Monday 23rd July 2018,
RapRock.az
Xəbərlər

Qaraqan — Kukla Teatrı (Məktub 1) [mp3]

Qaraqan - Kukla Teatri (scratch by Dj ED)

Qaraqan — Kukla Teatrı (Məktub 1)

mp3 formatda Yüklə — Download

 

Deyirlər, neyronların əlaqəsindən yaranır fikir
Kimyəvi məhlul və kiçik qığılcım… elektrik
Deyirlər, vəyhlər qarabasma və göz qaraltısı,
Hallüsinasiya və bütün peyğəmbərlər olub epilepsik
Deyirlər sevgi — endorfin, serotonin, melonin,
Fahişələrin səksən faizinin adı — Melani
Deyirlər, müqəddəs heç nə qalmayıb, Aman İlahi!
Aman — “Amun Ra”. İlahi ivrit dilindən “Eloxim”
Tarixi kim yaradıb, Herodot? Deyirlər kor idi
Bethoven “Ay Sonatası”nı yazanda artıq kar idi
Xristianlar səhv deyir, “Oğul” — Allahın oğlu olmur
Əl çəkin, rahat buraxın məni, bilmirəm bəlkə var idi
İstənilən zövqə və dada uyğun həqiqətlər
Müxtəlif irqlər, qitələr və fərqli cənnətlər
Çayxanalarda geopolitik söhbətlər
Qulağımda qulaqcıq “RG — Gəncədən Hörmətlə”
Bilmirik artıq harda şimal, harda cənub, əsası harda qiblə?
Sizcə həqiqət yuxarıda? Biz axtarırıq dibdə
Osho ölüm ayağında pıçıldadı «Mən “fake”əm…”
Gündüzlərimiz fəlsəfi, gecələrimiz uyğun “Freyd”ə

Çox ciddi şeylər haqda (skit)

Demokratiya yaranmışdı qloballaşmaq üçün, bro
Internet açıldı ki, daha yaxşı işləsin Interpol
Azad bazar, mavi planet, böyük bir supermarket!
10 milyon — deputatlıq, 15 — buraxsın “İnter” qol
İndi nə olursa, əmin olun, yazılıb dünəndən
Bizim qədrimiz bilinmir, bilinməyəcək öləndə
İnanın bir az da pul gətirsə dilənmək,
Dilənmə aparatları qoyulacaq necə “parking control”
Amerikan bayraqlarının hamısı “Made in China”
O qədər oxuduq ki, bizim üçün popsadı “Mein Kampf”
Faşist hərbi geyimlərini də tikirdi “Hugo Boss”
Deyir millət orda “I’m so happy” — elə biz də “fine”ıq
Sistemin qanunları bizim dəlixanada keçmir!
Həqiqət acıdı, amma burda heç kəs yalan içmir
Və Kukla Teatrında pərdə arxasını görmüş uşaqlar
Oyuncaqların dediyinə inanmayacaq heç vaxt…

Söz: Qaraqan
Scratch: Dj ED
Səs uzlaşması: Nadir Nağd Pul
Səsyazma: MadHouse Records
Animasiya: MadHouse Movie

Leave A Response