Tuesday 18th September 2018,
RapRock.az
Xəbərlər

Okaber — Qara Mamba [Klip+mp3]

Okaber - Qara Mamba

Okaber — Qara Mamba

mp3 formatda Yüklə — Download

Sözləri:
Şeriyyatla bol qeyd xarabamda,
Sətirlərim zəhər karandaşım Qara Mamba.
Bir də qara banda haqqını tapdalasa,
Susmasan başın evə gedər salafanda!

Burda belə yazılıb qanunları cəngəlliyin!
Onlar adam ətindən kabab çəkir, xəngəl yeyir.
Eşidən qulağı kəsir, görən gözü çəngəlləyir,
Dostları dar ağacından asıb, sevgini əngəlləyir.

Hər kəsə «sən gəl» deyib,
Biz də səngərdəyik.
Ən dərin xəndəkdə biz.
İnanmadan inanclara,
Hədəfə çatmış kim?
‪#‎OnÜç‬ 5.45, 7.62

Qafiyəmin 15-i Şərqə çatır, 5 Qərbə!
Eşitsin ASALA, P.K.K., Peshmerga!
Bizdə MGT var! Yeni nəsil Difai!
TAOW Qurdun Ordusunda hər kəs fədai

Qaldırın temperaturu əlimdə əridim giliz,
NMD, Brony Bro, Karabin, Mərdümgiriz.
Sözlərimi itiləmişəm, dibinə qədər yonub salmışam!
Mən Turana gedən yollarda donub qalmışam..

(skit)

Sən elə bilirsən sən azadsan?! Yox, yox bu heç belə deyil.
Çünki, sən hər iki seçimə tabesən. Birindən əl çəksən belə, ikincidə onların seçimidir.
Onlar çox, çox əvvəl bizim yerimizə artıq seçim ediblər.
Sizin üçün artıq heç nəyin fərqi yoxdur…

(II)

Həmrəy olanlar gözümə dəyir həmrəng kimi,
Qollarım Dəmir Qapı Dərbənd kimi!
Okaber epidemiya, vərəm, ruhi xəstəlikdi
Dağıdır organizmi xərçəng kimi.

Yalana gerçək kimi görsənən kod vurular,
Mən isə həqiqəti məşəl edib od vururam!
Tərsinə akkord vururam həyatın zərbələrinə,
Ən dərin yaralarıma yod vururam.

Ulduzlardan çox tanınan Karabin underground,
Mən Adolf Hitler, sevgilim Eva Broun.
Sindrom Down, Soprano, Supereme NTM.
Miri Yusifin «Yarım Dünya»sı rekviemdi.

İnsanlıq sizdə qalsın, biz Qurda döndük!
Mən üzsüzlüyü, ikiüzlüyü burda gördüm.
Əslində deyiləsi dastan qədər sözüm var idi,
Hərənizə 1-2 sətir yazıb, xırda-xırda böldüm.

Buralar cəngəllikdi elə bil Çunqa-Çanqa.
Xatirələrlə dolu idi Chilonzor, Ganga.
Çəkirəm bütün rəsmləri həyasız və çılpaq,
Boyalarım zəhər karandaşım Qara Mamba..

(skit)

Mən sənə heç bir dünyanı vəd etmirəm.
Çünki, bu həqiqətlərin içində çoxları dözə bilməyib.
Ya dəli adlandırılıb ya da, ya da ki, intihar.
Bağışla, amma əlimizdə olan budur…

1 Comment

  1. Sona Payiz 09/09/2015 at 21:34

    Okaberin teklerinde mena var. Bu da yaxşı alınıb amma cansıxıcılıq çoxdur. indi köhneler ele de reqibsiz deyiller. Yenilerde ise ya texnika var mena yoxdur ya da menasiz var ama texnika yoxdur. az çox okaber beyinlerde rep boşluğunu doldura bilir ama bu da tam istediyim deyilm

Leave A Response