Wednesday 17th October 2018,
RapRock.az
Xəbərlər

UnDeaD — mən dəliyəm [mp3]

UnDeaD - mən dəliyəm

UnDeaD — mən dəliyəm

mp3 formatda Yüklə — Download

Lyrics

Chorus: (2)

Mən dəliyəm – bilirəm, çox fikirdə beyin qarışır,

Mən dəliyəm – bilirəm, mənim üçün nə pis-yaxşı

Mən dəliyəm – dəlilərin cəmiyyətə fərqli baxışı

Mən dəliyəm – dırnaqarası ağıllılar da mənə qarşı…

Verse I:

Əlim-qolum bağlı olsa da sözlərim hücumdadır

Nifrət olunası düşmənlər burnumun ucundadır

Uçurumdadır beynim,

Görəsən mən neynim?

İçimdə şeytan nəfəsi, mələyimin geyimin geyinim

Günəşin işığı düşdü üzərimə, önümdə bir kölgə

Bilmirəm bura haradır, hansı şəhər, hansı ölkə?

Qulaqda fərqli səslər, gözlərdə görüntülər

Bədəndə ruhum çırpınır, tutulur dil, bitir sözlər

Bir addım ölümə doğru

Gözlərdə yox qorxu!

Yazdığım hər söz düz,

Mənim üçün ölüm yoxdu,

Çoxdur mənim kimi insanlar – qorxub da susub dinmir

Bu ölkədə hər kəs fərqli – çoxunun da dini bilinmir

Nə qədər tap yazılarımı, bir o qədər cır-tulla

Yazdıqlarımı satın ala bilməzsiniz heç pulla

Ancaq bir üsulla bəlkə də susdura biləsiz

Əlim-qolum bağlı – xeyri yoxdur bəlkə öldürəsiz?

 

Chorus: (2)

Mən dəliyəm – bilirəm, çox fikirdə beyin qarışır,

Mən dəliyəm – bilirəm, mənim üçün nə pis-yaxşı

Mən dəliyəm – dəlilərin cəmiyyətə fərqli baxışı

Mən dəliyəm – dırnaqarası ağıllılar da mənə qarşı

Verse II:

Qaranlıqda yanan şamı üfürüb söndürdüm

Dodaqda duaları oxuduqca baxıb özümə güldüm

Bu bəlkə artıq sondur, sonuncu bir yoldur

Bir anlıq çiyinlərimə zamanın ölüm mələyi qondu

Nə qədər dırnaqla, cırmaqla, deş kürəyimi

Əlini sal kürəyimdən çıxart, bax, göstər ürəyimi

Hələ ki döyünür amma yoxdu qapısı açıb girib ki,

Baxasan yoxdur orda, yox keçmiş, çoxdan silinib

Bu bəlkə gözdə miraj?

Ya da ki bir yuxudur?

Divarda qanla yazılmış sözlərdən birin oxudum – “DƏLİXANAYA XOŞ GƏLDİN”

Burda hər kəs bir arada, mən isə psixi xəstə — sözüm təhlükə yaradar

Cəhənnəmdə doğuldum, mən dəlixanaya da qonaq oldum

Nə qədər yaz, poz, yoz cəmiyyətə qınaq oldum

Yaddaşda qalmayıb heç nə, keçmişdən bir parça

Mən dəliyəm!

Tək buraxın!

Sakitləşim mən bir azca…

Chorus: (2)

Mən dəliyəm – bilirəm, çox fikirdə beyin qarışır,

Mən dəliyəm – bilirəm, mənim üçün nə pis-yaxşı

Mən dəliyəm – dəlilərin cəmiyyətə fərqli baxışı

Mən dəliyəm – dırnaqarası ağıllılar da mənə qarşı…

Leave A Response