Thursday 19th July 2018,
RapRock.az
Xəbərlər

PRoMete ft. Uran — Toxunulmaz Status! [Klip]

PRoMete ft. Uran — Toxunulmaz Status!

Download link: http://bit.ly/WRDP2c

Music video by PRoMete performing Toxunulmaz Status featuring Uran. © 2014 PicMus Production.
Unauthorized reproduction is a violation of applicable laws. Manufactured by PicMus Production. All rights reserved.

Director: Vusal Nazimoglu
Art Director: Amal Alili
Managers: Turgut Mammadli / Azer Aghayev
Mixing & Mastering: Orkhan Aghalarov

Special Thanks: Islam Shirvany, Mushfig Mammadov, Emin Aliyev.

For more PRoMete:
http://smarturl.it/promete-iTunes
http://facebook.com/mete.pro
http://instagram.com/prometegram
http://twitter.com/promete_host
http://pro-mete.com

Lyrics:

Bənd 1 (Uran):
Ay Mete, PRoMete, gedirsən hara Mete?
Genişdir parametr. Sayılmaz bekara metr.
Əvvəl sətir yazırdın, indi səs? Davam edir?
Rep hara gedib, de görüm, onu kim haram edib?
Karamı gedib, yoxsa bekara, yoxsa çarə bitir?
Çaya qənd atın, tünd çayla çoxdan aram itib.
Az şirin, yarım dilim limon, buna “varam” deyim.
Armudu, dərin, elə həmin rep xiridaram deyim.
Məqsəd-məramı deyimmi, əyimmi məna müstəvisin?
Dərinə getməyək, bu dərinlik bəs eləsin.
Həbs eləsin, yoxsa azad etsin ilham pərisi? Almışam hərisin…
O, nə hərləsin ki, Xəzərdə birisi
Rep dəlisi?! Nə azzarlanır? Hazırlayın mürəkkəb kağız!
Haradandır söz bazası , qafiyə mağazası,
Proza, həmçinin intonasiya, boğaz olaraq,
Ümumiyyətlə bu adam haqda xırda-xuruş məlumatı yaz oraya!
Sənə bir qovluq yetməz, qovluğu sayarsan onluqla,
Çünki istəsəm elə birləşdirərəm əvvəli sonluqla,
Axır axarla yeni dördlüyə keçər, mövzu bolluqda.
Apar tulla MC-ni, hansı qafiyə boğmur, boğ, tulla.
Zoğla birgə qopart səhnədən, repi dağıdanlar,
Dəmiri dartanlar, Dartanyan və onun dostları
Postların ban! Party davam edir, halqada qal,
Pozitiv damlası ol, relsinə düş, dalğada qal!

Nəqarət:
Odda yanmaz, suda batmaz statusumuz var.
Status – gəmi. Üzər, üzər, paylaşar uşaqlar.
Sətirlər təəssürat əksi, görürsən aynada.
Yaşa, sev, sev, yarat. Başqa nə lazım dünyada?

Körpü:
Hətərəm-pətərəm vurma sən,
Ala, rəqs elə, yerində durma sən.

Bənd 2 (PRoMete):
Əvvəl sən var idin, mən var idim.
Səhnələr dar idi,
Mikrofonla səhnələrdə MC-lərlə həmkar idim.
İndi yenə də sən və mən varıq, qalanlar uzaqda.
Aradabir çıxıb yox olur mikrofonlu uşaqlar.
Uşaqlar, bəsdir də, açdınız müharibə.
Başlamağına başlayırsınız, biz dönürük qalibə.
“Qaliba”, sizi də orda qurdalayan var.
Yoxsa, dəstək itən kimi, it kimi ulamaz canavar.
Bil, bu rep sevir söz dolu olanı.
Qız kimi deyil ki, sevə pulu olanı.
Hamı deyir ki, mən repdə öz yolu olanam.
Ok, anladıq səni, bəs yol hanı?
Çıxarıb qələmi, vərəqi qoyaram masanın üstünə mən
Bu sürətdən sonra beynin tüstüləməsə və sən
Üstümə dinləsən başqa track-ləri,
Get de – “Uran, Mete track yazdı, “maska” track-ləri,
Silin başqa track-ləri!”

Nəqarət:
Odda yanmaz, suda batmaz statusumuz var.
Status – gəmi. Üzər, üzər, paylaşar uşaqlar.
Sətirlər təəssürat əksi, görürsən aynada.
Yaşa, sev, sev, yarat. Başqa nə lazım dünyada?

Nə qədər qələm ələ gələ bilir,
Bizə var iş.
Hərdənbir mənə elə gəlir,
Bu, bir yarış.
Track buraxmayanda çoxu elə bilir
Başa balış qoyub yatıb bu.
Rep yazarları, bu, bir yanlış.
Bu bazarın öz azarı, öz tələbi.
Yazmayanda, olur əsaslı, tutarlı səbəbi.
Hərdən düz divara baş da soyutmur əsəbi.
Girib ora-bura şərh yazanda, unutma ədəbi!

Körpü:
Hətərəm-pətərəm vurma sən,
Ala, rəqs elə, yerində durma sən.
Hətərəm-pətərəm
Hətərəm-pətərəm
Bəsdir!
Təkrar elə!

Leave A Response