Tuesday 18th September 2018,
RapRock.az
Xəbərlər

PRoMete ft. Sabina Rahimova & Albay Efendi — #Debdebe [Klip]

PRoMete ft. Sabina Rahimova & Albay Efendi - Debdebe

Music video by PRoMete performing #Debdebe featuring Sabina Rahimova & Albay Efendi. © 2014 PicMus Production.
Unauthorized reproduction is a violation of applicable laws. Manufactured by PicMus Production. All rights reserved.

Special Thanks: The Wall & CNF Production.

lyrics

Verse 1 — Səbinə Rəhimova:

Geyinsəm rəngli geyimləri, həm də ən gözəllərin,
Məni qəbul edərmi, Bakının küçələri?

Dəyişsəm hər gün qiyafəmi, almalıyam icazəmi,
Məni qəbul etməsə, əgər bu şəhərdə kimsə?

Mənə nə var, indi dəbdi burda qara corab?
Sabah qırmızı, bəs sonra?
Ona qalsa, hər gün yeni, hər gün ayrı.

Nəqərat – Səbinə Rəhimova:

Dəb, dəb, dəbdəbə… Sosial Hashtag trendlər.
Çox pul xərcləməyə səbəb — hər gün artan brendlər.
Dəb, dəb, dəb, dəb, …
Dəb, dəb, dəb, dəb, …
Dəb, dəb, dəbdəbə… Sosial Hashtag trendlər.
Çox pul xərcləməyə səbəb — hər gün artan brendlər.

Verse 2 – PRoMete:
Nə qədər var pul — cibi dolu, gözü toxam.
Şalvar bu gün trapes, sabah retuz, açıq yaxam.
Gecələr gecə klubları, elita — yerim raXat.
Səhərə pul yoxdur — pulla birgə mən yoxam.
İndi bax, gör, seç ki, kimdi kim,
Elə bil, Bakıdakı qızlar hamısı
Kim Kardashian ya da Basinger, fərqi nə?
Anlamaq olmur — Bu nə dəb? Bu nə ritm?
Əgər bir sumqayıtlı desə bir dəfə YETİM
Ona olunur lağ, çap olunur papaq.
Amma ki, bir papağın üstündə də görməmişəm,
Güzgü qabağında dayanan “ördək dodaq“
Demək ki, trend dartır bizi qərbə doğru,
Orda da dəb belədir ki, pulun bol olsa hətta olsan oğru,
Get ol lap porno mühəndis,
Buna görə baxan olmaz ki, sənə pis.
Vaxtında, uğrunda döyüşdüyümüz dəyərləri,
Heç vecimizə də almırıq indi biz.

Verse 3 – Albay Əfəndi:
Bu qədər tök xərc, bu qədər maya,
Çox məşhursan uzağı bir aya.
Instagram, follow, şəkillər…
Suşi, kapuçino, qısa ətəklər…
Hündür kabluk, yerimək çətin,
Yediyin yeməyin şəkilini çəkin.
Dodağımı büzüb duracam güzgüdə,
Telefon iPhone, mən tualetdə.
Əh, əh, əh, əh… gülməli,
Bəh, bəh, bəh, bəh… rəqs etməli,
Bakı yolunu azıbdır bir qədər,
Yüz deməkdənsə, bir görməli.
Üstü bəzək, altı təzəyik,
Bakımızı biz fasadla bəzədik,
Asfaltlar naxış-naxışdır,
“nolsun ay brat? fotolarda gözəlik!”
Bu nə qlamur – bax, öl, yerə gir!
Qabağına hastag qoy – axı dəbdir!

Nəqərat – Səbinə Rəhimova:

Dəb, dəb, dəbdəbə… Sosial Hashtag trendlər.
Çox pul xərcləməyə səbəb — hər gün artan brendlər.
Dəb, dəb, dəb, dəb, …
Dəb, dəb, dəb, dəb, …
Dəb, dəb, dəbdəbə… Sosial Hashtag trendlər.
Çox pul xərcləməyə səbəb — hər gün artan brendlər.

Leave A Response