Monday 23rd April 2018,
RapRock.az
Xəbərlər

RG — Format Deyil [mp3]

RG - Format Deyil

RG — Format Deyil

mp3 formatda Yüklə — Download

Bu nəfəsim, mikrafona hənir verecek,
Kəsilməyəcək, təki tapılana qədər əvəzim,
Bu həvəsim, hünər vərəcək
Əl çək haqq-ədalət gerçək, bizdə axı nə gəzir
Yaxşı gəzin-tozun, amma ölməyə —— Vətən,
Artan benzin pulu görən kimin cibinə gedər?
Bir də gördün gecə bu vədə deməmiş nədən,
Bəsdi deyib bu qədər salır yekə cipinə bir gədə,
Ona görə demirəm, yaxşısı susum,
Mən sakit dururam, sətirlərim qan qusur,
Ruh kirliysə niyə alır axı onda can qüsul?
Anar demiş: sabun dəyişir, köhnədi üsul,
Bir susun görün əməli, deməli düz qurulmuyub təməli,
Bu gün bu otaqdan vicdanın səsi gəlir,
Mənim sağ qolum əvəz edir vəsiqəmi,
Polis əmi bizi susdurmaq üçün heç nə əsirgəmir!

Məni kritiklər top-tüfəngə basır çünki, düz gəlmir formata!
Məni heç kəs «show-biz»ə qatmasın çünki, düz gəlmir formata!
Düz məndə, media gopa basır, ona görə düz gəlmir formata!
Rap zəfər havası, siz qorxaq qalasız və bu düz gəlmir formata!

Mənlə böyüyən uşaqlar Eleven-da neynir?
Tək tanıdığım kokteyl — «Molotov Kokteyli»,
O birisi şarlatanlar nəsə inqilab, akt eyləyir,
Nəysə. Mən içirəm çayçıda çay mixəyli,
Bu gözlər nə qədər görüb haqq-ədalət yetirilib qətlə,
Bunu dərsliyə salmaz TQDK. Dinlə diqqətlə!
Biz ki, tərbiyə görmüşük küçədə ümumiyyətlə,
Nə olsun valideyinlərimiz intiligentlər?
Bu «ara uşağı»
3 yaşdan bilirəm yoxdu Şaxta Baba,
Sehir deyil göy qurşağı yuxarıdan aşağı
Baxmaq olmaz rəqibə qəribə kinayəylə,
Atam iradəylə öyrədib hər şeydən qabaq ailə,
Ay ləə, yaş ötüb keçir, nələrə nailəm?
Göygölü dəyişdim Xəzərə, mikrorayon 3-cü Dairə,
Badamdar və sairə.
Xasiyyətcə, zahirən, dəyişirəm
Heç bi əməlimlə çəkmirəm xəcalət,
Nə çarə olacağa?
Oldu keçdi balacama, öyrədirəm qanacağa,
Nə vaxt özünü qanacaq haa, tək başına qalacaq
Biləcək kişinin olar ulqumu,
Saymıyanın ağası ol, sayanın qulu!

Məni kritiklər top-tüfəngə basır çünki, düz gəlmir formata!
Məni heç kəs «show-biz»ə qatmasın çünki, düz gəlmir formata!
Düz məndə, media gopa basır, ona göre düz gəlmir formata!
Rap zəfər havası, siz qorxaq qalasız və bu düz gəlmir formata!

Leave A Response