Wednesday 26th September 2018,
RapRock.az
Xəbərlər
Müsahibə: XAN

XAN bütün suallara cavab verdi!

Rap_Man: 1)Niyə məhz Xan.? PhotoDizayneriniz var? bilmək olar kimdi.?
2) AzRapdə kimlərnən yaxinlarda feat olacaq.?
3) Xan’in ən boyuk uguru nə olub.?

— Xan sadəcə olaraq adımın bir hissəsidir. Fotodizaynerim yoxdur, əvəzində yaxşı dostlarım var.
Azrap`də bu yaxınlarda və bu uzaqlarda ancaq və ancaq dostlarımla feat olacaq. Həmişə olduğu kimi.
Ümumiyyətlə, hələ ki bir uğur əldə etdiyimi düşünmürəm.

Hosted rasim: Xan özünü AzRap-in Xanı sayır?

— Yox əlbəttə ki. Mən nə azrap`in Xanıyam, nə də başqa bir şeyin.

Ramiz_istiqlal: Imza albomunun coverində yazılan Həsən öz adındı?

— “İmza” albomun üstündəki yazı mənim imzamdı. Tam adım isə Həsənov Orxandır.

Zek: 1)Xan Hostcu raperlərdəndi? 2) Necə battle track-in var? 3) Birdeki Azrap-da bəyəndiyin raperlər kimlerdi?

— Bəli, HOSTçu raperəm.
Düzünü desəm, nə isə yazarkən onu janr və forma etibarilə sərhədləmək istəmirəm. Sadəcə belə alınır. Battle trackimsə, deyəsən, yoxdu )
Bəyəndiyim yox, belə deyim, hörmət etdiyim çox insan var.

İdea_aedi: 1) XAN, azrapdə hansı raperlərnən feat oxuyarsan? Yəni həmin raper necə olmalidi?.
2) dinin nədi?
3) ən çox xoşladəğın film hansıdı?))

— Feat oxuyacağım insan, hər şey əvvəl mədəni, tərbiyəli və savadlı, yerini bilən, həddini aşmayan, danışığına fikir verən və təbii ki, yaxşı söz yaza bilən bir dostum olmalıdı )
Dini və siyasi baxışım mənə qalsın, ancaq ən çox sevdiyim film, “Quzuların səssizliyi”.

Susupeg: 1)siz Tenhalığın sevgilisi trackində sual veririsiniz He Ola bilər O Qayıdacaq?Sizcə O həqiqətən qayıdacaq?
2)Həqiqətən tracklərdəki kimi pessimistiniz?
3) Free beatlerdən niyə cox istifadə edirsiniz?
4)Yalnız bu gün qələminiz ondan yazır?
5)Niyə həmişə O kəlməsini cox istifadə edirsiniz?
6) Xan həqiqətəndə indiki zamanda öz Xanlıgını müdafiə elməyə qadirdir?

— Əvvəlcə onu deyim ki, hər zaman obyektiv olduğunuza görə, sizə dərin minnətdarlığımı bildirirəm.
“O” artıq uzun illərdən bəridir ki, mənimlədir )
Yox, deməzdim o qədər də pissimistəm. Sadəcə nisbətən kefsiz vaxtlarımda yazdığım üçün, bütün tracklər belə alınır )
Free beatlərdən ona görə çox istifadə edirəm ki, onlar həm keyfiyyətlidirlər, həm zövqümə görədir, həm də havayıdır ))) Xoşlamadığınız yeməyi pulnan almaq, ya xoşladığınızı havayı almaq?
Mənim beynim hər an onun haqqında fikirləşir.
Çünki ən çox elə “o”nun haqqında yazıram.
Valla Susupeg, yəqin ki yaşda məndən böyük olarsan, ona görə deyim ki, hələ heç bir Xanlığım yoxdu və bunu yaratmaq kimi bir məqsədim də =)
P.S. Diqqətin üçün çox sağ ol.

Lived_13: Gözlediyiniz,cavab vermək istədiyiniz lakin sizə verilməyən həmin sual nədi?

— Çox gözəl sualdı. Elə bu sualdı həmin sual, yəqin ki =)
“Cavabsız sual” deyə bir şey yoxdur. Hər sualın mütləq bir cavabı vardır. Cavablar uzaqda deyil. İnsan beyni istənilən sualın cavabını verə biləcək gücə sahibdir. Beynimi mənasız suallarla gücə salmaq istəmirəm.

Maqamed: 1) Klip çekiləçəkmi? Nə vaxt?
2) Zəhmət deyilsə əsl adın? Birdə hansı universtetin tələbəsisən?

— Bu yaxınlarda daha bir klip çəkiləcək, inşallah.
Əsl adım Həsənov Orxandır və Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsiyəm. Əgər maraqlıdırsa, Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı bölməsində təhsil alıram.


Arif:
Salam Xan sənin mahnılarını cox sevirik sevə sevə də dinləyirik. Senin ücün dünənki və bügünki HOSTun fərqi nədir?

— Çox sağ ol xoş sözlərə görə.
Mənim üçün dünənki HOST`la bu günki HOST arasında elə də böyük fərq yoxdur. Əsas deyişmək və ya dəyişilmək deyil, əsas bunun hansı istiqamətdə olmasıdır. HOST dünən də pisi tənqid edirdi, bu gün də yaxşını təbliğ edir.

MənYoxam_95: Hostla oxumağa fikriniz var?

— HOST`u hər zaman özümə nümunə saymışam və əgər onlar özləri bu zirvəni fəth ediblərsə, deməli hazıra qonmaq lazım deyil. İş, əmək, düzgün yol və sağlam rəqabət hər zaman yeni qapılar açacaqdır və fəth olunmağını gözləyən saysız zirvələr var.

Demo:
Demək olar oxuduğun raplərin hamisi eyni tiplidi maraqlıdı.Özüvü Hostçu hesab edirsən.Başqasının iziylə qedib öz izivi itirməkdən qorxmursan?

— Razıyam, oxuduğum əksər raplər bir-birinə bənzəyir mövzu baxımından. Bəli, özümü HOST`çu hesab edirəm. O ki qaldı başqasının izi məsələsinə… izində olduğum insanlar başqaları deyil.

Azer-Host-Rzayev: Əlvida Baki mən birdə çətin qayıdım.Dəstək olacaqsanmı rapinlə ?

— Biz hər zaman bir-birimizə dəstək oluruq.

Leyla.s-va: ilk öncə uğurlar baxmayaraq mən Xanın ifasını bəyənmirım.sualım hələdə HOSTçusan? bu eyni tracklərdən bezmədin?

— Leyla xanım, hələ də HOST`çuyam, yenə də HOST`çuyam. Bu eyni tracklərdən bezib-bezməmək HOST`çu olub-olmamaq anlamına gələ bilməz. İnsan nə qədər ki, ancaq və ancaq mahnı təsrində qalırsa, o zaman heç bir inkişafdan söhbət gedə bilməz.

Ramos: Qarşıda hansə feat tracklər olacaq? Kimlərlə? Dassenlə münasibətin necədi?

— Qarşıda da arxada olduğu kimi ancaq şəxsiyyətinə güvəndiyim və özümə yaxın olan dostlarla feat olacaq. Dassenlə “salam-sağ olumuz” var.

Respect 2 Roc: Əvvəla uğurlar…Tracklər həyatdan götürülmüş kimidi ,maraqlıdı coxu.Oz heyatınnan olanlari var ?

[/color]-Çox sağ olun. Hamının dediyi o bir-birinə oxşayan tarcklərin bütün sözləri həyatdan götürülüb. Yəni öz həyatımdan. Çox az bir qismini başqaları üçün yazmışam. Məsələn, “Od və Su” , “Nə istəsən yaz” və s. =)

Maqamed: Xan birdə HOSTçusanmı? bir trackdə kitab oxumağla adam olmur, onda biz insan deyilik… deyirsən deyəsən cox kitab oxumusan bəs QURANI oxumusan???? Səmimi.

[color=#FF0000]-HOST`çuyam bəli =)
Çox kitab oxuyanların yanında oxumuş sayılmaram, amma “Quran-i Kərim”i dəfələrlə oxumuşam, tam səmimi )))

Misra: Salam Xan, track’lərini bəyənirəm. Sualim belədi: Xan Rn, bu «Rn» nə deməkdi,başqa sənə yaxın olan insanların adının yanında da «Rn» var…

— Bəyəndiyiniz üçün çox sağ olun, təşəkkür edirəm.
“RN” özəl bir şey olduğu üçün açıqlamasam yaxşıdı. Amma, düzünü desəm, özümdən başqa heç kəsin adının yanında “Rn”ə rast gəlməmişəm )

Lived_13: H.O.S.T sənin üçün nəyi ifad edir? Niyə H.O.S.T? və niye Xan?(elə Nax olaydı da adın)

— HOST mənim üçün MƏN`i ifadə edir və ona görə HOST ki, onlar da mənim kimidilər, ya da əksinə, mən də onlar kimiyəm.
Adım Naxro olsaydı, böyük ehtimalla ləqəbim də Nax olardı, yəqin ki =) Bəxtim gətirib ki, adımı Orxan qoyublar.

Ferre: birincicisi Xan cox zəif gəlirsən mənə, dinləyici kimi deyirem brat, incim, adami səsin və tələffüzün sıxır, məsləhətim odu rapi burax, sualım odur ki, azrapda bu gün R.O.C , Xose, A-team, Surreal,Xpert, kimi istedadli və rapci və rap qruplari var. Niyə onlarla birgə track yazmırsan. ?

— Fikirlərinə və məsləhətlərinə hörmət edirəm, inan, hamısını nəzərə alacam. Xpert`lə duetimiz var artıq. Onun “Makar10” albomdan “Gemodez” adlı trackdə mən, T.Or, Xpert və Anti (İstiqlal) oxumuşuq. Saydığın digər qrup və raperlərəsə respect.

AOHell: «REPortaj» verlişinə çıxdığına peşman olmusan ?
-Peşmançılıq deməzdim, sadəcə, olmadı düzgün seçim, oldu dərs )))

As: Salamlar.. HOST sənin ücün nə ifadə edir? Sadəcə Hava Od Su Torpaq yoxsa…? bilmirdim sən də Hostcusan. Hostla duet fikrin var? Hostçular sad insanlardə onlarla duet sənə niyə bu qədər elcatmaz qəlir? Sevdiyin filmlər və kitablar?

— HOST mənim üçün sadəcə 4 sözdən ibarət deyil. Bura minlərlə söz sığışdıra bilərəm. Qardaşlıq, ailə, dostluq, inam, sevgi, dəstək, səviyyə, keyfiyyət, ağıl, savad, profesionallıq, düşüncə, güc, səbr, uzaqgörənlik, səmimiyyət, doğruluq və s. ağlına gələbiləcək hər yaxşı fikir )
HOST`la işləmək üçün ( İŞ ) hələ bir az da vaxt lazımdı.
Sevdiyim filmlər və kitablar çoxdur. Amma son baxdıqlarımdan və oxuduqlarımdan “Shutter island”, “İnception” və “Moneyball” filmlərini və “The reader”, “One Day”, “Xane seyah əst” kitablarını məsləhət görərdim.

Morena_king: Rapdən başqa nə ilə məşqul olursan?

-Rap`dən başqa, yayda ofisiantlıq edirdim =) Xobbi olaraqsa, şəkil çəkirəm, həm fotoaparatla, həm də əllə, bir ara heykəltəraşlıqla da məşğul olmuşdum, amma görünür bu məndə elə də uğurlu alınmadı =)

DanielDefo: HOST sənin üçün nədi?

— HOST mənim üçün MƏN`dir.

Lived_13: Offside-da olmaq yoxsa qol vurmaq? PS: Rapi bacarmirsan.

— Bütün insanlarına dəyişə və ya dəyişdirilə biləcəklərinə inanıram… Əqli cəhətdən də, fiziki cəhətdən də. Qol vuranların qollarından çox oyundan kənar vəziyyətləri olur.
“Bu işi mütləq bacarmalıyam” – kimi uşaqca bir prinsipə girməmişəm heç vaxt. Rap`i bacaranları dinləyin, inanın mənə, onda özünüzə daha çox hörmət etmiş olarsınız.

Antikvar: Brat səndə alınmır rap sənlik deyil oxuduğun başqa bir şeydi.bu HOSTa qulaq asanın hamısı raper olmalıdıda.Brat sualım tənqiddən nəticə çıxardırsan?
— Tənqiddən əlbəttə nəticə çıxardıram. Mənim haqqımda düşüncələriniz sizin deyil. Onlar mənimdir.
Deməli, nəticəni çoxdan çıxartmışam.

Mən_bilmirəm: sən niyə yazırsan ?

— Ona görə ki, yazmaq zərərsizdi. Amma, üzülmə, bilməmək eyib deyil, eyib öyrənməməkdir.

Ulker_hosted: Hec bəyənmirəmdə Xanın ifasini səsi bərbatdı. Sualəm odu ki indi advə rapçi qoymusan?

— Adım rapçi ola bilməz heç vaxt. Səsimin bərbat olduğunu anlayana qədər dinlədiyiniz üçün də çox sağ olun. Bu müddət 15-20 saniyə olsa belə. Minnətdaram =)

Gestapo: Xan sənin fərqli səs tembrin var. İlk əvvəl qulaq asanda öyrəşə bilməsəndə bir müddət sonra öyrəşmə başlayır ;). Treklərdəki sözlərə isə sözüm yoxdu. Çox fəlsəfi çox dərin yazırsan. İnanılmaz dərəcədə ürəkdən gəlir hər şey elə bil. Əsas da budu məncə. Guya bu millətin qulaq asdığı bayağı ifaçıların yaxşı səsi var? HOSTçu həyat tərzini yaşamaq,necə bir şeydi ay Xan? narazı deyilsən ki ətrafındakılardan? bu qədər tənqid və səs- küydən? maraqlıdı ətraflı izah etsən çox sevinmiş olaram. Çox sağolun

— Bu ölkədə musiqidə səs önəm daşımır. Səndə hər şey əladi. Offside1`nan olan işlərivizi də çox bəyənirəm. Əsasən də Monk və səndə çox gözəl alınır.
Çox sağ olun müsbət fikirlərinizə görə. Səsimə gəlincə isə, Ulker_hosted sənin kimi düşünmür amma=)
HOST`çu həyat tərzi su kimi bir şeydi. Heç bir dadı, iyi, rəngi yoxdur. Yalnız töküldüyü qabın formasını alır. Həyat sənindir. Çatacağın mənzil dünyadakı real olaraq var olan yeganə həqiqətdir. Ora gedən milyardlarla yol var. Ya birini seç, ya yol çək. Sənə çəkilən yolları silməkdən başlamaq, məncə gözəl statr olardı =) Ətrafımdan qətiyyən narazı deyiləm. Səs-küy və tənqidlərsə, bu gün var-sabah yox şeylərdi. Bizim millət daşlamağı sevir axı…

Hell: XAN yeni başlamağına görə yaxşə yazır uğurlar..Qulaq asdəğım trackləri var..
AzRap-də Mister Freestyle kimi görürsən ??
HOST-dan əvvəl rapə qulaq asırdın ??

— Azrap`lə artıq çox da maraqlanmadığım üçün, düzü, indiki vəziyyəti bilmirəm, amma Uran freestyle bacarırdı həqiqətən də.
HOST`dan əvvəl, əlbəttə rap`ə qulaq asırdım. Dəyirman, Xose, Uran və s. dinləyiridm. Elə indi də dinləyirəm. HOST`çu olmaq o demək deyil ki, ancaq HOST`a qulaq asmalısan ))) Bizim uşaqların arasında yetərincə musiqi savadı, musiqi dünya görüşü olan uşaqlar da az deyil.

Mc_Bus: Kim ne deyir desin. Amma pisləyənlər hamısı qulaq asmayanlardı yada Hostu sevməyənlər. Heç bir dəfədə qulaq asmayanlar. Yada yola verdi qulaq asanlar. Yaxşı deyin görək, Xan rapi buraxsın kim gəlsin onun yerine? 2 sözü bir birinə qoşub qafiyə yataradanlar? Bir dəfə Hal və Ruh albomuna diqqətlə qulaq asın, hər şeyin, hər sözün nə olduğunu biləcəksiz. Mənim fikrimcə Azərbaycanda hər kəsdən dərin sözlər yazan tək Raperdi Xan.
Bağışda biraz uzun yazdım, amma gəlib suala çatdım. Xahiş edirəm, bütün sualları oxuyub cavab verdikdən sonra, mənim sualıma cavab ver.
«Bütün bu şərhləri oxuduqdan sonra, bəzi düşük və səviyəsiz insanlara cavabın nədi?»

— Çox sağ ol gözəl sözlərin üçün. Bütün bu tənqidləri oxuduqdan sonra o insanlara, sadəcə çox sağ olsunlar deyirəm. Kin, nifrət və paxıllıq adamı içdən yeyir. Sirkə nə qədər tünd olsa, öz qabını çartladar – misali. Hamıya hörmət edirəm, hamıya uğurlar arzulayıram.

Yuxu: bir ara dedilər güya sən Surrealnan feat edirsən?

— Surreal`la feat etmək kimi bir fikrimiz heç vaxt olmayıb. Yanlış deyiblər.

From_baku: Salam Xan ifalarıvə cox bəyənirəm sualim : Ağir mövzularda traklər olacaq ? Host`nan traklər olacaq?

— Ağır mövzu bilmirəm nəyə deyirsiz, amma düşünürəm ki, olmayacaq. HOST`a duet təklif etmək kimi bir fikrim də yoxdur hələ ki.
Və… mən heç vaxt heç kəslə mırtlaşmıram, ümumiyyətlə bu sözü sevmirəm.

Lil_paz: Səndə alınmır niyə rap yazırsan?

— Məndə alınmadığını bilməyiniz üçün yazıram, hesab et. Yəni, sırv sənin üçün 😉

Muro_abi: Sən kimsən? P.S Rap sənlik deyil

— Gözəl sualdı, hansı itonasiya və səs tonuyla dediyiniz yaxşı anlaşılsa da.
Mən — Orxan Həsənov. Ləqəbim Xan.
Alın rapi, elə də həvəskarı deyiləm.

Alekto: 1)Hansı tipıi kitabları oxuyursan(kitab oxuyursan?)?Ən sonuncu oxuduğun kitab?
2)Xaricdən dinlədiyin reper(lər) hansıdır ?
3)məhşur olmaq sənin üçün çox vacibdir ?
4)rap hobbindir yoxsa işin ?

— Kitab oxumağı xoşlayıram. Mövzu, janr cəhətdən fərqləndirmirəm. Əlimə nə keçdi oxuyub, qeydlərimi aparıb, nəticəmi çıxardıb, öyrəndiklərimi həyatda tətbiq etməyi sevirəm. Sonuncu oxuduğum kitab “Heyvan Mezarlığı” olub. S. King.
Rus rapini çox sevirəm. Guf, Basta, Kata, St, Karandaş, Marsel, Assai və s.
Mənim üçün ən gərəksiz şeydi məşhur olmaq, tam səmimi =)
Rap xobbimdir.

Shab Nam: ilk rapini yazıb və nec olub ki, başa duşub qabiliyyətinin olduğunu?

— İlk rap`imi, təxminən 9-cu sinifdə oxuyanda yazmışdım. Fikiza labaratoriya işi dəftərinin arxasına =)
Partam və sinifim haqqındaydı. Qabiliyyətimin olub-olmamağı söhbətindəsə, bir az şübhəliyəm hələ ki )))

Na Miq: Bilmək istiyirəm Xan sәn hәyatdada rap’lәrindәki kimisәn??

— Əziz Namiq, insan necə başqası kimi yaza bilər ki?! Bu mümdürmü? Məncə yox. Demirəm ki, otağım qara divar kağızlarıyla örtülüdür, pəncərləri taxtayla mismarlamışam ki gün işığı girməsin ))) Sadəcə bəzi çətin anlarda yazmağı sevirəm.

Anar Musashi: 1.Sevğiylə əlaqədar cox cümlələr var tracklrində,
Sevği nədi sənin üçün?
(ən azı 1 söz ən çoxu bir cümlə ilə cavab ver)
2.Usaqlığın indiki halini görseydi səndən razi qalardimi sence?
3.rap’dən başqa hansı janrda musiqi dinləyirsən və kimləri?
4.özünün en çox bəyəndiyin trackin hansidi?
5. HOST-dan əlavə azrap’də kimləri dinləyir və bəyənirsən?

— Ümumiyyətlə musiqini çox da sevmirəm. Oxumaq və baxmaq daha maraqlıdır. Beləsə, türklərdən Candan Erçetini çox dinləyirəm, deyəsən )
Ən çox bəyəndiyim trackim… mmm… Birinin adını çəksəm, qalanları inciməz ? =)
HOST`dan əlavə azrapdə Xoseni, Dəyirmanı, son illərdə isə, Kavkaz Clan`ı, B.İ.Z`i, Offside`ı, Yol`u, R.O.C.`ı, Difai`ni, A-team`i özüm üçün şərti olaraq müəyyən kateqoriyalar üzrə qruplaşdırıram.
Sevgi mənim üçün hər şeydir. Amma ondan daha üstün bir şey də var, o da eşqdir.
İndiki halım uşaqlığımdan necə həvəslə və fəxrlə danışırsa hər zaman, elədə də uşaqlığım indiki halımı özünə nümunə bilərdi.

Azər_Şamxalov: Xan «Qurani Kerimi» oxuyub? 2) Xan Fresstyle bacarır? Bacarırsa konsertində niyə demədi? 3) Fresstyle deyə bilmiyən RAPer hec vaxt ola bilmez!bəs Xan necə?
— Bəli, mən “Quran-i Kərim”i oxumuşam bir neçə dəfə və bir neçə dildə.
Mən Freestyle bacarmıram, ona görə də konsertdə demədim. Freestyle bacaranlarasa, doğurdan heyranam. Çətin işdi. Əgər bacarmayanı raper saymaq olmursa, onda mən raper deyiləm. Bu qədər bəsitdi =)

Vuqar Memmedli: 1)»Hər insan özünə sual verməlidi ki mən kiməm? Həyatda niyə varam və məqsədim nə hara gedirəm?»
Xan bu sualların cavabın tapıb? Xan kimdir, məqsədi nədi, həyatda niyə var?
2) «Ancaq düşüncəsizlər hər şeyi dərd eliyir» və «Mənim dərdim səninlədir». həmin o «Sən» sənin hər şeyin deyilmi?
3) Sehirli musiqi`dən qabaq və Sehirli musiqi`dən sonrakı Xan. Dəyişən nə oldu?

— Allaha şükürlər oslun ki, özümə verdiyim hər bir sualın cavabını tapmışam. Bu özümə hesab zamanı razı qaldığım yeganə tərəfimdi. Xan sözün geniş mənasında İNSAN`dır. Məqsədi normal yaşamaq və kiməsə zərər vermədən xoşbəxt olmaqdır. Həyatda ona görə var ki, “O” məni sevsin, yoxsa heç vaxt xoşbəxt olmazdı.
“Sehirli musiqi” sadəcə bir trackdi. Bu cür mahnılar həyatımı heç vaxt iki hissəyə ayırmaq istəməzdim, düzgün olmazdı. Məni deyişən mənəm, fikirlərimdi.

Elnur Allahverdizade: ‎1) 1, 2 il bunnan öncəki raplərinizi dinlədikdən sonra irəliləyiş hiss edirsiz??
2) Azərbaycanda bu gün rapin zirvəsində HOSTdu bəs ikinci yer kimdi???
3) Ay qiz olsa, Yersə oğlan bular evlənsələr, bəs qudalar kim olar?

— Yaradıcılıq baxımından dəyişiklik hiss edirəm. Pisdi ya yaxşı, bunu mən deyə bilmərəm.
Azrap`də hərə üçün biri zirvədədi. Buna da mən qərar vermirəm. Mənim fikrimcə isə, HOST`dan sonra heç kəs o zirvəyə layiq deyil.

Səbuhi İsayev: Niyə belə az yazırsız?

— Az yazıram, çünki hələ az şey bilirəm. İnşallah çox yazdığım vaxtlarım da olar )
Hər-halda, düşünürəm ki, İmza layihəsi uğurlu alındı…

Farid Məmmədov: Həyatında elə bir məqam olubmuki sənin həyatın ondan sonra iki hissəyə bölünsün bundan sonrakı və əvvəlki.?

— Zenon`un belə bir paradoksu var: Hərəkətdə olan ox, əslində hərəkətdə deyil, çünki zaman ayrı-ayrı “indi”lərdən ibarətdir.
Yəni, keçmiş və gələcək zaman, bəlkə də yoxdur. İndi var. Bu hərəkətsizlikdir.

Nur Fenerium: HOSTu bu qədər sevirsız XAN, niye solo oxuyur? HOSTla oxumği düşünübmü? və eğər xəbəriniz varsa QARAQAN həqiqətənmi rapi tərk etdi?

— HOST`u düşündüyünüzdən də çox sevirəm. Bu solo oxumamaq üçün səbəb ola bilməz )
QaraQan`a olan suallarınızı özünə verə bilsəz yaxşı olar.

Fira Hosted Yunisova: «Yanımda bir X var. Mən də 1əm görsənmirəm…» deyən «Xan»ın yanındakı «X»a kimlər aid edilir?

— Yanımdakı “x”lar məchuldur ki onları “x” adlandırmışam. Buna görə də hələ ki yanlarında görsənmirəm.

GangRaper Amok: Bizim qrupnan «ft» oxuyarsız qrupun adi gang raper-3 nəfərdən ibartdir???cavab gözlüyürəm

— Sizin qrupla feat oxumaram. Səbəbini də izah edim ki, sizi tanımıram və siz də məni tanımırsız.

Orxan Ağazadə [ORIK]: 1) Kitabın çixmalı idi, nə vaxtsa olacaq?

— Kitab yazırdım əslində vaxtilə, sadəcə olaraq son zamanlar, deyı bilmərəm sevindirici haldır, ya yox, amma Azərbaycanda kitab industriyası inkişaf edir və bir-birinin ardınca yeni yazarlar və şairlər meydana çıxır. Bu axında fərqlənə bilməyin bir az çətin olduğunu anladığım üçün, hələ ki, yazı yazımağı dayandırmışam )

2) RapRock.az saytı haqqında və Müsahibə layihəsi haqqında fikirlərinizi bilmək maraqlı olardı

— Raprock.az saytı mənim üçün çox doğma bir məkandır. Hər zaman mənim işlərimə və yaradıcılığıma böyük dəstək olmusunuz, bu layihəniz də çox xoşuma gəlir və bütün müsahibələri oxuyuram, izləyirəm. Çox sağ olun ki, məni də qonaq ediniz, sual verib maraq göstərdiniz. Təşəkkürlər.

Mənbə: www.RapRock.az

 

8 комментариев

  1. Aslan 30/12/2012 at 16:25

    menim4un azrapda 2 rep4i var..AiD ve Xan…ve men 4oxlari kimi yani dirnagarasi rap sevenler kimi dimiremki bunun ela sesi var ona gore sevirem,nebilim xan senin sesin yoxdu berbatdi ve s…menaya fikir verirem…uzumu tuturam Xani sevmiyen insanlara o QIZIL vaxtinizdan en azi 5deqin ayirin ve xanin 1ce treckine qulaq asin..ama sese fikir vermeden axi xowuvuza gelmir…ve sozlerdeki menalara baxin…her sozde 1 mena var…Xan sene respect!ugurlar!

  2. Tahire 05/12/2012 at 20:03

    Xan hec kime fikir verme.men senin ifalarini,sesini ve stilini cox beyenirem…senin butun tracklerin menim telde var..Sene ugurlar arzulayiram..InsAllah butun arzularina catarsan.Repi buraxmaq aglinada getirme..Mene sual verilendeki Azerbaycanda onde geden Reperlerden sizce kimdi hemise cvbim en birinci H.O.S.T sora xan olub..

  3. NR_ 31/08/2012 at 11:25

    dehshetsize.deyirsizki sesi yoxdu..ne dexli?! mence rap’de ne ses,ne de beat esasdi.yeni musiqi plagiatdas ola biler.rap’de esas sozlerdi….XAN,sene sualim yoxdu,burda bayaqdan eyni suallar verilib..sadece ozune bir yol cizmisan,o yolda sene ugurlar,qarshina manieler ve dongeler cixmasin.ugurlarin axarinci olsun.. 🙂

  4. N 31/08/2012 at 11:23

    dehshetsize.deyirsizki sesi yoxdu..ne dexli?! mence rap’de ne ses,ne de beat esasdi.yeni musiqi plagiatdas ola biler.rap’de esas sozlerdi….XAN,sene sualim yoxdu,burda bayaqdan eyni suallar verilib..sadece ozune bir yol cizmisan,o yolda sene ugurlar,qarshina manieler ve dongeler cixmasin.ugurlarin axarinci olsun.. :).

  5. VeCsiZ 02/08/2012 at 06:00

    Salam Xan.Evvel xowuma gelmirdin,amma sonra cox xowuma geldun ses tembrin eladir.
    1. Gitarada ozun ifa eliyirsen?
    2.Sevgiye aid treckler olacaq?
    Sen deyirsen ki Hostcusan Hostdan ne goturmusen?Rep stilin onlardan ayridir sevgi trecklerin eladir esasda mubteda-tamamliq… Mence Hostcu olmasaydin ela olardi.. Fealiyetini dayandirma cox felsefi oxuyursan..trecklere gore tewekkurler.

    • Orxan 02/08/2012 at 11:38

      Sual verme coxdannan bitib

  6. HOSTed A 31/07/2012 at 20:14

    Xanın maraqlı və cox gozel sesi var!!!!!!!!
    HOSTdan sora ureyimde 2 ci yeri siz tutursuz XAN və MONK

  7. Hostlandiyali 23/07/2012 at 16:05

    Yeni trackler uzernde iwleyrsen? Monk la qrup yaratmsz?

Leave A Response