Monday 24th September 2018,
RapRock.az
Xəbərlər
Müsahibə: Uran

 Uran bütün suallara cavab verdi!

Susupeg :

Əvvela Türkiyədən Salamlar.mən Uranı 2006 ildə ilk eşidəndə nəhayət Az Rapin Snoop Dog-u(bənzətməyə gürə üzür istəyrəm) gəldi düşündüm.

1) Niyə məhz Ayben və Ceza? Türk rapində onlardanda güclü isimlüə var.Reklam ya sənet oxsarlığı?

2) Siz Caspian Clan olaraq fəaliyyətdəsiniz ya artiq tarixə qovuşub digər Clanlar kimi?

Cavab: 1) Salam. Menim ucun turk repinde maraqli isimler var kimlerle ki, is birliyim var,meselen Sansar Salvo, Selo (Alaturka Mavzer), Fuad Ergin. Amma fikrimce Cezadan guclusu ve turk repini dunya arenasina cixarmis ikinci reper yoxdu. Duetden önce hem Ceza ile hem de Ayben ile şəxsi münasibətlərim qurulmuşdu. Və duet təklifi şəxsən edilmişdi, heç bir prodüser və rəsmi vasitəçi olmadan. Aybenlə duetin yazılması isə ümumiyyətlə Bakıda olub. Rap baxışlarımızda çox oxşarlıq var, hətda dinlədiyimiz reperlər də eynidi.

2) Caspian Clan  tarixdi, amma digər klanlar kimi yox, Azərbaycan rap musiqisində yaranmış ilk rap klan kimi. Caspian Clan var, sizə deyə bilərəm ki, haı-hazırda bir müddət susduqdan sonra klanın digər üzvləri də repə qayıdırlar. Cherep yeni albom yazır, Ali və Virtual qrup yaratmaq fikrindədilər, hazır treklər və yeni layihələr var. Bundan əlavə Caspian Clan qrup deyil, bu bir ailədir. Ailənin axrıncı üzvi rap sferadan uzaqlaşmayınca C.C. rapdə olacaq.

 

Ruzu :

Salam Uran. Bu anı mən coxdan gözləyirdim. Bu müsahibələrdə sənində adıvın olmagına cox sevinirəm. düzdü indi hərbide olduğuma görə ancaq sənin fəaliyyətin barədə ancaq bu saytdan məlumat toplaya bilirəm. Sağolsun raprock.az. Sənə sualim: Səni həyatda zabit Ibrahimov kimi istiyənlər coxdu yoxsa reper Uran?
Cavab: —Salam. Uran kimi. Mənim fəaliyytim barədə məlumatı  » uran.az» saytından əldə edə bilərsiz.

 

Rassiko :

Salam,Uran.Ilk once size ugurlar arzulayiram. Oğlun olub,təbriklərr

Sualim: Azərbaycanda daha cox nəyi bəyenirsən? AzRapda rəqibin var?

Cavab: — Salam, təşəkkür edirəm təbrik üçün, amma oğlum olmayıb.  Azrepdə rəqib görmürəm, Azərbaycanda nəyi ən çox bəyəndiyim haqda sualın mənasını tam analaya bilmədim.

-Hell- :

1.Togg.Da.Boss ile yeni ft.lər olacaq ??

2.Albomun niyə gecikdi ??

3.C.C-nin diger üzvləri niyə fəaliyyət göstərmirlər??

4.Kitablar nə vaxt işıq üzü görəcək??

5.Hip-Hop lives 2 gözlənilir və kimlər olacaq orda?

PS: Allah körpəni saxlasın 😉

Cavab:  1) Togg da Boss  yeni ilə duet hələ gözlənilmir.
2) Albomun gecikməsi miksing ilə əlaqədardı. «Açıq Mikrofon» özünü doğruldacaq.
3) Caspian Clanın fəaliyyəti haqda yuxarıdakı suala cavabda yazmışam
4) Kitabla əlaqəli onu deyə bilərəm ki, hekayələr üzərində çalışıram. Hazır olan kimi kitabın işıq üzü görməsi özünü çox gözlətməyəcək.
5) Hip-Hop Lives 2 haqda planlarımız var, kimlərin olacağı barədə hələ heç nə deyə bilmərəm.
Allah razı olsun.

 

 _isi_:

Salam Uran..Bol uğurlar arzulayıram..

Harada işləyirsiz və nə qədər maaş alırsız?
Cavab: — Heç yerdə işləmirəm hal-hazırda.

 

 masson_diss :

Salam Uran

1) Azrapi 5-6 paçan adlandıran şəxsə nə demək istəyirsən?

2)Əyağının altını qazan azalıb yoxsa çoxalıb?

3) Səncə HOSTun üzvlərini ayrılıqda MC adlandırmaq olar?

4) Səncə Canavar üstündü yoxsa qarğalar?

Cavab: 1) Salam. Azrapi «5-6 patsan» adlandırana demək istərdim, «Kim olmusan?!»
2) Fikir vermirəm.
3) Maraqlı deyil
4) Biri uçur, biri yeriyir.

 

 zemine.s :

Uran Salam

1) tvlərdə az görsənirsən səbəb nədi?

2)Cezayla feat gözlənilir?

3)Səndə okaber kimi hosted olarsan?

Cavab: 1) Salam. Bəzən dəvətləri qəbul etmirəm, mənə uyğun olmadığına görə. Son üç ayı isə ümumiyyətlə Azərbaycanda deyildim.
2) Ceza ilə feat artıq hazırdı, onun nə vaxt ictimayyətə təqdim ediləcəyi planlaşdırılır
3) Sual aydın deyil

 

 RePMaN :

Salam Uran necəsən?

uğurlu işlərə imza atırsan təbriklər

Uşaqlıqda Hərbici olmaq istəyirdin yoxsa Reper?
Cavab: -Salam, yaxşıyam. Təşəkkür edirəm.
Uşaqlıqda futbolçu olmaq istəmişəm.

 

 sifir :

nə vaxtsa azərbaycandan köçmək fikriniz olub? chereplə duetlər olacaq? uğurlar( success brings enemy)
Cavab: -Azərbaycandan köçmək fikrim indi də var. Chereplə yeni duetim olacaq.

 

 f 22 :

Uran Sənin üçün Həyat nədən ibarətdir? Səncə Azərbaycanda Hansı rap qrupu güclüdü ? A Team İstiqlal HOST?

Cavab: -Mənim üçün həyat ilk növbədə ailəmdən ibarətdi.
Hər 3 qrupa uğurlar.

 

propaqanda: Salam URAN

1.R.O.C-la duet olacaq?
Cavab: -Salam. Duet gözlənilmir.

 

 Aqa:

Salam Uran.

1)ilk dəfə rep yazmaq bacardığini özündə necə bildin?

2)Azrepdə kimləri dinliyirsən?

3)Nəyə görə rap?

4)Azrepdə bəyəndiyin reperler?
Cavab: 1) Salam. Şer yaza-yaza arada ritm altında da yazırdım. Sonda qərara aldım ancaq rap yazım.
2) Anar Nağılbaz, Ali, Virtual, Ramil Nabran, Hilal Demo
3) Elə belə
4) Anar Nağılbaz, Ali, Virtual, Ramil Nabran, Hilal Demo, Qurd, A-team.

 

 RAis-ATo:

Salam Uran,

İstiqlal Rap Band, Neytral Zona, Xpert və Nifrət barədə fikirlərin…

1) Gənc reperlərlə feat üçün pul alarsan istedad olsa belə?

2) Saray şairləri’ndən sənə feat üçünn təklif gəlib? gəlsə qəbul edərsən?

3) Dövləti tənqid edirsən bəzən — buna görə sıxdırmayblar səni? və sırf dövləti tənqid edən bir rap yazarsan nə vaxtsa?

4)Birdə hansısa siyasi partiyanı dəstəkləyirsən? Hansınasa üzv olarsan?

5) Açıq Mikrafon nə vaxt olacaq?

6)Hərbidən çıxmısan? Mən bildiyim qədəri ilə «leytant» rütbsində idin.

Uğurlar, Respect.
Cavab:  Salam. Heç birini dinləməmişəm, əgər səhv etmirəməmsə
1) Pul mənim Da Streetz Production ilə müqaviləmlə bağlıdır. Azərbaycanda isə pulsuz olan hər şey qiymət və səviyyəcə aşağı sayılır, bu da faktdı.
2) Saray Şairlərindən təklif gəlib, qəbul etməmişəm.

3) Hələki sıxmayıblar. Nə vaxtsa nəsə yazacağım təəsüratlarımla bağlıdı.
4)Heç bir partiyanı dəstəkləmirəm, çətinki hansınasa üzv olum.
5)»Açıq Mikrofon» üçün iyunun sonu son vaxtdı, əgər hansısa səbəb üzündən çıxması çox güman qalır payız aylarına.
6) Hərbidən ehtiyata buraxılmışam, leytenantam.

 

 

 zek :

1) Salam, nə var nə yox necəsən?

2)AzRap-da ən çox bəyəndiyin rapper kimdi?

3)Underground yoxsa Səhnələr və TV?
Cavab: 1) Salam, yaxşı olasız.
2) Bu suala cavab vermişəm
3) Anlamadım, underground reper səhnəyə və TVyə çıxmamalı?

 

 Alitos :

Salam

1.Bildiyimə görə hərbici olmusan,RAP-a başlamazdan əvvəl Zabit idin bəs nə olduki hərbiyle elaqəni kəsib RAP-a başladin?

2.Nə vaxtsa hərbiye yenidən qayidib köhnə peşəni davam etdirmək fikrində deyilsen?

3.Sonuncu sualim…Inwallah Aybenle yeni ft.-in nevaxt cixacaq gun uzune?…Evvelceden tewekkurler…
Cavab: 1) Rapə başlayarkən zabit yox, kursant idim. Zabit kimi təlxis olundum. Bunun necə olması isə tamamilə ayrı mövzudu.
2) Müharibə başlasa qayıdacam hərbiyə.
3) Aybenlə duet «Açıq Mikrofon» albomunda çıxacaq.

 

 from_baku :

Salam Uran.

1)Azrapdə kimləri mikrofon üzünə həsrət qoymaq istəyərdin ?

2)Kimlərlə freestyle demək istiyərdin ?

3)Caspian Clan adı altında albom və ya tracklər olacaqmı yoxsa solo davam eliyəcəksən ?

4)Azrapdə ən çox bəyəndiyin reper hansıdı ?

5)Gələcək albomunda ola Virtualla Pis Diss kimə diss atılıb ? indidən maraqlı gəldi))

6)Sən “Rapin Konsepsiyası” və “Mənim Fəlsəfəm” kitabları yazmaq istiyirdin bu hələ də planda var ?

7)Azrapdə atılan disslər,beeflər buna münasibətin ?

Uğurlar, Respect!
Cavab: 1) Salam, azrepdə heç kimi mikrofon üzünə həsrət qoya bilmərəm.
2) Kimin cibində 3000 euro pul varsa))
3) Mənim bütün işlərim Caspian Clan adı altında gedir, solo fəaliyyət göstərsəm belə bilənlər bilir ki, bu klanın üzvüyəm, indiyə kimi. Klanın işləri barədə yuxarıdakı sualların birində cavab vermişəm.
4) Cavab vermişəm
5) Treki dinləyəndə eşidəcəksiz.
6) Mənim Fəlsəfəm adlı kitab üzərində çalışıram. Bu qısa məzmunli hekayə, həmçinin şer və rap mətinlərdən ibarət bir kitab olacaq.
7) Açığı, xüsusi marağım yoxdu.

 

 Assassin :

Salam URAN…

Siz bu rep aləmində özünüzə kimi (kimleri) rəqib görürsünüz ve ya görmürsünüz?
Cavab: -Salam, rəqib görmürəm.

 

f 22:

Salam. Eminem azərbaycana gəlsə onunla freestyle deyə bilərsiz və nə vaxtsa rapdan getmək fikriniz olub?
Cavab: -Salam, Eminemlə freestyle zor olardı)) Rapdən getmək fikrim olub, 2006 və 2008ci illərdə.

 

РАÇИНСКИЙ :

R.O.C ilə vaxt var idi dalbadal tracklar yazılırdı…İndi münasibətin necədi?H.O.S.T prod — la necə?Okaber ft. Remo — My Produccer ( Necə alınıb) ? Uğurlar
-ROC ilə heç vaxt dalbadal treklər yazdırmamışam. 2 trek olub, bir trekdə nəqarəti oxumuşam. Onlar məni axtarandan hay verirəm, r.o.c Caspian Clanın dəstəklədiyi bir rap klan olub. Treki dinləməmişəm.

 

 KoDeS:

1) Yadımda deyil hansı trekdə amma belə bir söz işlətmisən «REPIM QURAN OLUB GəLIR» . Menası ? Ateistsən?

2) Səni səhnədə görmək məni biraz üzdü çünki sən underground adamısan amma yenədə şöhrətdə yaxşı şeydi…

3) Oxygen , Km Family , SiLaH , P.S. R/band , Ultimatum , Qulu , Ruh , OneTead Team , STop , DonVion , Ruzgar … Birini heç olmasa tanıdın?

Cavab: 1) Hip-hop Lives trekində «Çovğun yalan olur, Rapim boran olub gəlir». Diqqətlə qulaq asın.
2) Sizin və timsalınızda on minlərlə rap həvəskarının undergraund rap və undergraund rapper anlayışları yanlışdı.
3) Km Family, onlar mən münsif olduğum festivalda iştrak ediblər.

 AOHell :

AzRap`in inkişafı üçün, irəli getməsi üçün heç bir şey etmirsiz, özünüzdən başqa. Gənclərə falan dəstək vermirsiz yani, belə verməyin də ama vermiş kimi də göstərməyin.
Cavab: -Allah köməyiniz olsun

 

 Qaranligim__ :

Salam Aleykum…evvela onu diyimki mənə rapi sevirənlərdənsən…keçey suallara :

1)Rap yazarken kimdən və ya nədən ilham alırsan?

2)Yerində olmaq istədiyin insan varmı?

3)Azrap səni qane eliyir?AzRap diyəndə ağlına gələn ilk 2 ad

4)TürkRapden ancaq Aybennen ft olacağ?

uğurların davamını gözdüyürüy…Azrape lazımsan…özünnen muğayet ol
Cavab: 1) Salam, məni rap yazdıran təəsüratlarımdı
2) yox
3) Azrap lazımsız yerə və bekarçılıqdan əmələ gələn steriotiplərə görə müəyyən mənada məni qane etmir,amma mən belə şeylərə imkan   daxilində fikir vermirəm. Nağılbaz, ancaq bir ad.
4) Türk repindən Ceza, Ayben, Selo(Alaturka Mavzer) və Sansarla duet olacaq.
Təşəkkür edirəm.

 

 teitan :

Salam Uran nə əcəb kursantlıqla bağlı rep yazmamısan istəyərdim belə bir şey olsun..
Cavab: -Salam.Bir neçə dəfə fikrim olub, amma hələ dəqiqləşməmiş və mövzunu bişirməmiş heç nə yazmaq istəmirəm.

 

 Feko:

Salam ve respect butun Caspian clanin ve Dastreetz-in butun uzvlerine.

 

1) Dastreetz niye axira kimi oz fealiyyetin aparmadi.

2)Street Rap nə vaxtsa belə bir küçə mədeniyyəti yaradıb orda gənc reperlərə dəstək və onlarla bir yerdə fealiiyət göstərmək istərdiz?

Cavab:

1) salam. Sizə kim deyib ki, da Streetz fəaliyyətin dayandırıb?
2) Sualınızı anlamadım

 Muro_abi :

Salam hansısa Gənc reperin Ft təklifini qəbul edərsən?
Cavab: -Fikrim var.

 Farid :

İlk öncə salam və respect! =)

Keçək suallara:

1) HOST Production`la birgə iş, layihə, klip gözlənilir mi?

2) Növbəti klipiniz nə vaxta planlaşdırılır?

3) AzRap desəm, hansı reperləri özünüzdən başqa göstərə bilərsiniz?

4) RG, Uran, Okaber — belə bir şey olacaq?

5) Diss… Yəgin ki sualı başa düşdüz =) Diss olacaq?

Və sonda yenədə uğurlar! Səbirsizliklə albomu gözləyirəm!…
Cavab: 1) Salam. Heç nə gözlənilmir.
2) Növbəti klip payıza planlaşdırılır.
3) Nağılbaz, Ramil Nabran, Qurd, Boz, Cherep, Hilal Demo və s.
4) Xeyr
5) Olacaq
təşəkkür edirəm.

 

 

 Azer-Host-Rzayev :

1.Salam Uran nə var nə yox ?

2.Uranın A Hərfindəki Ateist simvolu nəyə görədi Treklərindən Müsəlman olduğun bəllidir…

3.Okaber yoxsa PRoMete ?

4.Nə vaxtsa +18 Diss olacaqmi?
Cavab: 1) salam,salamatlıqdı. Uranın «a» hərfində ateist simvolu yoxdu, eyni zamanda mən heç bir trekimdə müsəlman olduğumu qeyd etməmişəm.
2) siz bilən məsləhətdi
3) bilmirəm.

 

 Lil_pazz:

Salam Respect Uran

1) Azrapdə freestyle king kimdi?

2) Gənc qrup Km Family haqqinda fikirlərin?
Cavab: 1) Salam, Azrepdə freestyle king qonşumuz Rafiq dayıdır))
2) onlara uğurlar, festivalda çıxışların bəyənmişdim

 

 sifir :

Salam Uran

1)    Azrapda ən böyük uğurunuz?

2)Dünnya rapində kumiriniz kimdi ?
Cavab: 1) Salam, Azrepdə böyük adlandırılacaq uğurum hələ olmuyub, böyük addımlar olub düzdü.
2) Kumirim 2 Pacdı

 

battle_king: Səhnə Məddəniyyəti yoxsa küçə mədəniyyəti?
Cavab: -Səhnə mədəniyyəti — səhnədə artistin özünü aparma etkasıdı. Küçə mədəniyyəti (yaxud Urban Culture- şəhər mədniyyəti) — küçədə yaranan yaradıcılıq növlərinin cəmidi. Mən anlamadım, bunların birini seçmək yaxud onları müqayisə etmək nəyə gərək?

 

 Ramos:

Respect Uran

1) Rap sənin üçün nə deməkdi?

2) Okaberle münasibətin necədi?

3) Gənclərin bu yaxınlarda cixardıgı «Bizə yol ver» klipini necə dəyərləndirirsən?
Cavab: 1) Rap mənim üçün artıq həyat tərzidi.
2) Normal
3) Eşitməmişəm,amma uğurlar arzu edirəm.

 

 KoDeS :

Salam Uran

1)Sizə müraciət edən Hamını dost listindən çıxardırsan yocxsa bu təkcə mənə şamil olunur?

2) TurkRap Yoxsa AZRaP ?

3) Səndə Anti SAGOPASAN ?

4) H.o.s.T-la unsiyyet var ?

5) Niyə URaN ?
Cavab: 1) Salam, dost siyahısında heç kəs elə belə yerə silinmir.
2) Afro rap
3) mən antibiotikəm
4) yox
5) elə belə

 

 EU DarkClan: Azrepdə hansı rapperlərlə Münasibətiniz var görüşürsüz?
Cavab: -Azrepdə Ali, Cherep, Virtual, Hilal, Elmir (Dəyirman), Ramil Nabran, Qurd, Boz,Togga da Boss

 

Sahin Mehrabov: Uran nəyə görə rep oxumağa başlayıb? Hansısa səbəbi var?
Cavab: -xüsusi bir səbəb yoxdu.

Ali Naim ‎:

1)Külək trackin kimlə oxumusan Hekimlə? Ya Elninoyla?

2)Dastreetzdən nə kimi yeniliklər gözlənilir?

3)Sənə diss atanlar var?

4)Chereplə ft olacaq?

5)Minus yıga bilirsən?

6)Elə olubki hansisa trackin sözlərin yazmaq sənə möcüze kimi görünsün
Cavab: 1) Hər ikisinən.
2) Hələ Cherepin və mənim yeni albomum işıq üzü görəcək
3) Yox
4) Olacaq
5) Aradabir çalışıram
6) Olub, deyə bilmərəm bunlar hansı treklər olub,amma bilirəm yazıb bitirdikdən sonra səhərisi bir az şübhənən baxırdım işimə və beynimdə bir sual fırlanırdı «Bunu mən yazmışam?»

 

Farid Mamedov: AzRap yaradanı tanıyırıq amma Rapımızı belə qaldıran nə oldu?
Cavab: — Fikrimcə kütləviləşməyi. Amma məncə rap hələ də tam qalxmayıb.

 

 

Orxan Ağazadə: RapRock.az saytı haqqında və Müsahibə layihəsi haqqında fikirlərinizi bilmək maraqlı olar

VİP Sual: Ən çox kimin sualını bəyəndiniz?

Cavab:  Düzdü bu saytın daimi istifadəçilərindən deyiləm, amma hər halda adınız göz oxşayır, «RapRock». Müsahibə zor kimi alındı, bəzi anlamadığım sualları nəzərə almasaq. Bəyəndiyim sual Ali Naimin » elə olubmu ki hansısa trekin sözlərini yazmaq sənə möcüzə kimi görünsün» sualı oldu.
İşlərinizdə uğurlar, respect və Tanrı sizi qorusun.
Hörmətlə, Uran.

Mətni Hazırladı: Farid Mamedov
Mənbə:  www.RapRock.az

p

4 комментария

  1. samir 12/07/2013 at 17:27

    salamaleykum 1 № reper

  2. Tahire 05/12/2012 at 20:06

    uranin en super tracki menim fikrimce Sade bir qiz ve Sade qiz 2dir/

    • samir 12/07/2013 at 17:28

      salam xanim.. uran 1 nomre mence butu mahnilar esl heqiqetdir

  3. OR NegaTive 19/10/2012 at 01:14

    Sual :

    Trecklerinizin birinde » iki iç içe giren üçbucağa sadiqem » cümlesini seslendirende neyi nezerde tutmusan ?

Leave A Response