Sunday 21st October 2018,
RapRock.az
Xəbərlər

QaraQan — Melek [Klip+mp3]

QaraQan — Melek [Klip+mp3]

» Bu musiqi ölümə məhkumdur. O çox az sevilib ondan da az başa düşüləcək. Ruhunu və ürəyini itirmiş müğənni və dinləyici toplusunun çirkli əllərindən uzaq qaçacaq bu musiqi. Bu sözlər onları əzbərləyib oxumaq üçün deyil, pıçıltı ilə anlamaq üçündür. Kimlərsə illər sonra , təkminləşəndən sonra bunu anlaya biləcək. Bilmədiyiniz, dərinliyinə varmadığınız şeyləri pisləməyin. Musiqi biz insanlardan qat-qat təmizdir.»
Yüklə — Download
lyrics
(verse: Qaraqan)
Sözlər və qış, gözlər və yaş
Təhqir, alqış, biz düşmən
Və yaz, qələmi ağlat və qaç
Öldür və sev, sənsiz dözməz
Sənsən ailə və ev
Qaytarma, seç artıq, ayrılmaq gec
Ola bilmir doğma, silə bilmirsən heç
Hisslər sönür artıq bax
Bütün hisslər də buz
Kimdi axı o? Sadəcə sıradan bir qız

Ama baxışları dəli eləyir məni
Onun qolları əbədi qəfəsim
Məni öldür, ya götür bu dərdləri
Bu mu sevgi? Mən tanımıram hissləri

Sözlər mi sərt yoxsa hisslərdi sədd?
Mən səndə artıq qoymayacam sərhəd

(Nəqarət: Gültəkin)
Dumanlar dəyişir şəhəri tanınmaz alətiylə
Küləklər rəqs edir hisslərimizin hərarətiylə
Ürəklər dözə bilər mi, de, dillər susa bilər mi?
Mələklər yaralı qanadı çırpıb uça bilər mi?

(verse: Qaraqan)
Günlərlə qəm, mən sənsiz kiməm
Sənə yazdığım sətirlərdə tapdım vətən
Sən burda özgə, mən sənsiz kölgə
Mən sənsiz buz baxışlı, daş bir heykəl
Çıxart dərini, mənə çılpaq ruhunu göstər

Məni məhv edir bu uzun səssizlik
Məni yandır, buz ürəyimə ver isti
Artıq nifrət eləsən də mənə bəsdi
Təki yanımda qal, mən olum təslim
Bu otaqlar yox artıq divarlar
Acı xatirələr ürəyə toz bağlar
Baxışlar qalır, uzaqlaşır ayaqlar
Ruhlar qucaqlaşır, uzaqlaşır ayaqlar

Pərdələri aç, təkcə çılpaq həqiqət
Aramızda yox artıq sərhəd

(Nəqarət: Gültəkin)
Dumanlar dəyişir şəhəri tanınmaz alətiylə
Küləklər rəqs edir hisslərimizin hərarətiylə
Ürəklər dözə bilər mi, de, dillər susa bilər mi?
Mələklər yaralı qanadı çırpıb uça bilər mi? (x2)

5 комментариев

  1. NR_ 18/10/2012 at 17:52

    hmm mnece comment bildirmek lazim deyil,sadece susub ve dinlemek lazimdi))) ela yene ugurlu ish:)))

  2. sxolastika 18/10/2012 at 17:41

    qesheng…

  3. Azad HOSTed 17/10/2012 at 09:59

    Qaraqan super.Yenə də insanı düşünməyə sövq edən fəlsəfə.

  4. Azad HOSTed 17/10/2012 at 09:51

    Qaraqan super.Yenə də insanı düşünməyə sövq edən fəlsəfə.

  5. Fuad Seyyah 16/10/2012 at 02:07

    super QaRaQaN …..
    Seyyah sozu Tanish geler sene trekden !!!

Leave A Response