdu

3.Madhouse la feat Ola bilməz

4.Yox olmayacaq birdə

masta killah: Gələcəkdə sırf alternative tərzdə işləmək istəmirsən? Yeni tərzin kifayət qədər rəngarəngdir. Leave A Response

Cavab: 1.Olacaq

RAis ATo: Şahruz, salam. Mən bu müsahibəni redaktə edən redaktoram.Müsahibələrdə diqqətimi çəkən bir şey olub həmişə.RapRock.Az kimdən müsahibə götürürsə bütün rapperlərə köhnə HOST qrupu barədə suallar verirlər həmişə.Buna münasibətin necədir?Rapdə və həyatında uğurlar. Bol respect 🙂

Cavab: 1.Bu mənim həç xoşuma gəlmir və əsəbləşdirir

Təşəkkürlər

Orxan Ağazadə: RapRock.az saytı haqqında və Müsahibə layihəsi haqqında fikirlərinizi bilmək maraqlı olardı.

Cavab: Təşəkkürlər RapRock.az saytına…Həmişə bizə verdiyi dəstəyə görə Orxan Ağazadə-yə xüsusi təşəkkürlər..Maraqlı müsahibə oldu amma başqa reperlərdən verilən suallar lazımsız reklamlar doğurur..Ümumiyyətlə sual verən her kəsə öz təşəkkürümü bildirirəm ümid varam cavablar xoşuvuza gələr..Uğurlar

Mətni Hazırladı: RAis ATo
Mənbə: www.RapRock.az  

/pstrong/p/span

/strong

1 Comment

  1. mad 31/08/2012 at 22:52

    təşəkkürlər.=)

Leave A Response